dcsimg
長頜北鮭的圖片
Life » » Metazoa » » 脊椎動物亞門 » » 輻鰭魚總綱 » » 鮭科 »

長頜北鮭

Stenodus leucichthys (Güldenstädt 1772)

Ağ qızılbalıq ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır.

Morfoloji əlamətləri

Başı balacadır, ağzı orta ölçüdədir, alt çənə üst çənədən bir qədər uzun olur. Pulcuqları iridir, yan xətt orqanında onların sayı 120 dən azdır. Bədəninin rəngi gümüşüdür. Qəlsəmə dişciklərinin sayı 19-26 (22.7), qəlsəmə şüaları 8-11, fəqərələri 65-68 ədəd arasında dəyişir. Uzunluğu 120.0 sm, kütləsi 12.0-kq-a qədər olur.[1]

Yaşayış yeri və həyat tərzi

Yarımkeçici balıq olub, yay fəslində dənizin (Xəzərin) orta və cənub hissəsinin 20-50 m dərinliyində yaşayır, çoxalmaq üçün çayların, xüsusilə Volqa çayının ən yuxarı hissələrinə qalxır. Əksər fərdləri 8-10 ilədək yaşayır. Yırtıcı balıqdır. Erkən yaşlarında yırtıcılıq həyatı keçirməyə başlayır. Azərbaycan sahilində kilkə və aterina, payız- qış aylarında külmə, sıf, xul balıqlarının körpələri ilə qidalanır.Az saylıdır. Yırtıcı olub, balıq körpələri, cücü sürfəsi, mizidlərlə qidalanır. Bədənin uzunluğu 30 sm-ə çatdıqdan sonra yırtıcı həyat tərzinə keçir – başqa balıqların körpələri ilə qidalanır. Yaşlı balıqların qidasını çəkikimi, xanıkimi, balıqlar, xullar təşkil edir.[2]

Çoxalması

Çoxalması oktyabr-noyabr aylarında Volqa və Ural çaylarında müşahidə edilir. Qızılbalıqdan fərqlə olaraq Ağ qızılbalıq kürü tökdükdən sonra dənizə qayıdır.Erkək fərdlər 4-5, dişi fərdlər 5-6 yaşında cinsi yetkinliyə çatırlar. Fərdi inkişaf forması: rüşeym, sürfə, körpə, yetkin fərd.İki cinsli olub, kürü tökməklə çoxalır. Reproduktivliyin forması: kürü şəklində olur. Bir dəfəlik reproduksiyanın sayı: 104.5-400 min ədəd kürü, Reproduktivliyin periodu oktyabr-yanvar, reproduktivliyin müddəti 180 gün, generasiyanın sayı: ömrü boyu 2, az hallarda 3 dəfə olur. [3]

Yayılması

Dünyada bir növlə təmsil olunmuşdur. Azərbaycanda Xəzər dənizinin şimalında yayılmışdır. Az miqdarda Orta Xəzərdə, Yalama-Xudat,Siyənək vətəgələrində rast gəlinir.

Təsərrüfat əhəmiyyəti

Ekoloji əhəmiyyəti: məlum deyil. Sosial-iqtisadi əhəmiyyəti qiymətli vətəgə və qida əhəmiyyətlidir. Elmi-mədəni əhəmiyyəti mühüm elmi-təkamül əhəmiyyəti daşıyır. Ziyanvericilik xüsusiyyətləri vətəgə əhəmiyyətli balıqların körpələrini yeməklə ziyan vurur.Qiymətli vətəgə balığıdır.Təbii kürüləmə yerləri bərpa olunmalı, mühafizəsi gücləndirilməli, süni artırılmasının miqyası genişləndirilməlidir. Biomüxtəlifliyin bir kompanenti olub, su cücülərinin, mizidlərin populyasiyasının tənzimlənməsində iştirak edir. BTMİ "Qırmızı Kitabına" daxil edilib.

İstinadlar

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Беляева В.Н., Казанчеев Е.Н., Распопов В.М. и др. Каспийское море. Ихтиофауна и промысловые ресурсы. М.: Наука, 1989, 236 с.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 620.
  2. Иванов В.П., Комарова Г.В. Рыбы Каспийского моря. Астрахань: Изд-во АГТУ, 2008, 224 с.
  3. Казанчеев Е.Н. Рыбы Каспийского моря. М.: Легкая и пищевая промышленность, 1981, 168 с.
  4. Летичевский M.A. Воспроизводство белорыбиц. M.: Пищевая промышленность, 1983, 112 с.
  5. Беляева В.Н., Казанчеев Е.Н., Распопов В.М. и др. Каспийское море. Ихтиофауна и промысловые ресурсы. М.: Наука, 1989, 236 с.
  6. Атлас пресноводных рыб России. М.: Наука, 2003. с. 160 - 163.

Həmçinin bax

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Ağ qızılbalıq: Brief Summary ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Ağ qızılbalıq (lat. Stenodus leucichthys) — xordalılar tipinin kosmopolit növü olub, qiymətli vətəgə balığıdır.

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ