dcsimg

Asiya fili ( Azerbaijani )

provided by wikipedia AZ

Asiya fili (lat. Elephas maximus) - hindistan fili cinsinə aid heyvan növü.

Görünüşü

Bədəninin uzunluğu 5,5 - 6,4 m. Çiyinlərində hündürlüyü 2,5-3 metrdir. Çəkisi 5 tona yaxındır. Gövdəsi massivdir. (Ölçüləri Afrika fillərinin qulaqlarından kiçik olan)pərvari iri qulaqları, xırda gözləri və ucunda uzun əzələli xortumu olan nəhəng başı var. Xortumu uzanmış burnu və aşağı dodağından əmələ gəlib. Xortumunun ucunda bir dənə dorsal, ilişkən, barmaqvari uzantı var. Əzaları hündür, sütünvari və beşbarmaqlıdır. Barmaqları ümumi dəri ilə örtülmüşlər, ancaq üzdən sezilirlər. Qabaq əzalarında beş , dal əzalarında isə dörd dırnaqcıq var. Rəngi tünd-bozdan qonura qədər dəyişir. Dərisinin üstündə nahamvar, müxtəlif qalınlıqda epidermal şişlər var. Piy və tər vəzisi yoxdur. Yetkin fillərin tükü seyrək, qılvaridir. Qıcgah ətrafında spesifik dəri vəzisi var. Sinəsində bir cüt məməsi var. Yuxarı, üçüncü kəsici dişlərinin çəkisi 20-25 kq. uzunluğu isə 1,5 metrdir, və ancaq erkəklərdə olur.

Areal

Hindistanda, Şri-Lankada, Birmada, Nepalda, Butanda, Banqladeşdə, Kambocada, Laosda, Vyetnamda, Malayziyada, Kalimantan adasında, Sumatrada, Çinin Yunnan əyalətində yaşayırlar. Sıx cəngəlliklərdən, hündür ot örtüklü savannalara qədər müxtəlif landşaftlarda yayılıblar. Adətən yaşlı dişinin başçılığı ilə 15-30 baş sürülərdə dolanırlar.

Qidalanması

Bitkilərlə qidalanırlar.

Çoxalması

Çoxalmasında mövsümlülük yoxdur. Boğaz olma müddəti 20-22 aydır. Dişi hərəsinin çəkisi 90 kq. və çiyinlərdində hündürlüyü 1 metr olan iki bala gətirir. Cinsi yetkinliyi 9-12 yaşdan başlayır. Həyatı ərzində dişi dörd dəfə balalayır.

Sayları

1986-cı ildə ümumi sayları 28-42 min idi: Hindistanda, Butanda və Banqladeşdə -10-15 min baş(1978); Andaman adalarında -30(1977); Kalimantanda - 2 min(1978); Birmada -5 min(1977); Yunnanda - 1 min; Kambocada, Laosda və Vyetnamda -3500-5000(1978); Malaysiyə 3 min-6 min(1978); Nepalda -50; Şri-Lankada - 2 min-4 min; Sumatrada -300; Tailandda 2500-4500(1978) Saylarının azalması öldürülməsi və mühitinin məhv olunması ilə bağlıdır. Yaxşı əhliləşirlər. Qədimdən onları ev heyvanları kimi daşınmada, ağır işlərdə istifadə edirlər. Daxil olduqları arealın əksər hissəsində qanunla qorunurlar.

Yarımnövləri

Mənbə

  • В.Е Соколов. Редкие и исчезающие животные. Млекопитающие. Москва "Высшая школа" 1986 səh. 368
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Asiya fili: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Asiya fili (lat. Elephas maximus) - hindistan fili cinsinə aid heyvan növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ