dcsimg

Çay samuru ( Azerbaijani )

provided by wikipedia AZ

Çay samuru (lat. Lutra lutra ) - Dələlər fəsiləsinə aid növ.

Qısa təsviri

Böyük fərdin bədəninin uzunluğu 60 - 90 sm, quyruğunun uzunluğu 50 sm, çəkisi isə 6 - 10 kq-dır. Dişi fərdlər erkəkdən daha kiçikdir. Bədənin quruluşu uzunsov, elastik və hərəkətlidir. Başı böyük deyil, yuxarıdan aşağıya doğru yastı formalı və yumrudur. Boyun hissəsi qısa, qulaqları girdə və zəif görünür. Gözləri iridir. İri olmayan dırnaqlara və barmaqlararası bağları sıx olan qısa ayaqlara malikdir. Tük örtüyü tünd qəhvəyi rəngdədir, çox sıx və bədən boyunca bərabər yayılmışdır. Qarın hissəsində olan xəzin rəngi bel hissəsindən bir qədər açıqdır.[1]

Yayılması

Avropa, Asiya (Ərəbistan yarımadası və Uzaq Şimaldan başqa), Amerika, Şimali Afrikada geniş yayılmışdır. Yayılmanın yuxarı həddi dəniz səviyyəsindən 2000 m hündürlükdədir. Azərbaycanda ən sıx yayıldığı ərazilər Lənkəran Təbii Vilayəti və Qanıx (Alazan) çayı vadisidir. Böyük və Kiçik Qafqazın ətəklərində, KürAraz çayları boyunca da rast gəlinir.[2]

Yaşayış yeri və həyat tərzi

Su ətrafında yaşayan heyvandır. Əsas yaşayış yerləri – orta dağ çayları, insanların az rast gəldiyi və balıq resursları zəngin olan yerlərdir. Təmiz, şəffaf və soyuq olan nohurlara (girdabı, dəhnəsi olan iti axınlı çaylar, sıx otluqla örtülmüş hissələr, çətin gedilə bilən sahillər, kifayət qədər qida bazası və gizli yerləri olan göllər və ya limanlar) üstünlük verir. Alatoran və gecə vaxtları fəal olurlar. Qida mənbələrinə - Çəkikimilər (Cyprinidae), Qızılbalıqkimilər (Salmanidae), Tikanlı balıqlar (Gasterosteidae), Xanıbalığıkimilər (Percidae) fəsilələrindən olan balıqlar, azsayda qurbağalar, su-bataqlıq quşlarının və çay ördəklərinin balaları, su siçovulu, həşəratböcəklərin sürfələri, şirinsu xərçəngləri və molyuskalar daxildir. Ən çox cütləşmə dövrü fevral - aprel aylarında baş verir. Yetkinlik dövrü 3 yaşına təsadüf edir.[3]

Sayı

1980-ci ildə təxmin olunan sayı 1500-ü təşkil edirdi. Hal-hazırda aşkar olunmuş populyasiya sayı 1000-ə yaxındır.

Məhdudlaşdırıcı amillər

Sahilyanı təbii biotopların zəifləməsi, çaylarda hidroloji rejimin pisləşməsi, kənd təsərrüfatıda suya tələbatın artması, çayların su rejiminin dəyişməsi, su anbarlarının çirklənməsi nəticəsində balıqların sayının azalması, brakonyerlik, çaylar və göllər boyu ağaclar və kol bitkilərinin yox edilməsi, çaylaqlarda mal-qaranın otarılması əsas məhdudlaşdırıcı amillərdir. Son illərdə yenotların geniş şəkildə yayılması ciddi məhdudlaşdırıcı amil kimi göstərilə bilər. Belə ki, yenotlar çay samurlarının əsas rəqibdir.

Qorunması üçün qəbul edilmiş tədbirlər

İUCN siyahısına salınmışdır. Biotoplarını əhatə edən bütün qoruqlar və eləcə də yasaqlıqlarda mühafizə olunur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Çaylardan meliorativ baxımdan düzgün istifadə edilməsi, çaygöllərin sahili boyunca meşələrin qırılmasına nəzarət vacibdir.

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  2. Гептнер В.Г., Наумов Н.П. и др., 1967. Млекопитающие Советского Союза // М.: Мысль, т. 2, ч. 1, c. 140 – 141;
  3. Животный мир Азербайджана. Позвоночные. Баку: Элм. c. 552 – 570;
  4. Литвинов В.П. Кавказская выдра (Lutra lutra meridionalis,1931) в Юго-Восточном Закавказье // Бюлл.Моск.об-ва испыт. природы. Отдел биол. 103, №1. 1998, c. 26 – 27;
  5. Касумова Н.И., Айдынов Т.Г., Мамедрзаева Э.Т., Аскеров Э.К. Современное состояние кавказской речной выдры (Lutra lutra L.) в Азербайджане // Млекопитающие горных территорий. Матер. междунар. конфер., Нальчик, 2007, c. 142 – 147;
  6. Соколов В.Е., Сыроечковский Е.Е., Заповедник СССР. Заповедники Кавказа // М.: Мысль, 1990, c. 251 - 258.

Həmçinin bax

Safsar

İstinadlar

  1. Azərbaycanın Qırmızı Kitabı, II cild, Bakı, 2013
  2. Гептнер В.Г., Наумов Н.П. и др., 1967. Млекопитающие Советского Союза // М.: Мысль, т. 2, ч. 1, c. 140 – 141;
  3. Соколов В.Е., Сыроечковский Е.Е., Заповедник СССР. Заповедники Кавказа // М.: Мысль, 1990, c. 251 - 258.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Çay samuru: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Çay samuru (lat. Lutra lutra ) - Dələlər fəsiləsinə aid növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ