dcsimg
Image of Monteverde Moss Salamander
Creatures » » Animal »

Chordates

Chordata

Xordalılar ( Azerbaijani )

provided by wikipedia AZ

Xordalılar (lat. Chordata) Heyvanlar aləminə aid tipdir.

Ümumi xarakteristika

Xordalılar 500 milyon il bundan əvvəl əmələ gəlib. Xordalıların qədimliyinə və müxtəlifliyinə baxmayaraq onları birləşdirən ümumilik var:

1.Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna ox skelet və ya xorda da deyilir.

2.Bu sütunun üstündə boru formalı mərkəzi sinir sistemi yerləşir.

3.Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə qurtarır. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanlarında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir.

4. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir, Xordalılar tipinin 43 minə yaxın növü məlumdur.

İkinci bədən boşluğu olan heyvanların ali tipidir. Xordalılar üç yarımtipə bölünür: Başıxordalılar, Tunikalılar (və ya sürfəsixordalılar) və Onurğalılar (kəlləlilər). Xordalılar üçün bütün ömür boyu və ya inkişafın müəyyən dövründə bel telinin - xordanın, onun üstündə sinir borusunun, həzm borusunun, həzm borusunun önündə (udlağın yanlarında) qəlsəmə dəliklərinin, bədənin ön hissəsində xorda və həzm borusu altında qan-damar sisteminin döyünən hissəsi - 'ürəyin' olması xarakterikdir. Xordalılar heyvanlar aləminin ən əsas tipi hesab olunur. Bu tipə 100.000-ə qədər növ daxildir. Xordalılar üçün bir sıra xüsusiyyətlər xarakterikdir. Onların bədəninin əsasını bütöv və ya buğumlu bel sütunu təşkil edir. Buna xorda deyilir. Xorda ox skelet olub, vakuollaşmış hüceyrələrdən ibarətdir. O, primitiv orqanizmlərdə bütün ömrü boyu qalır. Ali orqanizmlərdə isə o, onurğa fəqərələri ilə əvəz olunur.Xordalılar anlayışı onurğalılar və bəzi onurğasızları əhatə edir.Bel sütununun üzərində boru formalı mərkəzi sinir sistemi yerləşir. Bel sütununun altı ilə həzm borusu uzanır. Bu borunun ön tərəfi ağızla, arxa tərəfi isə anus dəliyi ilə bitir. Həzm borusunun ön hissəsi udlaq adlanır. Udlağın yanında sıra ilə düzülmüş qəlsəmə yarıqları var. Bu səbəbdən udlaq həm qidalanmada, həm də tənəffüsdə iştirak edir. Həzm borusunun udlaq hissəsinin altında qan-damar sisteminin mərkəzi olan ürək yerləşir.Sadaladığımız özünəməxsus xüsusiyyətlərlə yanaşı, xordalılar üçün bədənin üçqatlı olması, ikitərəfli simmetriyası, ikinci bədən boşluğu xarakterikdir. [1]

Təsnifatı

Xordalıların 3 yarımtipi məlumdur:


Yarımtiplər Siniflər Kəlləsizlər (Acrania və ya Cephalochordata) Leptokardilər (Leptocardii) sinfi Qişalılar (Tunicata) Assidilər (Ascidiacea) sinfi Lavralar (Lavracea) sinfi Salplar (Thaliacea) sinfi Kəlləlilər (Craniata) və ya Onurğalılar (Vertebrata) Hiperoartiyalar (Hyperoartia) sinfi Miksinlər (Myxini) sinfi Qığırdaqlı balıqlar (Chondrichthyes) sinfi Şüaüzgəcli balıqlar (Actinopterygii) sinfi Pərüzgəcli balıqlar (Sarcopterygii) sinfi Suda-quruda yaşayanlar (Amphibia) sinfi Sürünənlər (Reptilia) sinfi Quşlar (Aves) sinfi Məməlilər (Mammalia) sinfi

Xarici keçidlər

Həmçinin bax

Sürünənlər

Balıqlar

Suda-quruda yaşayanlar


İstinadlar

  1. Dogel, Onurğasızlar zoologiyası, Bakı-2007
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Xordalılar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Xordalılar (lat. Chordata) Heyvanlar aləminə aid tipdir.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ