dcsimg

Qızılağacabənzər mürdəşər ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) və ya Kövrək murdarça[1] - murdarça cinsinə aid bitki növü.[2]

Təbii yayılması

Avropanın meşə və meşə-çöl zonasında, Qərbi Avropanın mərkəzi rayonlarında, Kiçik Asiyanın şimalında, Krımda, İranda və Qafqazda, Orta Asiyanın şimal rayonlarında rast gəlinir.

Botaniki təsviri

Hündürlüyü 7 m-ə çatan kol və ya kiçik ağacdır. Gövdəsi və budaqları tünd qonurdur. Gövdəsi hamar, tikansızdır. Tünd qabığı mərciməkli, mantar qatının altında qırmızı qat vardır. Yarpaqları ellipsvari formalı, uzunluğu 4-10 sm, kənarları bütöv, 6-8 cüt paralel yan damarcıqlı, qısa saplaqlarda (1,5 sm-dək) yerləşir. Yarpaqların yerləşməsi - növbəli və ya əyri-üzbəüzdür. Çiçəkləri ikicinsli, beş hissəli, kasacığı zəngvari olmaqla yarpaqların qoltuqlarında yerləşir, uzunluğu 2-3,5 mm-dir. Çiçək tacı yaşılımtıl-ağdır. Meyvəsi - şarşəkilli, diametri 8-10 mm, iki-üç yaşılımtıl-sarı, yumru-üçkünc çəyirdəkli, ximircəkli, ikili “dimdikli” çəyirdəkdir. Yetişmiş halda meyvələri göy-qaradır.


Ekologiyası

İstisevəndir, soyuğa və rütubətə davamlıdır.

Azərbaycanda yayılması

Respublikamızın bəzi bölgələrində rast gəlinir.

İstifadəsi

Meyvələri zəhərlidir, xalq arasında “canavar giləmeyvəsi” adlandırılır, ancaq quşlar tərəfindən yeyilir. Qabıq, tumurcuq, yarpaq və meyvələrində qlikozidlər, qatranlar, aşılayıcı maddələr, efir yağları vardır. Qabığı və meyvələri işlətmə və qusma xüsusiyyətlərinə malikdir və xalq təbabətində istifadə edilir. Oduncağından kömür alınır. Qabığında boyayıcı maddələr vardır. Dekorativ kol kimi yaşıllaşdırmada istifadə edilir.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın SSR-nin "Qırmızı Kitabı".Bakı: İşıq, 1989,544 s.
  3. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  4. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  5. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  7. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  8. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  9. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
  10. "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018.
    1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
    2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
    許可
    cc-by-sa-3.0
    版權
    Vikipediya müəllifləri və redaktorları
    原始內容
    參訪來源
    合作夥伴網站
    wikipedia AZ

    Qızılağacabənzər mürdəşər: Brief Summary ( 亞塞拜然語 )

    由wikipedia AZ提供

    Qızılağacabənzər mürdəşər (lat. Frangula alnus) və ya Kövrək murdarça - murdarça cinsinə aid bitki növü.

    許可
    cc-by-sa-3.0
    版權
    Vikipediya müəllifləri və redaktorları
    原始內容
    參訪來源
    合作夥伴網站
    wikipedia AZ