dcsimg
水蓼的圖片
Life » » Archaeplastida » » 木蘭綱 » » 蓼科 »

水蓼

Persicaria hydropiper (L.) Spach

Su bibəri ( 亞塞拜然語 )

由wikipedia AZ提供


Subibəri (su qırxbuğumu, su persikariyası) (lat. Polygonum hydropiper L.)[1] - qırxbuğum cinsinə aid bitki növü.[2]

Haqqında

Qırxbuğum (su bibəri) hündürlüyü 60 sm.-ə qədər olan birillik ot bitkisidir. Qızılcıq fəsiləsinə aiddir. Köklü və budaqlıdır, düyünvari budaqları çıxan nahiyyənin aşağı hissəsindən köklər əmələ gəlir, paycığa yaxın olan belə budaqlar qırmızı rəngə çevrilir. Yarpaqları uzunsov olur, kənarları bütöv, -gödək saplaqlı, yuxarı hissələrindəkilər isə saplaqsızdır.

Yarpaqların budağa birləşən hissəsi bükülmüş vəziyyətdədir. çiçəkləri xırda ağ və ya narıncı rəngdədir. Çiçəklər budaqda oturaq şəkildə bir və ya iki-üç birləşərək sünbülə bənzər çiçək formasında olub, uzunluğu 10 sm.-ə qədər çatır. Qırxbuğum (su bibəri) may ayından başlayaraq sentyabr ayınadək çiçəkləyir. Meyvəsi yumurtavari, tünd qonur rəngli fındıq formasındadır.

Budaq və yarpaqları kəskin, yandırıcı bibəri xatırladır. Quruduqdan sonra tamını itirir. Bitkinin latınca adının mənası onu göstərir ki, bu bitki nəmli yerlərdə bitir və yandırıcı dadlıdır.[3]

Botaniki təsviri

Hündürlüyü 30-90 sm olan birillik bitkidir. Gövdəsi düz, şişman düyünləri qırmızımtıl kiprikli dərivari borucuqla əhatə olunmuşdur. Yarpaqları ardıcıl, uzunsov lansetvaridir.Yaşılımtıl və ya çəhrayı-al-qırmızı xırda çiçəkləri birləşərək sallaq salxım əmələ gətirirlər. Meyvəsi xırda, qara, parıltısız toxumlardır. Qurudulmuş otun yarpaqları yaşıl, iysizdir, azacıq büzüşdürücü dada malikdir. İyul-avqust aylarında çiçəkləyir və meyvə verir.[4]

Mənşəyi və yayılması

Su persikariyası boreal coğrafi tipinin palearktik sinfinə aiddir. Atlantik və Orta Avropa, Skandinaviya, Balkan, Aralıq dənizi və Kiçik Asiya ölkələri, İran, Əfqanıstan, Yaponiya, Çin, Şimalı Amerika, Rusiya, Orta Asiya və Qafqazda yayılmışdır. Azərbaycanda sу персикарийасы (sу гырхбуьуму) Lənkəran ovalığı, Kür və Naxçıvan düzənliyi, Böyük Qafqazın şərq və qərb, Kiçik Qafqazın mərkəzi və cənub rayonlarında, Lənkəran və Naxçıvanın dağlıq hissəsində yayılmışdır. Arandan orta dağ qurşağına kimi (dəniz səviyyəsindən 1800 m qədər) bitir.[4]

Ekoloji qrup və bitdiyi yerlər

Hiqromezofitdir, sahilyanı və subataqlıq bitkilik tiplərində rast gəlir. Əsasən bataqlıq, çay, su axan və arx kənarlarında enli zolaqlar əmələ gətirir.[4]

Kimyəvi tərkibi

Saponin, kumarin, alkaloid, flavonoid, efir yağları, C, D, E, K, PP vitaminləri, karotin, aşı maddələri, steroid, seskviterpenoid və digər bioloji aktiv maddələrlə zəngindir.[4]

Təsiri və tətbiqi

Su persikariyası farmakopeyaya daxil olan ofisinal dərman bitkisidir. Elmi, praktiki, eksperimental və xalq təbabətində, eləcə də baytarlıqda geniş tətbiq edilir. Əsasən mədə-bağırsaq, nəfəs yolları, ağciyər vərəmi, sidik kisəsi, bəd xassəli şişlər, malyariya, revmatizm xəstəlikləri, həmçinin babasil, sınıq, burxulma və zədələnmə zamanı istifadə olunur. Antioksidant, bakteriostatik, büzüşdürücü, ağrıkəsici, qansaxlayıcı, işlədici və şualanmadan qoruyucu təsirə malikdir.[4]

Əks təsirləri

Güclü qanqatılaşdırıcı təsirə malikdir, tromboflebit xəstəliyində zərərlidir.[4]

İstifadə olunan hissələri

Müalicə məqsədi ilə bitkinin yerüstü hissəsi və kökü istifadə edilir.[4]

İstifadə formaları

Cövhər, dəmləmə, vanna və mazlar.[4]

Digər faydalı xüsusiyyətləri və istifadəsi

Su persikariyası yerüstü hissəsi acı dada malikdir, tərəvəz və yeməklərdə ədviyyat kimi istifadə olunur. Boyaq bitkisidir.[4]

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Sabir Tağıyev. Bitkilərin müalicəvi və toksinoloji əhəmiyyəti. Möcüzəli bitkilər. Bakı, 2009, səh.37-38.
  4. 4,0 4,1 4,2 4,3 4,4 4,5 4,6 4,7 4,8 Mehdiyeva N.P. «Azərbaycanın dərman florasının biomüxtəlifliyi». Bakı, 2011
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Su bibəri: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供


Subibəri (su qırxbuğumu, su persikariyası) (lat. Polygonum hydropiper L.) - qırxbuğum cinsinə aid bitki növü.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ