dcsimg

Suda-quruda yaşayanlar ( Azerbaijani )

provided by wikipedia AZ

Suda-quruda yaşayanlar və ya amfibiyalar (lat. Amphibia) — onurğalılar yarımtipinə aid sinif. Bura tritonlar, salamandralar, qurbağalarayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700[1] (bəzi hesablamalara görə 4500[2]) Bu sinfin nümayəndələri süfrə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağ ciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır.

Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir. Sürfələr suda yaşayır və qəlsəmə ilə tənəffüs edir. Sürfənin yetkin qurbağaya çevrilməsi metamorfozla adlanır. Hava mühitinə keçməkİə əlaqədar olaraq qəlsəmələri əvəz edən ağ ciyərlər, üzgəcləri əvəz edən beşbarmaqlı ətraflar əmələ gəlmişdir. Yetkin qurbağada ürək üç kameralıdır. Bədənə arterial qanla venoz qanın qarışığı gedir.

Böyümüş formaların iki cüt beşbarmaqlı ətrafı olur (dördayaqlılarda). Bədən adətən hamar dəri ilə örtülür, bəzi nümayəndələrində (Steqosefalar və ayağı olmayanlar) dəri sümükləşməsi müşahidə edilir. Skelet dörd nahiyədən (boyun, bədən, sağrı və quyruq) ibarətdir. Amfibilər əksəriyyəti kürü ilə çoxalır. Amfibilər təsnifatı kəllənin quruluşunun xüsusiyyələrinə və onurğanın formalaşma prosesinin müxtəlifliyinə və sümükləşmə dərəcəsinə əsaslanır. Amfibilər üç yarımsinifi məlumdur: batraxomorflar (Batrachomorfa, qurbağakimilər), batraxozavrlar (Batrachosauria, qurbağakərtənkələlər) və lepospondililər (Lepospondyli, incəonurğalılar). Gec devondan gec yuraya qədər yaşamış qədim amfibilər Steqosefalar adlanır. Gec devon – müasir.[3]

Təsnifat

Xarici keçidlər

İstinadlar

  1. Amphibian Species of the World База данных амфибий. Darrel Frost and The American Museum of Natural History
  2. Класс Земноводные, или Амфибии: общая характеристика
  3. Geologiya terminlərinin izahlı lüğəti. — Bakı: Nafta-Press, 2006. — Səhifələrin sayı: 679.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Suda-quruda yaşayanlar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Suda-quruda yaşayanlar və ya amfibiyalar (lat. Amphibia) — onurğalılar yarımtipinə aid sinif. Bura tritonlar, salamandralar, qurbağalarayaqsızların və s. daxildir. Suda-quruda yaşayanlar sinfinə daxil olan növlərin sayı bəzi hesablamalara görə 6700 (bəzi hesablamalara görə 4500) Bu sinfin nümayəndələri süfrə halında suda yaşayan və qələsəmələrlə, böyüdükdən sonra isə, adətən, ağ ciyər (və dəri) ilə nəfəs alan, su mühitini tərk edə bilən, lakin həmişə yüksək rütubətə ehtiyacı olan onurğalılardır.

Bu sinfə daxil olan heyvanlar həm suda, həm də quruda yaşayırlar. Dəridə selik vəziləri vardır. Kəllə onurğa sütununa iki çıxıntı ilə hərəkətli birləşmişdir. Qabırğalar döş sümüyünə çatmır. Kürüləmə, kürünün mayalanması və inkişafı suda keçir. Sürfələr suda yaşayır və qəlsəmə ilə tənəffüs edir. Sürfənin yetkin qurbağaya çevrilməsi metamorfozla adlanır. Hava mühitinə keçməkİə əlaqədar olaraq qəlsəmələri əvəz edən ağ ciyərlər, üzgəcləri əvəz edən beşbarmaqlı ətraflar əmələ gəlmişdir. Yetkin qurbağada ürək üç kameralıdır. Bədənə arterial qanla venoz qanın qarışığı gedir.

Böyümüş formaların iki cüt beşbarmaqlı ətrafı olur (dördayaqlılarda). Bədən adətən hamar dəri ilə örtülür, bəzi nümayəndələrində (Steqosefalar və ayağı olmayanlar) dəri sümükləşməsi müşahidə edilir. Skelet dörd nahiyədən (boyun, bədən, sağrı və quyruq) ibarətdir. Amfibilər əksəriyyəti kürü ilə çoxalır. Amfibilər təsnifatı kəllənin quruluşunun xüsusiyyələrinə və onurğanın formalaşma prosesinin müxtəlifliyinə və sümükləşmə dərəcəsinə əsaslanır. Amfibilər üç yarımsinifi məlumdur: batraxomorflar (Batrachomorfa, qurbağakimilər), batraxozavrlar (Batrachosauria, qurbağakərtənkələlər) və lepospondililər (Lepospondyli, incəonurğalılar). Gec devondan gec yuraya qədər yaşamış qədim amfibilər Steqosefalar adlanır. Gec devon – müasir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Zirehsizlər ( Azerbaijani )

provided by wikipedia AZ

Zirehsizlər (lat. Lissamphibia) — Suda-quruda yaşayan onurğalılar yarımsinfi. Hazırda yaşayan bütün suda-quruda yaşayanlar bu yarımsinfə aiddirlər.

Hazırda 3 dəstəsi mövcuddur:

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ