dcsimg

Dəniz inəyi ( Azerbaijani )

provided by wikipedia AZ

Dəniz inəyi[1][2][3][4][5][6] və ya Steller inəyi[5], həmçinin Kələm yeyən[7] (lat. Hydrodamalis gigas) — insan tərəfindən nəsli kəsilən (1768)[8], Sirenlər dəstəsinə daxil olan məməli növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.

Steller inəyi ancaq Komandor adaları[9] sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir[10][11][12][13].

Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan[14](ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi.

Bəziləri bu canlıları Kamçatka diyarı sahilləri boyunca gördüklərini iddia edirdilər. Ancaq bu fərziyələr öz təstiqini tapmamışdır. Dünyanın bir çox muzeylərində onların sümüklərinə rast gəlmək olar. Bəzi muzeylərdə isə bütöv skeletləri saxlanılır.

Tədqiqi

 src=
Stellerin çəkdiyi dəniz inəyi
 src=
Dəniz inəyi.
Hydrodamalis gigas.jpeg

İlk dəfə insanlar tərəfindən aşkarlanması 1741-ci ilə təsadüf edir. Bununla belə AsiyaŞimali Amerikanın yerli əhaliləri tərəfindən görülməsi mümkündür. Vitus Berinqin[15] ekspedisiyası Kapitan-komandor gəmisində Beriq adasına yan almaq istəyərkən bu canlıları aşkarlayır.

Ekspedisiyada iştirak edənlər arasında yalnız Steller canlılar sahəsində təhsili olan mütəxəssis olmuşdur. O, dəniz kənarına nəzər yetirərkən bir neçə qayıq gövdəsini xatırladan qaraltıları müşahidə etmişdir. Bir müddətdən sonra bu qayığa bənzər qaraltının bir dəniz canlısı olduğunu müəyyənləşdirir. İlk ovlanma ekspedisiyanın onuncu ayında və geri dönmənin səkkizinci həftəsində baş verir. Ekspedisiya üzvləri gəminin təmiri bitənə qədər əsasən bu canlıların əti ilə qidalanırdılar[16].

Sonrakı məlumatlar əsasən Stellerin 1751-ci ildə dərc olunmuş "Dəniz yırtıcıları haqqında" (lat. De bestiis marinis) əsərində verilmişdir. Steller gördüyü canlının Amerika lamantini (lat. Trichechus manatus) olduğunu düşünürdü. O, öz yazılarında ispanların Amerika müstəmləkələri sahillərində yaşayan və onlar tərəfindən "manat"[17][18] (isp. manati)[19] adlandırılan canlının özü olması fikirini bildirirdi. Yeni növ olaraq dəniz inəyini alman zooloqu E. Simmerman[20] 1870-ci ildə qeydə almışdır. Növün latın dilində adı Hydrodamalis gigas adlandırılmışdır. Bu ismi canlıya 1794-cü ildə isveç bioloqu Anders Yahan Retzius vermişdir[18]. Bu söz isə latıncadan tərcümədə "su inəyi" mənasını verir.

Bu canlıların araşdırılmasında norveç əsilli ABŞ zooloqu Leonard Şteyneqerin böyük rolu olmuşdur. O, 1882-1883-cü illərdə Komador adalarında tətqiqatlar aparmışdır[21]. O, çoxlu sayda dəniz inəyinin sümüklərini toplaya bilmişdir.

Görünüşü və quruluşu

Görünüşü

 src=
Steller inəyinin kəlləsi

Xarici görünüşü baxımından bütün sirenlər eyni formaya malik olsa da, dəniz inəkləri çəki baxımından hazırda yaşayan canlılardan üstün olmuşlar. Canlının bədəni kök və ovalvari şəkilə malik idi. Bədəninə nisbətən başı olduqca kiçikdir. Başlarını aşağı və yanlara əyə bilirmiş. Skeletinin quruluşu ev atlarını xatırladır[7].

Dərisi tüksüz olmuşdur. İlk baxışdan dəri köhnə palıd ağacının qabığını xatırladır. Rəngi bozdan tünd-qəhvəyi çalarlarına qədər olurdu[22], bəzən ağ ləkələr və zolaqlar müşahidə edilmişdi[23]. Bu canlıları araşdıran alman alimlərindən biri onların dərisinin elastiklik və möhkəmlik baxımından avtomobil təkərinin rezinlərini xatırlatdığını bildirmişdir. Dərinin bu quruluşa malik olması ola bilsin ki, onun yaşadığı daşlıq ərazilərlə bağlı idi[24].

Qulaq seyvanı olduqca kiçik olduğundan demək olar ki, dərinin altında görünməz olmuşdur. Gözləri iri olmasa da, bu canlıları görənlər gözlərinin qoyun gözləri böyüklükdə olmasını qeyd edirdilər. Dodaqları yumşaq olub aşağı sallanmış formada olurdu.Bu nahiyədə çıxıntılar müşahidə edilirdi. Dişləri ümumiyyətlə olmamışdır. Qidanı iki ağ rəngdə olan damaqları ilə çeynəyirdilər. Boyun fəqərələrinin sayının 6 və ya 7[25] olduğu bildirilir.

 src=
Steller inəyinin damaqları (şəkil 1835 il.)

Erkəklər dişilərə nisbətən iri olmuşlar. Demək olar ki, səs siqnalları verməmişlər. Yaxşı eşitmə orqanlarına malik idilər. Bununla belə yanlarından keçən qayıqlara demək olar ki, reaksiya verməmişlər. Yaralandıqları zaman ola bilsin ki, güclü səs çıxara bilirdilər.

Ölçüləri

 src=
Steller inəyi

Dəniz inəyi ölçülərinə görə iri canlı olmuşdur. Steller özü ilk dəfə aşkarladığı dişi dəniz inəyinin ölçüsünün 295 dyüm (təxmini 7,5 m)[26][27][28] olduğunu bildirmişdir. Sənədlərdə aşkarlanmış ən böyük canlının uzunluğu 7,88 m olaraq göstərilir. Dişilərin uzunluğu 7,42 m, boyunlarının diametri 204 sm olmuşdur. Çiyinlər arasında məsafə 3,67 m, bədənin ən kök hissəsinin diametri 6,22 m, quyruğunun üzgəc ilə birlikdə uzunluğu 143 sm, quyruq üzgəclərinin qutaracaqları arasında məsafə 199 sm təşkil edirdi[18]. Ehtimallara görə dəniz inəklərinin daha böyük ölçülərə malik olmuşlar. Alimlər isə elmi araşdırmalarla sübut etməyə çalışırlar ki, onların uzunluğu 7,9 metrdən böyük ola bilməzdir. Guman ki, bəzi fərdlərin uzunluğu 9–10 m ola bilərdi[23].

Çəkisinə gəldikdə, bununla bağlı müxtəlif fikirlər vardır. Bəzi təxminlərə görə 4 t[7], 4,5-5,9 t[29], hətta 10 t[30] və ya 5,4-11,2 t[26] arasında dəyişirmiş. Onların çəkisi hətta Afrika filindən belə böyük idi. Steller tərəfindən ölçülən dəniz inəyinin çəkisi 3,5 t olmuşdur[7]. İstənilən halda su həyatı sürən məməlilər arasında dəniz inəyi balinakimilər istina olmaqla dünyanın ən böyük canlısı hesab edilə bilər[29] (onlar hətta orta göstəricilərə görə su nəhəngi olan cənub dəniz filini belə üstələyir).

Özünəməxsus xüsusiyyətləri

 src=
Səyahət edən dəniz inəkləri (rəssamın təxəyyülü)

Vaxtın böyük qismini ləng şəkildə qidalanmaya sərf edirdi. Dayazlıqlarda üzərək dəniz yosunları ilə qidalanırdılar, bu vaxt ön ətraflarını dirək məqsədi ilə istifadə edirdilər. Bu zaman onların bel nahiyəsinə dəniz quşları qonurdu. Quşlar dəniz inəyinin bədəninə yapışmış xərçəngkimilərlə (balina bitləri) qidalanırdılar[7]. Dəniz inəkləri sahilə o qədər yaxın üzürdülər ki, hətta onlara əl ilə toxunmaq mümkün olmuşdur[7]. Adətən dişi və erkəklər öz balaları ilə birlikdə olurdular[22]. Bütünlükdə götürdükdə dəniz inəkləri böyük sürü halında yaşayırdılar. Balalar əsasən sürünün mərkəzində yerləşirdilər. Bu canlıların bir-birinə bağlılığı olduqca yüksək olmuşdur. Belə bir məlumat vardır ki, sahildə ölmüş dişini erkək və balası üç gün ərzində tərk etməmişdir[7]. Eyni hərəkətləri insanlar tərəfindən öldürülmüş digər dişinin balası da etmişdir. Bu canlıların çoxalması barədə məlumat olduqca azdır. Stellerin məlumatına görə, bu canlılar monohamdırlar. Cütləşmə yazda baş verirdi[16].

Steller inəkləri əsasən yosunlar ilə qidalanırdılar. Sahil xəttinə yaxın ərazilərdə isə onlar dəniz kələmi ilə qidalanırdılar ("Kələmyeyən" adı buradan götürülmüşdür). Qidalanarkən yosunları qoparırdılar. Hər 4-5 dəqiqədən bir başını suyun üzərinə qaldıraraq nəfəs alırdılar. Bu sanki atın nəfəs almasını xatırladırdı. Dəniz inəklərinin qidalandığı ərazilərdə dalğa yosun kök və budaqlarını, üstəlik at peyininə bənzər nəcisi sahilə çıxarırdı. Dincələrkən bu canlılar beli üzərində uzanır və sakit körfəzlərdə dreyf edirdilər. Ümumən dəniz inəkləri ləngliyi və sakit olmaları ilə seçilirdilər[7]. Qış ayları dəniz inəkləri arıqlayırdılar. Hətta onların qabırğalarını saymaq mümkün olurdu[24].

Yaxın qohumları olan dyoqonlar kimi dəniz inəkləri təbii halda 90 il yaşaya bilirdilər[29]. Bu canlıların təbii düşmənləri araşdırılmasa da, Stellerin məlumatına görə su səthinin buz bağlaması onların ölümünə səbəb ola bilərdi. O, həmçinin bildirirdi ki, bu canlılar fırtınalar zamanı sahildən uzaqlaşa bilməyəndə ya güclü zərbədən, ya da həyəcandan həlak olurdular[22].

Sayı

1880-ci il araşdırmalarına əsasən Steyner bütün arealda dəniz inəklərinin sayının yarım min baş olması qənayətinə gəlir. 2006-cı ildə dəniz inəklərinin mümkün tükənmə ehtimalları araşdırılmışdır. Bu araşdırmalar onu göstərir ki, 500 baş dəniz inəyinin yalnız qida məqsədi ilə ovlanması, nəslinin kəsilməsinə 20-30 il yetərlidir[31].

2002-2004-cü illərdə aparılan qiymətləndirmələrə görə dəniz inəklərinin 500 baş olması fonunda il ərzində 16 baş inəyin ovlanmasına yetərlidir. 1743-1763-cü illərin rəsmi məlumata görə il ərzində 23 baş dəniz inəyi ovlanmışdır. Ən böyük ovlanma 1756-cı ilə təsadüf edir. Bu ildə rəsmi məlumata görə 500 baş ovlanmışdır. Bu minvalla artıq 1756-cı ildə onların tükənməsi düşünülərdi. Ancaq onların tamamən tükənməsi 1768-ci ilə təsadüf edir. Belə düşünülür ki, Mednı adası sahillərində digər populyasiya olmuşdur. Onların ümumi sayının 2 000 baş olduğu ehtimal edilir[29].

Arealı

Bir çox araşdırmalara görə dəniz inəklərinin arealı sonuncu buzlaşma dönəmində (20 min. il əvvəl) genişlənmişdir. Sakit okean ilə Şimal Buzlu okean arasında bir başa əlaqənin kəsilməsilir. Sakit okeanın şimalında temperatur indiki dövrə nisbətən mülayimləşir. Bundan sonra dəniz inəkləri hətta Asiya sahillərinə qədər belə yayılırlar[22].

 src=
Komandor adalarıKamçatka yarımadası sahilləri

Bu canlıların alt Pleystosen epoxasına aid qalıqları aşkarlanmışdır. Onların məhdud şəkildə Komandor adaları ətrafı ərazilərdə yayılması artıq Qolosen epoxasına[32] təsadüf edir. Böyük ehtimal ki, bu canlılar dünyanın digər ərazilərində belə yayılmışdır. Ancaq bu canlılar hələ qədim zamanlarda ovçular və qəbilələr tərəfindən ovlanmışdır[29]. Bəzi amerikalı alimlərin fikrinə görə dəniz inəklərinin dünyanın digər ərazilərində tükənməsi təkcə ibtidai ovçuların təsiri ilə deyil, digər səbəblərdən tükənmişdir. Steller inəyi isə açılışa qədər də artıq tükənmə həddində idi[30].

Beynəlxalq Təbiətin və Təbii Sərvətlərin Mühafizəsi Birliyi mütəxəsislərinin fikirinə görə Steller inəyi XVIII əsrin əvvəllərinə qədər Aleut adalarının[31] qərbində yayılmışlar. Bununla belə SSRİ alimləri[7] əsas arealdan kənarda tapılan qalıqların vaxtı ilə ölmüş və axınlarla digər ərazilərə aparılması ilə əlaqədar olduğunu iddia edirlər. 1960-70-ci illərdə dəniz inəklərinin sümükləri YaponiyaKaliforniya[30] sahillərində aşkarlanmışdır.

1969-cu ildə Aleut adalarına daxil olan Amçitka adasında bütöv bir skelet aşkarlanmışdır. Bu tapıntının yaşının 125-130 min il öncəyə aid olması ehtimal edilir. 1971-ci ildə XVII əsrə aid olan eskimosların keçmiş düşərgəsində, Alyaska ərazisindən axan Noatak çayı sahilindən dəniz inəyinin sümükləri aşkarlanmışdır. Bu isə dəniz inəklərinin müəyyən dövr ərzində Alyaska və Aleut adalarında yaşadığını isbatlayır[33]. Amçitka adasında tapılan skelet cavan fərdə mənsub olmasına baxmayaraq, Komandor adalarında tapılan yaşlı fərdlərin sümüklərindən iri olması ilə fərqlənir[30].

Ekoloji əlaqə

Steller inəkləri ekoloji bərabərliyin qorunmasında böyük oynamışdır. Belə ki, bu canlılar böyük miqdarda yosun yeməklə ekoloji balansı qoruyurdular. Bunun sayəsində ərazidə dəniz kirpilərinin artması sayəsində dəniz samurları zəngin qida əldə edə bilirdilər. Yosunlardan təmizlənmiş ərazilərdə Steller qarabatdağı sərbəst ov edə bilirdi (ehtimal edilir ki, dəniz inəklərinin məhvi öz növbəsində steller qarabatdağının nəslinin kəsilməsinə səbəb olmuşdur)[22]. O da qeyd edilir ki, dəniz inəkləri ilə dəniz samurlarının arealı üst-üstə düşürdü[31]. Bu canlılar bölgədə vəhtəd halında yaşayırdılar. Dəniz samurlarının kütləvi ovlanması dəniz inəklərinin nəslinin kəsilməsinə səbəb ola bilərdi[28].

Dəniz inəklərinin nəsli kəsildikdən sonra yosunlar bütün Komandor adaları ətrafı əraziləri basmışdır. Nəticədə yosunlar sız keçirməz sualtı cəngəllik əmələ gətirmişdir. Üstəlik çiçəkləmə dövründə suyun rəngi bütünlüklə qırmızı rəngə bürünürdü. Dinoflaqelyatlar, yosunlar bəzi toksiki maddələr ifraz edirlər. Bunun nəticəsində molyusk və digər onurğasızlarda bu zəhərli maddələr toplanır. Onları yeyən balıqlar və dəniz quşlarında kütləvi ölüm halı müşahidə edilir[22].

 src=
Dyoqon — dəniz inəklərinin yaxın qohumu

Digər sirenlərlə qohumluğu

Sirenia


Anomotherium langewieschei



Miosiren kocki





Trichechus inunguis




Trichechus manatus



Trichechus senegalensis







Eotheroides aegyptiacum




Halitherium schinzii




Priscosiren atlantica




Dugong dugon





Metaxytherium krahuletzi




Metaxytherium serresii



Metaxytherium medium



Metaxytherium floridanum



Metaxytherium crataegense




Metaxytherium arctodites




Dusisiren jordani




Hydrodamalis cuestae



Hydrodamalis gigas











2015-ci ildə Mark Springer tərəfindən hazırlanmış bir araşdırmaya əsasən hazırlanmış kladoqram[34]


Steller inəkləri sirenlərin tipik nümunəsidir. Miosen epoxasında dayılmış dyoqonların nümayəndəsi Dusisiren jordani Kaliforniya sahillərində yayılmışdır. Dəniz inəkləri və dyoqonlar 22 milyon il öncə yaranmışdır. Hydrodamalis cuestae növü alt miosen epoxasında 5 milyon il öncə belə yaşaması ehtimal edilir.

Dəniz inəklərinin hazırda dünyada yaşayan tipik qohumu dyoqondur[29]. Steller inəyi ilə birlikdə eyni dyoqonlar[35] fəsiləsinə daxildirlər. Ancaq fərqli-fərqli cinslərə aiddirlər. Dəniz inəkləri Hydrodamalis cinsinə aid edilir.

Ovlanması

Steller inəklərinin insanlar tərəfindən məhvi

Sirenia

Dusisiren reinharti




Dusisiren jordani




Dusisiren dewana




Dusisiren takasatensis




Hydrodamalis cuestae




Hydrodamalis spissa




Hydrodamalis gigas









2004-cü ildə Hitoşi Furusava tərəfindən edilən araşdırmaya əsasən[36]


Komandor adalarına gələn ovçular dəniz inəklərini ətlərinə görə ovlayırdılar. Bu canlıları ovlamaq olduqca asan olmuşdur. Səbəb iri ölçülərə malik olan canlıların təqibdən qaça bilməmələri ilə əlaqədar idi. Qorxmuş canlılar adətən o dərəcədə qəzəb və güc nümayiş etdirirdilər ki, ovçular tez şəkildə suyu tərk etməyə çalışırdılar. Stellerin sözlərinə görə,

 src= Bu doymaq bilməyən canlının acgözlüyü o dərəcədədir ki, ömrünün böyük hissəsini başı aşağı şəkildə qidalanmada keçirir. Bu səbəbdən təhlükəsizliyinə vaxt ayırmır. Hətta qayıqla onlara yaxınlaşıb istədiyini seçib ovlamaq olur[18].  src=

Əl üsulu ilə ovlanma əl qarpunu ilə həyata keçirilirdi. Bəzən isə sadəcə odlu silah tətbiq edərək öldürürdülər. Dəniz inəyinin ovlanma üsulları Steller tərəfindən ətraflı izah edilir:

 src= Biz onları dəmir qırmaqlarla ovlayırdıq. O sankı lövbərin küncünü xatırladırdı. Onun bir ucu güclü kanatlardan birinə bağlanırdı. Qırmağı sahilə 13 nəfər çəkirdi... Qarpun ilə inəyi zədələyən dəstə həmən qayığı kənara çəkirdilər. Səbəb isə dəniz inəyinin quyruq zərbələrindən qorunmaqdan irəli gəlirdi. Bundan sonra çarəsiz canlını insanlar sahilə çəkirdilər. Qayıqda olan insanlar isə canlıya dayanmadan zərbələr endirirdilər. Sağ qaldığı müddət ərzində insanlar müxtəlif vasitələrdən istifadə edərək canlıya zədə yetirirlər. Bəzən canlıdan iri əzalar aralanarkən heyvan daha vahiməli şəkildə hərəkət edir və quyruğu, üzgəçləri ilə suyun dibinə vururdular. Bu zaman dəri hissələri bədəndən ayrılırdı... Əsasən bel nahiyyəsində olan yaradan qan sanki bulaq kimi axırdı. Suyun altında olan canlıdan qan fontan vurmasa da, suyun səthinə nəfəs almağa çıxan canlıdan qan daha sürətli axırdı...[18]  src=

Sadə yollarla ovlanma zamanı insanlar yalnız bir və ya beş dəniz inəyini özləri ilə apara bilirdilər. Yaralanmış canlılar isə açıq dənizdə qan itkisindən ölürdü[16].

1743-1763-cü illər ərzində Komandor adalarında bir necə partiya dəri istehsalı ilə məşğul olan ekpedisiya qışlamışdır. Bu partiyaların hər biri əlli nəfərdən ibarət olmuşdur. Onların hamısı dəniz inəklərini ətinə görə ovlayırdılar. 1754-cü il məlumatına görə artıq Mednı adası ətrafında yayılmış populyasiya tamamən tükənmişdir. Belə düşünülür ki, 1768-ci ildə Berinq adası ətrafında sonuncu dəniz inəyini Popov adlı birisi ovlamışdır[24]. Elə həmin ildə araşdırmaçı Martin Zauer öz jurnalında ada ətrafında bir dənə də olsun dəniz inəyinə rast gəlmədiyini yazmışdır[16].

Belə deyilir ki, Berinqin ekspedisiyasından olan hansısa Yakovlev adlı birisinin məlumatına görə 1755-ci ildə Berinq adasının rəhbərliyi dəniz inəklərinin ovlanmasına qadağa qoymuşdur. Ancaq artıq bu zaman ada ətrafında yayılmış populyasiya tamamən məhv olmuşdur[16][28].

Qida kimi istifadəsi

 src=
İllüstrasiya (1895)

Dəniz inəyinin ovlanmasının əsas hədəfi onun əti olmuşdur. Berinqin ekspedisiyasının üzvlərindən birinin məlumatına görə bir dəniz inəyindən 3 ton ət əldə etmək olardı[18]. Məlumdur ki, bir dəniz inəyinin əti 33 nəfərin bir ay müddətində qidasını təşkil edir. Dəniz inəklərinin ovlanması təkcə qışlamaq məqsədi ilə baş verməmişdir. Faktlar vardır ki, ovlanmış canlıların əti gəmilərlə səyahətlər boyu daşınır və istifadə edilirdi[29]. Dəniz inəklərinin əti özünə məxsus dada malik olmuşdur. Onları ilk görən və ətindən istifadə edən Steller deyirdi:

 src= Piyi yumşaq deyildir, hətta bir qədər bərkdir. Qar kimi bərkliyə və rəngə malikdir. Əgər piyi bir necə gün günəşin altında saxlasan rəngi saralır. Hətta holland pendirininə bənzəyir. Əridilmiş piy istənilən qaynadılmış mal piyindən iyinə və dadına görə üstündür. Gözəl qoxusu və iştah açıcı görünüşü olur. Biz piyi hətta fincanlarla içirdik, bununla belə heç bir əks göstəricisi olmamışdır. Quyruğu demək olar ki, bütünlüklə yağdan ibarətdir. Balalarının əti donuz ətinin dadını verir. Yaşlı dəniz inəyinin əti isə dana ətinin dadını verir. Əti yarım saat ərzində bişir. Bişdikcə yağı köpüklənir. Əti mal ətindən fərqlənmir... O qədər şəfa vericidir ki, hətta sinqa xəstəliyi keçirmiş heyət üzvlərinə müsbət təsir göstərirdi[17].  src=

Steller inəyinin daxili orqanları Stellerin məlumatına görə (ürək, qaraciyər, böyrək) yaxşı dada malik olub nisbətən bərkdir. Bununla belə çox vaxt yeyilməyərək atılırdı. Dəri altında yerləşən piy təkcə yemək məqsədi ilə deyil, həm də işıqlandırmada istifadə edilirdi. Fitilli lampalarda yanacaq kimi yararlı idi. Piy yanarkən iysiz və hissiz olurdu[24]. Dərisinin möhkəmliyi və qalınlığı səbəbindən qayıq hazırlığında istifadə olunurdu[28].

Günümüzdə yaşama ehtimalı

 src=
Steller inəyinin təsviri. 1896

Steller inəyi Beynəlxalq qırmızı kitabın mühafizə statusuna görə nəsli kəsilmiş[37] növ olaraq qeydə alınmışdır (ing. Extinct)[31]. Ancaq belə fikirlər irəli sürülür ki, 1760-cı illərdə rus gəmiçiləri tərəfindən uzaq şərq sahillərində dəniz inəkləri müşahidə edilmişdir. 1834-cü ildə iki rus-aleut kreolunun məlumatına görə onlar Mednı adası sahilində konusvari bədən quruluşuna malik, kiçik başı olan, ağzı ilə nəfəs alan və arxa üzgəclərə malik olmayan bir canlını görmüşlər[38]. Bu tip məlumatlar XIX əsr ərzində kifayət qədər olmuşdur[39].

Bu canlıların görülməsi hətta XX əsrdə də iddia edilmişdir. 1962-ci ildə sovet balina ovçuları tərəfindən Anadır körfəzində səkkiz başdan ibarət qrupa rast gəldiklərini bildirmişlər. Onların təsvirləri Steller inəyinin görünüşünü xatırladır[39]. 1966-cı ildə "Kamçatski komsomoles" qəzetində bu canlılara rast gəlinməsi barədə məlumat verilmişdir. 1976-cı ildə "Vokruk sveta" redaksiyasına kamçatkalı meteoroloqu Y. V. Koev tərəfindən göndərilən məktubda Lopatka burnu yaxınlığında dəniz inəklərinə rast gəldiyi bildirilir:

 src= Tam əminliklə deyə bilərəm ki, 1976-cı ilin avqust ayında gördüyüm bu canlı Steller inəyidir. Mən morj, osa, dəniz şiri, suiti, balina və dəniz pişiklərini dəfələrlə görmüşəm. Bu canlı onların heç birinə bənzəmirdi. Uzunluğu beş metr olardı. Dayazlıqda olduqca ləng hərəkət edirdilər. Sanki, axın ilə üzürdü. Əvvəl başı, sonra iri bədəni daha sonra isə quyruğu görsənirdi. Quyruqları su iti və morjlarda olduğu kimi qarışıq formada deyil. Sanki balinanın quyruğuna bənzəyir. Quyruğu ilə üzsə də, bədənlərini tərpədə bilirdilər...[38]  src=

Bu məlumatların heç biri öz təsdiqini tapmamışdır. Bəzi kriptozooloqlar hətta belə fikir irəli sürürlər ki, dəniz inəkləri günümüzdə belə kiçik bir populyasiya şəklində Kamçatka diyarının əlçatmaz dəniz sahələrində yaşayırlar. Alimlər əldə olan materilların hesabına (dəri və sümük materialları) dəniz inəklərinin klonlaşdırmasını həyata keçiriləcəklərini bildirirlər[40]. Bu gerçəklikdir ki, əgər Steller inəyi günümüzdə yaşasaydı o dünyanın əhliləşdirilmiş və ev heyvanına çevrilmiş ilk dəniz məməlisi ola bilərdi[7].

Dəniz inəyinin qalıqları

Dəniz inəklərinin sümükləri olduqca əhatəli şəkildə öyrənilmişdir. Onların sümükləri nadir sayılmır. Səbəb isə hazırda da Komondor adalarında onların sümüklərinə rast gəlinməsi ilə əlaqədardır. Dünyanın bir çox ölkələrinin muzeylərində bu canlının sümüklərimə sərgilənir. Bəzi məlumatlara görə dünyanın 59 muzeyində dəniz inəklərinin qalıqlarına rast gəlinir. Üstəlik bir necə muzeydə hətta onların dərisini belə görmək olar[41][42][43][44][45]. Onların dəqiqliklə bərpa olunmuş fiqurları vardır. Bütün skeletin olduğu eksponatlar azlıq təşkil edir[46]:

Keçmiş SSRİ

 src=
Steller inəyinin skeleti, Benedik Dıbov adına zooloji muzey

ABŞ

Avropa

Steller inəyi incəsənətdə

Dəniz inəkləri haqqında bədii ədəbiyyatda ilk qeyd olunma Redyard Kiplinqin "Ağ dəniz pişiyi" povestində olmuşdur. Ağ dəniz pişiyi əsas qəhrəmandır. Baş qəhrəman Berinq dənizinə aid insan ayağı dəyməyən körfəzdə üzərkən steller inəkləri ilə rastlaşır:

 src= İlk baxışdan nə köpək balığına, morja, balinaya, ağ balinaya, nerpaya, nə də skata bənzərliyi yoxdur. Halqavari bədən quruluşuna malik olub on iki, on üç fut uzunluğa malikdir. Quyruğu daha çox preslənmiş və sürüşkən dəri ilə örtülmüş beli (kənd təsərrüfatı aləti) xatırladır. Dünyada insan təsəvvürünə malik olan ən yarımcıq baş quruluşuna malikdir. Yeməkdən aralandıqdan sonra quyruqları üzərində süzürlər. Bu zaman o sanki restoranda rəsmi görüşdə qonaqları qarşılayan gombul ofisant təəssüratı yaradır[49].  src=

Ədəbiyyat

İstinadlar

  1. "MERSİNDƏ DƏNİZ İNƏYİNİN QALIĞI TAPILDI". habermonitor.com. 2016-02-08. 2016-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08-02-2016. Unknown parameter |diluage= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  2. Жизнь животных. Том 7. Млекопитающие / под ред. Соколова В. Е. (гл. ред.), Гилярова М. С., Полянского Ю. И. и др. — 2-е изд. — М.: Просвещение, 1989. — С. 403. — 558 с. — ISBN 5-09-001434-5
  3. Соколов В. Е. Систематика млекопитающих. Том 3. Китообразные, хищные, ластоногие, трубкозубые, хоботные, даманы, сирены, парнокопытные, мозоленогие, непарнокопытные. — М.: Высшая школа, 1979. — С. 332. — 528 с.
  4. Dəniz inəyi
  5. 5,0 5,1 Соколов В. Е. Пятиязычный словарь названий животных. Млекопитающие. Латинский, русский, английский, немецкий, французский. / под общей редакцией акад. В. Е. Соколова. — М.: Рус. яз., 1984. — С. 121. — 10 000 экз.
  6. http://www.annickbureaud.net/wp-content/uploads/2011/01/ArticleAB_ENG_final.pdf
  7. 7,0 7,1 7,2 7,3 7,4 7,5 7,6 7,7 7,8 7,9 Жизнь животных / под ред. С. П. Наумова и А. П. Кузякина. . — М.: «Просвещение», 1971. — Т. 6 (млекопитающие). — С. 409—410. — 628 с. — 300 000 экз.
  8. Domning, D., Anderson, P. K. & Turvey, S. (2008). Hydrodamalis gigas. In: IUCN 2008. IUCN Red List of Threatened Species. Yüklənib: 29 December 2008.
  9. Lucien McShan Turner (2008) An Aleutian Ethnography, University of Alaska Press
  10. "Dünyanın ən möhtəşəm nəsli kəsilmiş 10 heyvanı". demokratiya.com. 2016-02-08. 2016-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08-02-2016. Unknown parameter |diluage= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  11. [1] İnsan vəhşiliyinin qurbanı olan canlılar//az.urban.az
  12. "YOUTUBE.COM//Yox olmuş on canlı". youtube.com. 2016-02-08. 2016-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08-02-2016. Unknown parameter |diluage= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  13. "IUCN Red List - Hydrodamalis gigas". IUCN Red list. İstifadə tarixi: 2011-10-27.
  14. Məməlilərin əsri — Hidrodamalis Kuesta
  15. Jones, Ryan T. (September 2011). "A 'Havock Made among Them': Animals, Empire, and Extinction in the Russian North Pacific, 1741–1810". Environmental History. 16 (4): 585–609. doi:10.1093/envhis/emr091. JSTOR 23049853.; "Steller's SeaCow". Sirenian.org. İstifadə tarixi: 18 May 2011.
  16. 16,0 16,1 16,2 16,3 16,4 "Hydrodamalis gigas". Recently Extinct Animals. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Unknown parameter |datepublished= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  17. 17,0 17,1 "Dəniz inəkləri". 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2012. Unknown parameter |description= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  18. 18,0 18,1 18,2 18,3 18,4 18,5 "Steller inəyi — Hydrodamalis gigas". Məməlilər əsri. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2012. Check date values in: |accessdate= (kömək)
  19. "Манати — смысл, толкование, значение слова". Словарь В. Даля онлайн. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2012. Check date values in: |accessdate= (kömək)
  20. Zimmermann (1780), 2, Geogr. Gesch. Mensch. Vierf. Thiere, 426. orrialdeak
  21. А. М. Tokarnov. "Şteyneqer Leonard". 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2012. Check date values in: |accessdate= (kömək)
  22. 22,0 22,1 22,2 22,3 22,4 22,5 V. N. Kalyakin. "Dəniz (Steller) inəyi, Kələm yeyən". Heyvanlar aləmi. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2012. Check date values in: |accessdate= (kömək)
  23. 23,0 23,1 "Sea cow". Britannica Online Encyclopedia. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  24. 24,0 24,1 24,2 24,3 "Sirenlər: «Dəniz inəkləri»". Heyvanlar aləmi. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2012. Unknown parameter |description= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  25. Bütün məməlilərdə 7 fəqərə olur
  26. 26,0 26,1 Bret Weinstein, James Patton. "Hydrodamalis gigas, Steller's Sea Cow". Animal Diversity Web. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 setyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  27. Walker, Sally M. (1999). Manatees. Lerner Publications.
  28. 28,0 28,1 28,2 28,3 "Russia's Great Voyages". California Academy of Sciences. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  29. 29,0 29,1 29,2 29,3 29,4 29,5 29,6 S. T. Turvey1, C. L. Risley. "Modelling the extinction of Steller's sea cow". Biology Letters. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  30. 30,0 30,1 30,2 30,3 Frank C. Whitmore, Leonard Meade Gard. "Steller's sea cow (Hydrodamalis gigas) of late Pleistocene age from Amchitka". www.hans-rothauscher.de. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |description= ignored (kömək); Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  31. 31,0 31,1 31,2 31,3 "Hydrodamalis gigas". The IUCN Red List of Threatened Species. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 25 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  32. Marsh, Helene; O'Shea, Thomas J.; Reynolds, John E., III (2012). Ecology and Conservation of the Sirenia: Dugongs and Manatees. Conservation Biology 18. Cambridge: Cambridge University Press. p. 19. ISBN 9780521888288.
  33. D. G. Corbett, D. Causey, M. Clemente, P. L. Koch, A. Doroff, C. Lefavre, D. West (2008) "Aleut Hunters, Sea Otters, and Sea Cows", Human Impacts on Ancient Marine Ecosystems, University of California Press
  34. Springer, M.; Signore, A. V.; Paijmans, J. L. A.; Vélez-Juarbe, J.; Domning, D. P.; Bauer, C. E.; He, K.; Crerar, L.; Campos, P. F.; Murphy, W. J.; Meredith, R. W.; Gatesy, J.; Willerslev, E.; MacPhee, R. D.; Hofreiter, M.; Campbell, K. L. (2015). "Interordinal gene capture, the phylogenetic position of Steller's sea cow based on molecular and morphological data, and the macroevolutionary history of Sirenia". Molecular Phylogenetics and Evolution. 91 (10): 178–193. doi:10.1016/j.ympev.2015.05.022. PMID 26050523.
  35. Reynolds JE og DK Odell. Manatees and Dugongs. Facts on file, 1991. ISBN 0-8160-2436-7
  36. Furusawa, Hitoshi (2004). "A phylogeny of the North Pacific Sirenia (Dugongidae: Hydrodamalinae) based on a comparative study of endocranial casts". Paleontological Research. 8 (2): 91–98. doi:10.2517/prpsj.8.91.
  37. "Yeni təhlükə dalğası". 4npress.com. 2016-02-08. 2016-02-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 08-02-2016. Unknown parameter |diluage= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  38. 38,0 38,1 "Дело о стеллеровой корове". Вокруг света. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 сентября 2012. Unknown parameter |description= ignored (kömək); Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  39. 39,0 39,1 Murray Lundberg. "The Steller Sea Cow". Explore North. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  40. Tom Myoller. "Эффект клона". National Geographic — Rusiya. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |dil= ignored (kömək); Unknown parameter |datepublished= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  41. "etienne de france". etiennedefrance.com.
  42. "Tales of a Sea Cow (2012)". IMDb.
  43. "Etienne de France, "Tales of a Sea Cow" — Exhibition at Parco Arte Vivente, Torino, Italy « Alan N. Shapiro, Senior Lecturer, Art and Design University, Offenbach, Germany". alan-shapiro.com.
  44. http://docsandfilmfestivals.com/2012/05/02/tales-of-a-sea-cow/
  45. "BYCR - Etienne de France - RISE". bycr.it.
  46. "Database: Steller's Seacow in Museums". www.hans-rothauscher.de. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 сентября 2012. Unknown parameter |dil= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  47. "Steller inəyinin skleti (Hydrodamalis gigas)". Rusiya muzeyləri России. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |datepublished= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  48. "Отдел природы". Культурный Иркутск — всё о культурной жизни Иркутска. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 26 sentyabr 2012. Unknown parameter |datepublished= ignored (kömək); Check date values in: |accessdate= (kömək)
  49. Redyard Cozef Kiplinq. "Ağ dəniz pişiyi". Elektrok kitabxana ModernLib.ru. 2012-10-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 27 sentyabr 2012. Check date values in: |accessdate= (kömək)

Mənbə

Vikianbarda Dəniz inəyi ilə əlaqəli mediafayllar var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dəniz inəyi: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dəniz inəyi və ya Steller inəyi, həmçinin Kələm yeyən (lat. Hydrodamalis gigas) — insan tərəfindən nəsli kəsilən (1768), Sirenlər dəstəsinə daxil olan məməli növü. Dəniz inəkləri ilk dəfə 1741-ci ildə Vitus Berinqin ekspedisiyası zamanı aşkarlanmışdır. Adı ekspedisiyanın həkimi və bu canlı haqqında ilk ətraflı məlumat verən Georq Stellerin şərəfinə adlandırılmışdır.

Steller inəyi ancaq Komandor adaları sahilində aşkarlanmış və digər ərazilərdə müşahidə edilməmişdir. Bununla belə, bir çox paleontoloqlar onların arealının daha geniş əraziyə malik olduğunu ehtimal edirlər. Ləzzətli ətə sahib olması bu canlıların kütləvi ovuna səbəb olmuşdur. Artıq 1768-ci ildə dəniz inəklərinin nəsli tamamən kəsilmişdir.

Steller inəkləri nəhəng ölçülərə malik olmuşlar. Onlar ölçülərinə görə dəniz məməliləri arasında yalnız balinakimilərdən və ən yaxın qohumu hesab edilən Hidrodamalis Kuestadan(ehtimal ki, bu canlılar 10 metr uzunluğa və 10 ton çəkiyə malik olmuşlar) geri qalırdı. 7-8 metr uzunluğa və beş tondan artıq çəkiyə malik olmuşlar. Az hərəkətli həyat tərzi keçirən canlı olması ehtimal edilir. Bədən quruluşuna və böyük ölçülərinə görə onların sürətli üzməsi imkansız olmuşdur. Əsasən sahil boyu ərazilərdə yayılmışlar. Dəniz inəkləri yosunlar və əsasən dəniz kələmi ilə qidalanırdılar. Astagəl, qorxaq və insana tez öyrəncəli olmaları ilə seçilirdilər. Bu xüsusiyyətlər onların insanlar tərəfindən asanlıqla ovlanmasına gətirib çıxarırdı. Steller inəkləri ilk dəfə aşkarlanarkən sayları cəmi 2 min ədəd təşkil edirdi.

Bəziləri bu canlıları Kamçatka diyarı sahilləri boyunca gördüklərini iddia edirdilər. Ancaq bu fərziyələr öz təstiqini tapmamışdır. Dünyanın bir çox muzeylərində onların sümüklərinə rast gəlmək olar. Bəzi muzeylərdə isə bütöv skeletləri saxlanılır.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ