dcsimg

Alma ( Azerbaijani )

provided by wikipedia AZ

Alma (lat. Malus) – gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.

Ümumi məlumat

Azərbaycanda almanın üç yüzə qədər müxtəlif növü və çeşidi vardır. Bunlardan altmışı sənaye üçün əhəmiyyətlidir. Digər şirəli meyvələrdən almanın üstünlüyü odur ki, onu bütün il boyu saxlayıb istifadə etmək mümkündür. Almanın yetişmə fəsli aşağıdakı kimidir: yay (iyul, avqust), payız (sentyabr, oktyabr), qış (noyabrdan fevral ayına qədər). Eyni sort alma iqlim şəraitindən asılı olaraq yetişmə dövrünü dəyişə bilər.

Almanın növündən və sortundan asılı olaraq rəngi, dadı və ətri müxtəlif olur.

Almadan təbii halda istifadə etməklə yanaşı, bir sıra qiymətli konservləşdirilmiş məhsullar – kompot, mürəbbə, povidlo, şirə, püre və s. hazırlanır.

Almanın və ondan hazırlanan müxtəlif konserv məhsullarının ürək zəifliyinə, qanazlığına, xroniki mədə-bağırsaq xəstəliklərinə, eləcə də vitamin azlığına çox yaxşı müalicəvi təsiri olur.

Azərbaycanın Quba rayonu əsas almaçılıq rayonu sayılır. Burada müxtəlif növ almalar yetişdirlir. Burada son dövrlər Quba regional aqrar elm mərkəzi tərəfindən "Frazer" layihəsi çərçivəsində Fransadan gətirilmiş müxtəlif alma, gilas və armud sortlarının tingliyi salınmışdır. Bu gün Qrani Smit (Granny Smith), Fuci (Fuji), Conocold, Ağ renet, Reyn reneti, Qolden Delişes (Golden Delicious) sortlarının tingləri əkilmiş 24 hektarlıq alma bağı mövcuddur. Bununla yanaşı, daha 4,5 hektar sahədə fransız texnologiyası ilə salınmış pilot bağ becərilir. Rayonun əsas almaçılıq kəndi kimi I və II Nügədi kəndləri daha çox tanınır.

Tərkibi

Almanın tərkibində 5-24%-ə qədər şəkər, 1,3%-ə yaxın üzvü turşular (alma, limon, kəhraba), pektin və aşı maddələri, B və C vitaminləri, karotin, mineral maddələrdən isə kalium, natrium və dəmir duzları vardır. Almada olan dəmir duzu böyük müalicəvi əhəmiyyətə malikdir. Almanın tərkibində olan şəkərin əsas hissəsini qlükoza və fruktoza təşkil edir ki, onlar da ürək-damar sistemi üçün çox faydalıdır. Almanın mineral tərkibi (mq/100 qr.) aşağıdakı şəkildədir: kalsium-3, mis-az miqdarda, dəmir-0,1, maqnezium-az miqdarda, fosfor-9,5, kalium-12,9, selen-0,4, natrium-1, sink-az miqdarda.

Quru alma

 src=
Alma qurusu

Quru alma nəfəs darlığı və ürək xəstəliklərinə qarşı qoruyucu əhəmiyyətə malikdir. Bədəndən zəhərli maddələrin xaric edilməsinə kömək olur. Lifli olduğu üçün bağırsaqları təmizləyir. Qaraciyərindən şikayət edənlər, revmatizması olanlar və hətta şəkər xəstələri belə, quru almadan faydalana bilərlər. Alma sakitləşdirici, yuxuvericidir və baş ağrılarına da yaxşı təsir göstərir. Kiçik hissələrə bölünmüş almaları qabığıyla qaynadaraq, üzərinə limon, portağal, darçın əlavə edib çay kimi də içmək həmçinin faydalıdır[1].

Növləri

Həmçinin bax

Vikikitab loqotipi
Vikikitabda Meyvəçilik/Alma
mövzusuna dair mətn var.

Mənbə

  • Əli Polad. Bir damla su. I cild. Bakı,2011.
  • C.İ.Əhmədov, N.T.Əliyev. Meyvə və tərəvəzin əmtəəşünaslığı (Dərslik). — Bakı, 2009.

İstinadlar

  1. Qurudulmuş meyvənin faydaları...
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Alma: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Alma (lat. Malus) – gülçiçəklilər (Rosaceae) fəsiləsindən bitki cinsi.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Malus hopa ( Azerbaijani )

provided by wikipedia AZ

Malus hopa (lat. Malus hopa) - gülçiçəyikimilər fəsiləsinin alma ağacı cinsinə aid bitki növü.

Mənbə

Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Malus hopa: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Malus hopa (lat. Malus hopa) - gülçiçəyikimilər fəsiləsinin alma ağacı cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ