dcsimg

Qılıncbalıq ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qılıncbalıq (lat. Pelecus cultratus) — Çəkiyəbənzərlər dəstəsinin Çəkikimilər fəsiləsinə aid növ.

Yayılması

Baltik, Qara, Azov dənizlərində, eləcə də Xəzərdə və Aralda yayılmışdır. Volqa, Ural, Terek, Kür və başqa çayların mənsəbində yaşayır. Şimali Xəzərdə duzluluğu 3-4%, nadir hallarda 9-10% olan sahələrdə tutulur. Aşağı Kürdə və onun əlavə su hövzələrində çox nadir hallarda tək-tük qeydə alınır. Kürətrafı su hövzələrində Varvara bəndinə qədər təsadüf edilir.[1]

Morfoloji əlamətləri

D III 7-8, A II-III 25-31, qəlsəmə dişciqlərinin sayı 19-22, orta hesabla 20,5 fəqərələrin sayı 48-52, orta hesabla 50-dir. Bədəni axımlı, qılıncvarıdır, yanlardan sıxılmışdır. Bel üzgəci çox arxada - anal üzgəcinin üstündə yerləşir. Döş üzgəcləri uzun, sivridir, yan xəttin orqanı ziqzaqşəkillidir, boğazından anal üzgəcə qədər kil vardır. Qarnı üzərində boğazdan anusa qədər pulcuqla örtülü olmayan omurğa vardır. Bel üzgəci qısadır, döş və anus üzgəcləri uzundur. Anal üzgəcin əsası uzundur, quyruq üzgəci çox çuxurludur. [2]

Yaşayış yeri və həyat tərzi

Yarımkeçici balıqdır. Dənizin şortəhər sularında yaşayır, kürü tökmək üçün şirin sulara girir. Çoxalmaq üçün Kür çayına qış aylarında girir. Kürü tökdükdən sonra isə yenidən dənizə qayıdır. Qılıncbalıq başlıca olaraq su cücüləri ilə qidalanır.

Çoxalması

Qılıncbalıq 3 yaşında cinsi yetkinliyə çatır. Kürülər hissə-hissə yetişir. Yetişmiş kürü mayalandıqdan sonra suda asılı halda üzür. Kürüdən yenicə çıxmış sürfənin uzunluğu 6-7mm olur. Mayın ortalarında sürfələr böyüyüb 15 mm uzunluğa, 8 mq ağırlığa çatır, iyul ayında körpələr orta hesabla 96 mm uzunluqda və 7,0 q ağırlıqda olur.[3]

Təsərrüfat əhəmiyyəti

Vətəgə əhəmiyyəti az olan balıqlardandır. Statistikada ayrıca göstərilməyib "sair balıqlar" qrafasında qeyd edilir. Başlıca olaraq payız-qış aylarında tutulur. Son 10-15 ildir yox dərəcəsindədir. Azərbaycanın Qırmızı kitabına daxil edilib.

Sayı

Həmişə az saylı balıq olub, ovlanması barədə statistik məlumat göstərilməyib, «sair balıqlar» qrafasında qeyd edilib.

Məhdudlaşdırıcı amillər

Kür çayı axını tənzim edildikdən sonra daşqınların aradan qaldırılması ilə əlaqədar Kürətrafı göllərnən əlaqənin kəsilməsi, kürüvermə sahələrinin sıradan çıxması, Xəzər dənizinin səviyyəsinin kəskin sürətdə aşağı düşdüyü dövrlərdə qılıncbalığın qidalandığı sahil zonanın əsaslı sürətdə kiçilməsi və bu zonanın çirkləndirilməsi.

Tətbiq olunmuş və lazımi mühafizə tədbirləri

Azərbaycanın su hövzələrində qılıncbalığın ehtiyatını bərpa etmək məqsədilə Kür çayı ilə Kürətrafı göllər arasındakı keçmiş əlaqə bərpa olunmalı, onların səviyyəsinin sabit qalması təmin olunmalı, Şimali Xəzərdən qılıncbalığın körpələri gətirilərək bu su hövzələrinə buraxılmalı və onların mühafizəsi təmin olunmalıdır.

Ədəbiyyat

  1. Azərbaycanın Qırmızı Kitabı, II Cil, Bakı, 2013
  2. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118.
  3. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007, s 242.
  4. Əbdürrəhmanov Y.Ə. Azərbaycan faunası (Balıqlar), VII, cild, Bakı, Elm, 1966, 166 s.
  5. Смирнов А.Н. К вопросу о биологии чехони бассейна р.Куры. АзФАН СССР, IX, №5, 1943, c. 82 - 91.
  6. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, с. 97 - 98;
  7. Абдурахманов Ю.А. Рыбы пресных вод Азербайджана. Баку: Элм, 1962, с. 263 – 268.

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118.
  2. Abbasov H.S ,Hacıyev R.V.İxtiologiya. Bakı,2007, s 242.
  3. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s 118
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Qılıncbalıq: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Qılıncbalıq (lat. Pelecus cultratus) — Çəkiyəbənzərlər dəstəsinin Çəkikimilər fəsiləsinə aid növ.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ