[1]Adi dəvədabanı (lat. Tussilago farfara L.)[2] - dəvədabanı cinsinə aid bitki növü.[3]
Hündürlüyü çiçəkləyən zaman 3-15 sm, meyvə verən zaman isə 33 sm-ə qədər, gövdəsi adətən çoxsaylı olan çoxillik ot
bitkiisdir. Kökümsovu oduncaqlaşmış, uzun və sürünəndir.
Gövdə yarpaqları ensizdir, gövdəyə doğru qısılmışdır, pulcuqşəkilli, uzunsov-neştərvari, sivritəhər və adətən tündqırmızı
rəngə boyanmışdır. Kökətrafı yarpaqları çiçəkləmənin sonunda əmələ gəlir, iri, uzun saplaqlı, dəyirmi-ürəkşəkilli, bərk,
qalın dərilidir, qaidə hissəsi enli-oyuqludur, zəif barmaqvari-bölümlü və ya qeyri-bərabər kələ-kötür oyuqlu-dişlidir, üst tərəfdən yaşıl,
demək olar ki, çılpaqdır, alt tərəfdən yumşaq ağ keçə-tüklüdür.
Səbətləri tək, silindrik formalı, eni 8- 11 mm olub, çiçəkləyənə qədər və sonra əyiləndir, qızılı-sarı rəngli çiçəkləri yarpaqlardan əvvəl açılır (bəzən, yarpaqla eyni vaxtda). Dilcikşəkilli çiçəkləri çoxsaylı, çoxcərgəli, ensiz, bəzən, sapşəkillidir və azacıq qından uzundur.
Toxumları 3-4 sm uzunluqdadır, silindrşəkilli, tin-tin və çılpaqdır; kəkili sadə, ağ, Ipəyəoxşar tüklərdən ibarətdir, toxumdan
2-3 dəfə uzundur, dilcikşəkilli çiçəklərdə kəkil çoxcərgəli, borucuqşəkilli çiçklərdə isə bircərgəli olub, daha qısadır.
(Fevral) Mart-Aprel
May-İyun
SamurŞabran oval., BQ (Quba), BQ şərq, BQ qərb, KQ şimal, Nax. dağ. Ovalıqdan, orta dağ qurşağına və ondan yüksəyə qədər
(2200 m-ə qədər).
Açıq, çox vaxt gilli yerlərdə, dağ çaylarının və çayların sahilində, arxların kənarında rast gəlinir.
Adi dəvədabanı boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Avropa, Şimali Afrika, Balkan və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Şimali Amerika, Rusiya, Ukrayna, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda adi dəvədabanı Kiçik Qafqazın şimal, Böyük Qafqazın isə bütün rayonlarında, Samur-Dəvəçi ovalığında və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m qədər) bitir.
Mezokserofitdir, quru-bozqır və sahilyanı bitkilik tiplərində rast gəlir. Əsasən açıq və gilli yerlərdə, çaqıl daşlıqlarda, çay və arx kənarlarında, quru-töküntü yamaclarda böyük ləkələr əmələ gətirir.
Alkaloid, flavonoid, efir yağları, C vitamini, aşı və acı maddələr, eləcə də steroid, seskviterpenoid və kauçuk ilə zəngindir.
Farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental, Çin, Hind və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən böyrək, mədə-bağırsaq, sidik kisəsi, bəd xassəli şişlər, ağciyər vərəmi, bronxit və bronxial astma, nəfəs yolları, ürək, malyariya, epilepsiya, allergiya, revmatizm xəstəlikləri, habelə podaqra, irinli yara və xoralar, ağız boşluğu və burunda iltihab prosesləri, ziyil və döyənəklər zamanı istifadə olunur. Antivirus, antitoksik, antibakterial, antiseptik, şualanmadan qoruyucu, ödqovucu, yumşaldıcı, yarasağaldıcı, spazmolitik, tərlədici və iltihab proseslərinə qarşı təsirə malikdir.[4]
Müalıcə məqsədi ilə bitkinin yarpaqları, çiçəkləri və kökümsovu istifadə edilir.
Cövhər və dəmləmələr.
Bal, çiçək tozu verən və yem bitkisidir.
Dərman bitkisidir
Adi dəvədabanı (lat. Tussilago farfara L.) - dəvədabanı cinsinə aid bitki növü.