dcsimg

Qurdağzı ( Azerbaijani )

provided by wikipedia AZ

Güllü formaca buruna oxşadığına görə bu bitkiyə "burunaoxşar" bitki adı verilmişdir.Ləçəklərin kənarından 2 barmaqla sıxdıqda qurd ağzı kimi açılır,bu zaman erkəkciklər dili xatırladır,ona görə də buna bəzən qurdağzı bitkisi də deyirlər.50-yə yaxın növündən,gülçülükdə yalnız bir növü istifadə olunur.Böyük qurdağzı (A.Majus)-birillik kimi yetişdirilən çoxillik mədəni bitkidir.Yabanı halda Şimali Afrikada,Asiyada və Cənubi Avropada geniş yayılmışdır.Yaşıllıqların salınmasında dekorativ bitki kimi 1567-ci ildən istifadə olunur.Çiçəkləmə müddətinə,hündürlüyünə və güllərin ölçülərinə görə fərqlənən bu bitkinin bir neçə forması vardır.Qurdağzı şitillə yetişdirilir.Toxumları martda şitilliyə əkilir.Toxumla cücərən bitkini mayın ortalarında daimi yaşayış yerinə köçürürlər.Əkin üçün məhsuldar iri toxumlar seçilir.Qurdağzını işıq düşən pəncərədə otaq bitkisi kimi də yetişdirmək mümkündür.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Gülçülük ensiklopediyası": Bakı: "Azərbaycan"-2016. http://dendrologiya.az/?page_id=112
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Qurdağzı: Brief Summary ( Azerbaijani )