Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) - Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikiri dolaşırdı.
Balinalar açıq-qəhvəyi və göyütül-qara rəngdə olurlar. Ağ ləkələrə rast gəlinir. Bəzən ağ erkək balalar doğulur (albinos sayılmır). Cənub balinaları 18 metr uzunluğa, 80 ton çəkiyə malik olur. Bir qayda olaraq dişilər erkəklərə nisbətən iri olur. Bütün cənub hamar balinalarında olduğu kimi Cənub balinaları iri kəlləyə mlikdirlər (ümumi uzunluğun ⅓ təşkil edir).
Cənub balinaları əsasən subarktik və mülayim enliklərdə (Cənub okeanı), bir qayda olaraq 30° və 50°cənub enliklərində yaşayır. Ona əsasən Cənubi Amerika, Afrikanın cənubu, Avstraliya və Yeni Zelandiya və kiçik suantarktik adaların sahillərində üzür. Cütləşmə dövrü isti sulara üz tutur. Yayda isə daha cənub sulara qida dalınca üz tuturlar.
Ana balina uzun sürən hamiləlikdən sonra qış və ya yazda bala doğulur. Onun uzunluğu 5-6 metr, çəkisi 1000 - 1500 kq təşkil edir. Dişilər əsasən dəniz buxtalarında balalayır. Körpə tez böyüyür (günə 3 sm). Balina balasını 6 ay südlə bəsləyir. Cənub balinaları canlılar arasında ən böyük cinsiyyət üzvünə malikdir. Cinsiyyət üzvünün çəkisi ümumi çəkisinin 2% bərabərdir (bir tona yaxın).
Uzun zaman Şimalatlantik balinaları kimi Cənub balinalarıda kütləvi şəkildə ovlanılırdı. Onların hər şeyə maraq göstərməsi, onları ovçular üçün asan şikara çevirirdi. 1937-ci ildən tətbiq edilən qadağa sayəsində onların sayı bərpa olur. Hal-hazırada dünyada 7000 baş Cənub balinası vardır.
Cənub balinalaın ən çox rast gəlinən ərazisi Valdes yarımadası yaxınlığıdır. Onları katerdən iyun-dekabr ayları ərzində daha yaxşı müşahidə edilir. İyun-noyabr aylarında isə Qərbi Avstraliyada Olbani şəhəri sahilində görünürlər.
Cənub balinası (Cənub hamar balinası) (lat. Eubalaena australis) - Əsl balinalar (Balaenidae). O digər iki növ olan Eubalaena — Yapon balinası və Şimal hamar balina ilə eyni olması fikiri dolaşırdı.