Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır.
Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Ana yurdu Asiyadır. 12. əsrdən sonra, Avropa və Amerikanın şirin sularında çıxarılmışdır. Çəki Azərbaycan sularında, o cümlədən Xəzərin respublika sahillərində də geniş yayılıb. Azərbaycan hüdudlarında hər yerdə; Kürdə və onun qollarında, bütün su anbarlarında, Böyük və Kiçik Qızılağac körfəzlərində, Dəvəçi limanında, Xəzərə tökülən bütün iri çayların aşağlarında rast gəlinir. Mingəçevir su anbarında kütləsi 22 kq-a çatan çəkilərə təsadüf edilir.
Rəng və formaları yaşadıqları mühitə görə dəyişər. Ümumiyyətlə kürəyi tünd yaşıl, yanları və qarın altı yaşıl qəhvəyidir. Kiçik ağızlı qalın və oynaq dodaqlıdır. Üst çənələrindən dörd bığ sallanar. Ağız dişləri yoxdur. Yutak (farinks) dişləriylə qidalarını üyüdərlər. Bığları toxunma orqanı olaraq vəzifə yerinə yetirər. Onun bel üzgəcində 17-23, anal üzgəcində 5-6 şüa, yan xətt orqanında 35-40 pulcuq var. Bədəninin xarici görnüşü növün görnüşü kimidir. Uzunluğu, adətən 34-80 sm, kütləsi 0,8-5,8 kq-dır. Mingəçevir su anbarında kütləsi 22 kq-a çatan çəkilərə təsadüf edilir.
Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Bentosyeyən balıq olub, Xəzərdə əsasən ilbizlər, qurdlar və xərçəngkimilər, su cücülərinin sürfələri və qurdlarla qidalanır. Yemində bitki mənşəli detrit də qeydə alınır. Qidanın tərkibi mövsümə görə dəyişir: yazda şaxəbığlı və kürəkayaqlı xərçəngciklər, amfipodlar, ilbizlər, bitki qidası, yayda isə ilbizlər və xərçəngkimilər üstünlük təşkil edir. Yazda - kürütökmədən əvvəl daha intensiv qidalanır; yayda görünür, temperaturun yüksəlməsi ilə bağlı bu göstərici aşağı düşür, payızda isə yenidən artır.
Süni balıqçılıqda əhəmiyyətli yer tutar. Göl və yavaş axan dərələrin dib sularında yaşar. Soxulcan, böcək sürfələri və bitkilərlə bəslənər. Əksəriyyətlə boyları 1 metrdən çox olar. Ağırlığı 25 kqdən çox olanları da vardır. Hər istilikdəki suya uyğunlaşma təmin edər. 3-30°C arasındakı sularda rast gəlinər. Həddindən artıq soyuqlarda toplu halda palçığa basdırılaraq qış yuxusuna yatarlar. Qışda ölmədən dona bilərlər. Su axıntısına qarşı yüzə bilərlər. Quyruğunu çənələri arasına sıxışdırar, buraxdığında yay kimi boşanaraq 3-5 metr sıçrayaraq çağlayanları aşa bilərlər. Dibləri qarışdırar, suyu bulandırarlar. Çevik və hərəkətli balıqlardır. Sürüylə gəzərlər. İriləri yaxşı bişirildiyində əti bəyənilər. Min ildən bəri insanlar tərəfindən süni olaraq da yetişdirilən çəki balığından insanlar tərəfindən çeşitli bəzək balıqları törədilmişdir. Bunların ən tanınmışları bir akvarium balığı olan Yapon balığı və Yaponiyada əsrlərdir rəngarəng çeşitleri törədilən Koidir. Çəki mühüm vətəgə balığıdır. Yaşayış amillərinə qarşı az tələbkar olan çəki həm də plastik balıqdır. Onun karp adlanan müxtəlif əhli formaları var: pulcuqlu karp, güzgülü karp, çılpaq karp və s. Karp göl-satış balıqçılının ən xeyirli obyektidir.[1]
Aprel-İyun arasında yumurtlayarlar. Yumurtaları bitkilərə yapışar. Bir dişi, bir dəfədə yarım milyon yumurta buraxa bilər. Yumurtaların çoxu digər balıqlar tərəfindən istehlak edilər. Mühit istiliyinə bağlı olaraq ən keç bir həftə içində yumurtalar açılar. Üç ildə yetkinləşərlər. Sazanların 100 il qədər yaşadığı deyilsə də, ömürləri normal olaraq 40-50 il qədərdir. Balıqçılar bunları hərəkətə keçirmək üçün gurultulu səslər çıxararlar. Ağla bol miqdarda ovlanarlar. Duru su gölündə 30kg gələnləri vardır. Kürüsünün miqdarı, adətən 100 mindən 500 minə, ən çoxu isə 1,5 milyona qədər olur. Kürüdən çıxmış körpələrin bir qismi 1,5-2 aydan sonra dənizə gedir, onların, adətən zəif böyüyən və buna görə də dənizə getməyə gecikən hissəsi çayda qalıb oturaq sürü əmələ gətirir.
Çəki və ya karp (lat. Cyprinus carpio) Yarımkeçici balıqdır. Dənizə tökülən çaylarda çoxalır. Aralıq dənizində, Xəzər, Qara və Aral dənizlərində, həmçinin İssıkkulda yayılmışdır. Uzunluğu 17 sm-dən 79 sm-ə qədər ola bilər, kütləsi 1,6-2,8 kq təşkil edir. Uzunluğu 1 m, çəkisi 20 kq-dan çox olan balıqlara nadir də olsa rastlanılır.