dcsimg

Əməköməcikimilər ( Azerbaijani )

provided by wikipedia AZ

Əməköməcilər fəsiləsi – ikilәpәli bitki fәsilәsi. Birillik vә çoxillik ot, kol, liana vә ya ağaclardır. Yarpaqları növbәli, sadә dilimli vә ya barmaqvarı-mürәkkәb, yarpaqaltlıqlıdır. Gövdә vә yarpaqlarında sәciyyәvi ulduzvarı tüklәnmә, yerüstü zoğlarının toxumalarında selikli hüceyrәlәr var. Çiçәklәri iri vә ya orta ölçülü, tәk-tәk, yaxud çiçәk qruplarında toplanmışdır; çiçәk tacı 5 lәçәkli, çox vaxt әlvan rәnglidir; bәzi növlәrinin lәçәklәri burulmuş şәkildәdir. Sütuncuğu әhatә edәn çoxsaylı erkәkciklәri boru şәklindә bitişmişdir: yumurtalığı 5 vә ya daha çox bitişmiş meyvә yarpaqcıqlarından ibarәtdir. Meyvәsi yuvaların sayına görә ayrı-ayrı toxumlara bölünür (mәs., әmәkömәci) vә ya qutucuqdur (hibiskusda, pambıq kolunda vә s.), bәzәn gilәmeyvәdir (malvaviskus – Malvaviscus). Tropiklәrdә xüsusilә çoxsaylı vә müxtәlif olan 100 cinsdә birlәşәn 1200-әdәk növü var; meşә, savanna, bataqlıq vә dәniz sahillәrindә bitir.

Azәrbaycanda 9 növü mәlumdur. Əməköməcilər arasında lifli (pambıq kolu, kәnaf, kәndirotu, sida vә s.), tәrәvәz (bamiyә), “içki” (hibiskus karkade), dәrman (bәlğәmotu) bitkilәri var. Hibiskus, gülxәtmi, әmәkömәci, lovatera vә s. çox yayılmış bәzәk bitkilәridir.

İstinadlar

Həmçinin bax

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Əməköməcikimilər: Brief Summary ( Azerbaijani )