İrbis (lat. Uncia uncia) pişiklər fəsiləsinin qar bəbirləri cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır.
103-130 sm. olan iri pişik. Quyruğun uzunluğu 92-105 sm. Bədən quruluşu yetərincə ağırdır. Bədəni, peysərdə daha hündür olmaqla, alçaqdır, beli aşağı hissədən çiyinlərinə qədər mülayim enişlidir. Gövdəsi uzunsovdur. Əzaları qısadır. Başı nisbətən kiçik, yumruvaridir. Quyruğu çox uzundur. Tük örtüyü hündür və yumşaqdır. Rəngi, hiss çalarlı bozdur, bəzən demək olar ki ağdır. Əsas fonda iri həlqəvari və qara ləkələr səpələnib. Quyruğu boyu eninə tam olmayan üzükvari ləkələr yerləşir. Yanları belindən açıqdır, qarnı isə demək olar ki ağdır. Yay vaxtı rəngi daha açıq olur.
Areal Qobi və Monqol Altayını, Xanqayı, Tibeti, Himalayı, Hindukuşu, Əfqanıstanı əhatə edir. Şimalda Türküstan dağlarını: Pamir, Tyan-Şan, Cunqar Alatausu, Tarbaqatay, Sauru, Altayın cənubunu əhatə edir. Adətən 1800-3500 m hündürlükdə dağlarda yaşayırlar. Yazda və yayın əvvəlində meşə zolaqlarında, çayların vadilərində və qobularda tez-tez rast gəlmək olar. Yayda subalpik və alpik zolaqlarda, qaya çıxışlarında qalırlar. Qışda dağətəyinə qədər, meşə zolağının yuxarı sərhədinə qədər düşürlər. Azərbaycanda Lerik dağlarında və Naxçıvan ərazisində fotoqapanlara düşmüşdür.
Əsasən dağ keçilərlə, qaban, argali, cüyür, eləcə də dovşan, kəklik, dağ sıçanı və ularlarla qidalanırlar.
Dişilərdə qızışma, yəqin, fevralda-martda baş verir. Boğaz olma vaxtı 93-110 gün. Dişi mayda-iyunda 1-5, adətən 2-3 bala gətirir. Laktasiya 3-4 aydır. Dişilər 2-3 yaşında cinsi yetkinliyə çatır. Dişi balalarla bir ilə yaxın olur. 15 il yaşayırlar.
Canavarlar, itlər, arealın cənubunda - bəbir.
Qırğızıstandan 500, Tacikistanda 200, Özbəkistanda - 50. Altayda 40, Tuvada 10-15. Sayının azalması insan tərəfindən təqib edilməsi ilə bağlıdır(uzun müddət irbisi maldarlığa ziyan vuran heyvan hesab edirdilər). Hindistanda, Monqolustanda, Pakistanda, Nepalda qanunla qorunurlar. Qırğızıstanda və Qazaxstanda Çatkal, Ağsu-Cabaqlı, Ramit, Beş-Aral, Sarı-Çelek, Almata qoruqlarında saxlanırlar.
В.Е Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва "Высшая школа" 1986
İrbis (lat. Uncia uncia) pişiklər fəsiləsinin qar bəbirləri cinsinə aid heyvan növü. Məhv olma həddindədir. Sayı getdikcə azalmaqdadır.