Adiant; Baldırıqara (lat. Adiantum)[1] - pteriskimilər fəsiləsinə aid bitki cinsi.[2]
Latın adı yunan dilindən (αδιαινειν) nəmlənməyən mənasını verir. Belə ki, bitkinin üzərinə düşən su dərhal axıb tökülür və beləliklə o quru qalır.
Əsasən tropik cinsdir. Növ müxtəlifliyinə görə iki əsas bölgədə yayılıb — Cənubi Amerikanın And dağları və Şərqi Asiyada (xüsusilə Çin florası 39 növü əhatə edir)
Bu cinsin növləri rütubətli torpaqlarda bitir və qayalıqlar və şəlalələrin kənarları üçün xarakterikdir.
Adiant; Baldırıqara (lat. Adiantum) - pteriskimilər fəsiləsinə aid bitki cinsi.