dcsimg

Qaraca arıquş ( Azerbaijani )

provided by wikipedia AZ

Qaraca arıquş (lat. Parus ater) — Arıquşular fəsiləsinə aid quş növü.

Xarakterik morfoloji əlamətləri

Bel tərəfi zeytuni-boz, qanadları və quyruğu qonur-boz, başı və döşünün yuxarısı qara, yanaqları ağ, qarnı və bədəninin yanları oxraya çalan ağımtıldır. Dişi fərd erkəkdən azca kiçikdir [1][2][3][4].

Kateqoriyası və statusu

Çoxsaylıdır.

Yayılması

Avropa, AsiyaŞimal-qərbi Afrikada yayılıb. Azərbaycanda isə dağ və dağ-meşə qurşaqlarında, bağ və parklarda yayılıb[5][6][7][8].

Növdaxili müxtəlifliyi

Politipik növdür. Dünyada 20-dən çox, Azərbaycanda isə 2 yarımnövü (P. a. michayloüskii, Boqd., 1879; P.a. qaddi Zarudny, 1911) yayılıb[9][10][11][12].

Yaşayış yeri və həyat tərzi

Palıd və fıstıq meşələrində, dağ yamaclarında və bağlarda, dağ çayı vadilərində yaşayır. Oturaq quşdur.

Qida spektri

Entomofaqdır. Əsasən cücülər və onların sürfələri ilə qidalanır. Bəzən giləmeyvələrlə də qidalanır. Yemini ağaclardan, yerdən və otların üstündən əldə edir[13][14][15][16].

Təbii düşmənləri

Məlum deyil.

Cinsi statusu və çoxalma xüsusiyyətləri

ildə 2 dəfə yuvalayır. Yuvanı ağac koğuşlarında qurur. Yuvada 7-11 yumurta olur. Kürtyatma 13-14 gün çəkir[17][18][19][20].

Növün fenologiyası

Sürü halında yaşayırlar, qışda dağətəyi və düzənliklərə köçüb gedirlər. Lələkdəyişməsi iyul ayından sentyabradək davam edir[21][22][23][24].

Reproduktivliyi

İldə iki dəfə yuvalayır, 7–11 yumurta verir.

Xromosom göstəriciləri

Məlum deyil.

Sayı və limit faktorları

Limit faktoru bu quşların yaşayış yerlərinin təbii fəlakətinantropogen amillərin təsirlərinə məruz qalmasıdır.

Biosenozdakı rolu

Təbiətdə zərərli cücülərin tələf edilməsində xeyirlidir.

İnsan həyatında rolu

Elmi əhəmiyyətlidir, kolleksiya obyektidir.

Qəbul olunmuş və qəbul edilməsi vacib mühafizə tədbirləri

Avropa mühafizə statusuna və Bern konvensiyasına daxildir.

Növün qeydiyyat göstəriciləri

Elmi fondlarda kolleksiyası saxlanır. Muzeylərdə nümayiş etdirilir.

Həmçinin bax

Adi alasığırçın
Böyük oxcüllüt
Abıca arıquş
Talış arıquşu
Kəkilli arıquş

Xarici keçidlər

Coal Tit (Periparus ater or Parus ater) / Tannenmeise

İstinadlar

  1. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  2. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
  3. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
  4. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.
  5. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  6. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
  7. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
  8. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.
  9. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  10. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
  11. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
  12. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.
  13. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  14. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
  15. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
  16. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.
  17. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  18. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
  19. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
  20. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.
  21. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
  22. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
  23. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
  24. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.

Ədəbiyyat

1. Q.T. Mustafayev. N.A. Məhərrəmova. Ornitologiya. Çaşıoğlu, 2005, 316 s.
2. D.Q. Tuayev. Azərbaycan quşlarının kataloqu, Bakı, 2000, s. 177–178.
3. Л.А. Портенко. Птицы СССР. Ч. III. М.: 1954, ст. 110-111.
4. Г.Н. Симкин. Певчие птицы. М.: 1990, ст. 344–352.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qaraca arıquş: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Qaraca arıquş (lat. Parus ater) — Arıquşular fəsiləsinə aid quş növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ