dcsimg

Ağgöz qaraördək ( Aser )

fornì da wikipedia AZ

Ağgöz qaraördək (lat. Aythya nyroca) — Ördəklər fəsiləsinə aid quş növü.

Statusu

Nadirdir.

Kateqoriyası

(VU). Antropogen təsirlərə həssasdır. Yeni qorunma tədbirləri görülməsə, mənfi təsirlərdən təhlükəli vəziyyətə (ЕN) düşə bilər.

Qısa təsviri

Ortaboylu ördəkdir (600-800 q). Erkəyinin ümumi rəngi qonur-qəhvəyidir, amma bel tərəfi nisbətən tünd rənglidir. Qanadlarının üzərində ağ “aynacığı” var. Gözləri ağımtıldir. Dişisinin rəngi solğundur.

Yayılması

Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb [1][2][3]. Azərbaycanda düzənlik rayonlarda yayılıb [4][5][6]. Xəzərin sahil zolağında və daxili su hövzələrində (Kələdəhnə, Cil, Qarasu, Şilyan, Sor-Sor və s.) göllərin qurudulması nəticəsində yayıldığı sahələr xeyli azalıb.

Yaşayış yeri və həyat tərzi

Sahil və su bitkiləri ilə zəngin olan su hövzələrində məskunlaşır. Qamış cəngəlliyini xoşlayır [7][8]. Qışda gündüzlər göllərin və körfəzlərin açıq akvatoriyalarında olur, axşam hava qaralandan səhər alaqaranlıq vaxta qədər isə dayaz subasar sahələrdə yemlənir [9]. Azərbaycanda qışlayan, ötüb keçən və reproduktiv populyasiyaları olur. Nəsil verən populyasiyası dərin su və qamış cəngəlliyi olan körfəzlərə və göllərə çəkilir. May ayında suya yıxılmış quru qamış topası üzərində yuva tikir, onun içərisinə çoxlu lələk döşəyir, 7-8 yumurta verir, axırıncı yumurtadan sonra 25-27 gün kürt yatır. Cücələri hələ kontur lələkləri çıxmazdan əvvəl suda üzür, amma uça bilməsi iki aylıq olanda başlayır [10][11][12]. Bitkiyeyən ördəkdir, ən çox qamış toxumunu xoşlayır [13].

Məhdudlaşdırıcı amillər

Uzun illər ov quşu kimi təqib edilməsi, nəsilvermə biotopunun deqradasiyası, düzənlik rayonlarda təbii göllərin çoxunun qurudulması.

Əhali üçün əhəmiyyəti

Elmi və estetik əhəmiyyəti var.

Qorunması üçün qəbul edilmiş tədbirlər

Ovlanması qadağandır. Qızılağac Dövlət Təbiət Qoruğu, Şirvan, Abşeron, Ağgöl Milli Parkları və su-bataqlıq sahələrində yasaqlıqlar təşkil edilmişdir. Ramsar, Bern, Bonn konvensiyalarına və AEWA sazişinə daxil edilib.

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Yuva sahələri təbii abidə statusu ilə qorunmalı, növün vəziyyəti əhaliyə izah olunmalı. Yenikənd su bazasına və Sarısu göllər sisteminə qoruq statusunun verilməsi.

İstinadlar

  1. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 114-115;
  2. Дементьев Г.П., Гладков Н.А. (ред.). Птицы Советского Союза. М.Л., “Советская наука”, 1951, том IV, с. 488-494;
  3. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 67-68;
  4. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Еlm”, 1977, s. 125-126;
  5. Mustafayev Q.T., Sadıqova N.A. Azərbaycanın quşları. Bakı, “Çaşıoğlu”, 2005, s. 114-115;
  6. Talıbov T.H. Ağgöz qaraördək–Aythya nyroca Guld. // Naxçıvan Muxtar Respublikasının "Qırmızı Kitab"ı. I cild, Naxçıvan, “Əcəmi”, 2006, s. 79-80;
  7. Babayev İ.R. Kürətrafı göllərin ornitofaunası // Kürətrafı göllərin biologiyası. Bakı, “Elm”, 2001, s. 280-287;
  8. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Еlm”, 1977, s. 125-126;
  9. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Еlm”, 1977, s. 125-126;
  10. Əbdürrəhmanov Y.Ə., Mustafayev Q.T. (red.). Azərbaycan faunası. VI cild. Quşlar (Non passeriformes). Bakı, “Еlm”, 1977, s. 125-126;
  11. Babayev İ.R. Kürətrafı göllərin ornitofaunası // Kürətrafı göllərin biologiyası. Bakı, “Elm”, 2001, s. 280-287;
  12. Исаков Ю.А., Воробьев К.А. Обзор зимовок и пролета птиц на Южном Каспии // Тр. Всесоюзн. орнитол. Заповедника Гасан-Кули, вып. 1, 1940, с. 67-68;
  13. Радде Г. Орнитологическая фауна Кавказа. Тифлис, изд-во Кавказского музея, 1884, с. 366;

Ədəbiyyat

  1. Бабаев И.Р. Численность редких и исчезающих водно-болотных птиц Кура-Араксинской низменности // Актуальные вопросы экологии и охраны природы Ставропольского края и сопредельных территорий. Мат. научно-практической конф. Ставрополь, 1991, с. 143;
  2. Бабаев И.Р. Размещение и численность редких видов водно-болотных птиц на прибрежной полосе Азербайджанского сектора Каспия // IV международная конференция “Биологическое разнообразие Кавказа” посвященная 60-летию со дня рождения заслуженного деятеля науки РФ, академика РЭА, профессора Абдуррахманова Г.М. Махачкала, 2002, с. 72-74;
  3. Babayev İ.R., Abbasov A.N. Qızılağac Dövlət Təbiət Qoruğunda sudaüzən quşların qışlamada sayı, yayılması və onlara təsir edən amillər // Zoologiya İnstitutunun əsərləri, XXVIII cild // məqalələr toplusu. Bakı, “Elm”, 2006, s. 123-131;
  4. Babayev İ.R. Xəzər dənizinin Сənub-Şərqi Şirvan düzünə həmsərhəd hissəsində qışda sudaüzən quşların növ tərkibi, sayı, yayılması və onlara təsir edən amillər // Azərbaycan Zooloqlar Cəmiyyətinin əsərləri. I cild. Bakı, “Elm”, 2008, s. 601-606;
  5. Babayev İ.R. Xəzərin Abşeron-Qobustan sahil zolağında qışda sudaüzən quşların əsas toplantı yerləri, sayı və onlara təsir edən amillər // Azərbaycan Zooloqlar Cəmiyətinin əsərləri. I cild // məqalələr toplusu. Bakı, “Elm”, 2010, s. 816-824;
  6. Верещагин Н.К., Зимовки и промысел водоплавающей птицы в Азербайджане // Труды Института Зоологии. Баку, 1950, том XIV, c. 123-213;
  7. Виноградов В.В. Биологические ресурсы водно-болотных охотничьих угодий Мильской степи, их производительность и перспективы хозяйственного использования // Труды Заповедников Азербайджана. вып. 2. М.Л., 1967, с. 72-74;
  8. Туаев Д.Г., Гурбанов Н.И. К количественной характеристике гнездящихся гусеобразных в Азербайджане // Современное состояние ресурсов водоплавающих птиц (Тезисы Всесоюзного семинара, 1984). Москва, 1984, с. 98-100;
  9. Babayev İ.R. Şəxsi gündəliyindən.
  10. Mustafayev Q.T., Babayev İ.R. Quşların qorunması (monoqrafiya). Bakı, "Elm", 2012, 255 s.

Xarici keçidlər

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ

Ağgöz qaraördək: Brief Summary ( Aser )

fornì da wikipedia AZ

Ağgöz qaraördək (lat. Aythya nyroca) — Ördəklər fəsiləsinə aid quş növü.

licensa
cc-by-sa-3.0
drit d'autor
Vikipediya müəllifləri və redaktorları
original
visité la sorgiss
sit compagn
wikipedia AZ