dcsimg

Yalançı quşüzümü ( الأذرية )

المقدمة من wikipedia AZ


Yalançı quşüzümü (lat. Solanum pseudocapsicum)

Təbii yayılması

Bitkinin vətəni Peru və Ekvadordur. Cənubi Amerika və Afrika, Avstraliya və Yeni Zelandiyada bitir. Yer kürəsinin isti ölkələrinə introduksiya olunmuşdur. İerusalim albalısı və ya qış albalısı kimi məlumdur.

Botaniki təsviri

Hündürlüyü 1,5 m- dək olan həmişəyaşıl koldur. Yarpaqları lansetvari, bir az dalğalı, uzunluğu 10 sm-dək, qısa saplaqlarda oturur. Çiçəkləri ağ, kiçik, salxımvari çiçək quruplarına yığılmış və ya təkdir. Meyvəsi qırmızı və ya sarı rəngli, diametri 1,5 -2 sm olan yumru giləmeyvədir.

Ekologiyası

Torpağa tələbkar deyildir. Daşlı-qayalı yamaclarda rast gəlinir.

Azərbaycanda yayılması

Böyük Qafqazda, Talışda, Naxçıvanda yayılmışdır.

İstifadəsi

Dekorativ bitkidir.

Mənbə

  • Tofiq Məmmədov, “Azərbaycan dendroflorasi” V cild, Baki, “Elm”, 2019, 370 səh.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Yalançı quşüzümü: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ


Yalançı quşüzümü (lat. Solanum pseudocapsicum)

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ