dcsimg

Yapon xurması ( azéri )

fourni par wikipedia AZ

Yapon xurması (lat. Diospyros kaki )[2] - xurma cinsinə aid bitki növü.[3]

Mənbə

Xirnik qədim tarixə malik relikt bitkilər qrupundandır. Xirnik Yer kürəsinin müxtəlif bölgələrində -Qafqaz, Orta Asiya, Şimali və Cənubi Amerikada, Afrikada, Britaniya adalarında və Asiyada geniş yayılmışdır.

Xirnik , Ebanaceae Vent. fəsiləsinə aiddir. Bu fəsilənin 7 cinsi və 290 növü məlumdur . Bu cins və növlər əsasən Cənub- Şərqi Asiya, Hindistan, Malay arxipelaqının tropik və subtropik rayonlarında yayılmışdır. MDB ərazisində bir cins – Diospyros L. cinsi geniş yayılmışdır. Bu cinsin yer kürəsində 200-ə qədər növü vardır. Bunların əksəriyyəti həmişəyaşıl bitkilər olmaqla, tropik ölkələrdə yayılmışdır. Cinsin yalnız az bir qismi subtropik bölgədə yayılıb. Bunlardan Şərq xirniyi (D. kaki L.) , Qafqaz xirniyi (D. Lotus L.) , Virgin xirniyi (D.virginiona L.)Çin xirniyi ( D. sinensis L.) və s. göstərmək olar.

Ölkəmizdə az və ya çox miqdarda bu növlərdən qeyd edilən dördü - Qafqaz xirniyi, Virgin xirniyi, Şərq xirniyi və Çin xirniyi becərilir. Geniş yayılan və təsərrüfat əhəmiyyətli olanları isə ilk üç növdür.

Xirnik meyvələrindən həm təzə ,həm qurudulmuş ,həm də emal olunmuş halda istifadə edilir. Xirnik meyvələrindən müxtəlif cemlər, mürəbbə ,povidla,

Pastila, unlu çörəklər üçün naçinka və həmçinin spirtli içkilər hazırlanır.

Qurudulmuş meyvələrində 84,2% quru maddə, 62% şəkərlər, 0,38% üzvi turşular, 0,12% dabbaq maddələri və s. vardır.

Xirnik meyvələri böyük diyetik və müalicəvi əhəmiyyətə malikdir. Tibbdə xirnik meyvələrindən hipertoniya və ateroskleroz, qalxanabənzər vəzin müalicəsində və triotoksikoz (zobdan əmələ gəlmiş zəhərlənmələr) xəstəliyi zamanı istifadə olunur. Azərbaycan əczaçılarılarının (Orucov İ.M., Əliyev R.K., və s. ) xirnik meyvələrindən aldıqları şirə (Sukdioskakil) yüngül və orta dərəcədə zəhərlənmələrə qarşı geniş istifadə edilir .Meyvələrindən başqa digər hissələri – gövdəsi, qabığı, çiçəkləri, yarpaqları balıqçılıq və toxuculuq sanayesində, mebel hazırlığında, musiqi alətlərinin hazırlanmasında istifadə olunur. Xirnik bitkisi həm də gözəl bəzək bitkisidir.

Şərq xirniyi təsərrüfat üçün yüksək rentabelli bitkidir. Becərilmə texnologiyası nisbətən asan , xəstəlik və ziyanvericiləri az , böyümə və inkişafı üçün yüksək qulluq tələb etməyən bitki yüksək məhsuldar olduğundan (potensial məhsuldarlığı 90-120 t) , təsərrüfatın rentabelli işləməsini təmin edir.

Məlumat mənbəsi

  • Diospyros chinensis: IPNI (ing.) saytındakı informasiya
  • Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  • Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  • licence
    cc-by-sa-3.0
    droit d’auteur
    Vikipediya müəllifləri və redaktorları
    original
    visiter la source
    site partenaire
    wikipedia AZ

    Yapon xurması: Brief Summary ( azéri )

    fourni par wikipedia AZ

    Yapon xurması (lat. Diospyros kaki ) - xurma cinsinə aid bitki növü.

    licence
    cc-by-sa-3.0
    droit d’auteur
    Vikipediya müəllifləri və redaktorları
    original
    visiter la source
    site partenaire
    wikipedia AZ