dcsimg

Böyük əyridimdik ( азерски )

добавил wikipedia AZ

Böyük əyridimdik (lat. Numenius arquata) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(NT). Təhlükə həddinə yaxındır.

Genefond əhəmiyyəti

Azərbaycan faunasında cinsin 3 növündən biridir.

Qısa təsviri

Qarğadan böyükdür (0,5-1,2 kq). Ümumi rənginə görə kiçik əyridimdiyə oxşayır. Amma başında və döşündə qonur fon üzərində uzanan qara naxışlar var. Quyruqüstü lələkləri ağdır [1].

Yayılması

Reproduktiv arealı AvropaAsiyanın meşə-bozqır zonasında yerləşib. Avropanın qərb hissəsində, Aralıq dənizi sahillərində, Afrikada və Asiyanın cənubunda qışlayır [2]. Azərbaycana qışlamaq üçün gəlir, payızda və yazda buradan ötüb keçən miqrant populyasiyası da var [3].

Yaşayış yeri və həyat tərzi

Rusiyada reproduktiv populyasiyası meşə-bozqır zonasının bataqlıq sahələrində məskunlaşıb nəsil verir [4]. Azərbaycanda əsas qışlaq və miqrasiya yeri Xəzər dənizi sahilidir. Miqrant populyasiyası yazda mart ayında, payızda isə avqustdan oktyabra qədər müşahidə edilir. Qalıb qışlayanlara tək-tək təsadüf edilir. Əsas yemi həşərat və başqa onurğasız heyvanlardır.

Sayı

XX əsrin ortalarına qədər miqrant populyasiyası çoxsaylı, Azərbaycanda qalıb qışlayanlar isə adi saylı olublar [5]. Sonralar hər iki populyasiyası azalıb nadir olub.

Məhdudlaşdırıcı amillər

Azalmasının əsas səbəbi reproduktiv arealında antropogen və antropik təsirlər olub: ovçuların birbaşa təqib etməsi, xam torpaqların istifadəsi, səs-küyün çoxalması, otlaqlarda yuvaların dağıdılması və s. [6]. Azərbaycanda miqrant və qışlamağa gələn populyasiyasının ovlanması da olub.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxildir. Azərbaycanda xüsusi mühafizə statusu yoxdur.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Azərbaycanda ovlanma hallarının aradan qaldırılması və "Qırmızı Kitab"a daxil edilməsi məsləhətdir.

İstinadlar

  1. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, 419 s.;
  2. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı “Çaşıoğlu”, 2005, 419 s.;
  3. Мустафаев Г.Т. Изменение орнитофауны в Азербайджане за последние 100 лет. Мат-лы VІІ Всесоюзн. Орнитол. Конф. М., 1974, с. 219-221;
  4. Рябицев В.К. Птицы Урала, Приамурья и Западной Сибири. Екатринбург, Уральск. Университет, 2002, 605 с.
  5. Mustafayev Q.T. və b. Onurğalı heyvanların ekologiyası. Bakı, BDU, 2011, 342 s.;
  6. Рябицев В.К. Птицы Урала, Приамурья и Западной Сибири. Екатринбург, Уральск. Университет, 2002, 605 с.

Ədəbiyyat

  1. Mustafayev Q.T., Babayev İ.R. Lənkəran-Talış bölgəsində nadir və nəslinin kəsilməsi qorxusu olan quşlar. “M.Ə. Musayev-85 əsərlər toplusu”. Bakı, “Elm”, 2006, s. 180-182;
  2. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Böyük əyridimdik: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Böyük əyridimdik (lat. Numenius arquata) — Mələrcüllütlər fəsiləsinə aid quş növü.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ