dcsimg

Delfinlər ( Azerbaijani )

provided by wikipedia AZ

Delfinlər (lat. Delphinidae) — balinakimilər dəstəsinə aid heyvan fəsiləsi. Əsasən balıq, molyuskxərçəngkimilərlə qidalanır.

Delfinlər cəld və sürətlə üzürlər. Onlar inkişaf etmiş səs siqnalizasiyasına və bu siqnalları qəbul etmə sistemlərinə malikdir. Diri bala doğurlar. Hamiləlik müddəti 10–18 ay arasında dəyişir. Dışı delfin adətən uzunluğu 50-60 sm olan bir bala doğur və balasının qayğısına həssaslıqla qalır. Delfinlər gec böyüyürlər. Onlar 20-30 ilə qədər yaşayırlar.

Delfinlər doğum anından etibarən balalarının qayğısına qalırlar. Doğuşdan əvvəl delfinin hərəkətləri yavaşıyır. Buna görə də digər dişi delfinlər doğuş zamanı ona kömək edirlər. Doğuşdan əvvəl ana delfini təhlükələrdən qorumaq üçün onun hər iki tərəfində üzür, bala dünyaya gəldikdə isə suyun üstünə çıxmasını və nəfəs almasını təmin edirlər. İlk iki həftə bala anasının yanından ayrılmır. Qısa bir müddət sonra isə üzməyi öyrənir və yavaş-yavaş anasından uzaqlaşmağa başlayır. Amma dişi delfin balanın sürətli və çevik hərəkətləri ilə ayaqlaşıb onu lazımınca qoruya bilmədiyi üçün digər dişi delfin köməyə gəlir və balanı mükəmməl bir şəkildə qoruyur. Delfinlər köpək balıqlarından xilas olmaq üçün dəstələr halında hərəkətə keçirlər. Onlardan biri və ya ikisi köpək balığının diqqətini cəlb etmək üçün kənardan üzür. Köpək balığı bu tələni izləmək üçün qayıdarkən digər delfinlər əks istiqamətdə hərəkət edir və güclü hücuma keçirlər. Biri digərinin arxasından sürətlə hücum edərək burunları ilə köpək balığının yanlarına vururlar. Bu, köpək balıqlarından qorunmaq üçün olduqca effektiv üsuldur, hətta bəzən bu yolla delfinlərin köpək balıqlarını öldürdükləri də olur.

Delfinlərdəki üstün yaradılış

Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi bir refleks deyil, iradəli hərəkətdir.[1]

Yəni insan necə yeriməyə qərar verirsə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Bu səbəbdən nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik qapaqla avtomatik bağlanır və bununla da içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır. Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətlə üzür. Müasir gəmilərin burunlarında da delfinlərin ağzına bənzər çıxıntı var. Bu hidrodinamik quruluş gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.

Bundan başqa, delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzürlər. Delfinlərin bədənlərinin ətrafından suyun axması qüsursuz şəkildə baş verir. Bunun səbəbi delfinin dərisi üzərində aparılan tədqiqatlar nəticəsində tapılmışdır. Delfinin dərisi üç qatdan ibarətdir. Xarici qat incədir və çox elastikdir; daxili təbəqə qalındır, plastik tüklü fırçaya bənzəyən elastik çubuqlardan ibarətdir. Ortadakı qat isə süngərəbənzər maddədəndir. Beləliklə, çox sürətlə üzən delfinə dəyən sudan girdab əmələ gəlməyə başladıqda xarici dəri qatı bu girdabın səbəb olduğu yüksək təzyiqi daxili qatlara ötürür və daxili qatlar bu yüksək təzyiqi aradan qaldırırlar. Əmələ gələn girdab beləliklə böyüməyə başlamadan itir.

Alimlər tərəfindən müəyyən edilib ki, delfinlərin bir-biri ilə ünsiyyət qurması üçün 14000-ə qədər səs siqnalı "lüğət ehtiyatları" vardır. Yarasalar kimi, delfinlər də şaqqıltılı səslər və ya ucadan qırıq-qırıq fit səsinə oxşar ultra səslər buraxır və balıqlara toxunub qayıdan bu səsləri tutmaqla ovlarını tapırlar. Delfinlərin bu cür səmtbilmə qabiliyyətinin çox yaxşı inkişaf etdiyini bir çox təcrübələr sübut etmişdir.

Delfinlərdən birinə bədbəxtlik üz verdikdə sürüdəki başqa delfinlər onun həyəcan siqnallarını eşidən kimi köməyə gəlir.

Delfin suda balalayır və yeni doğulmuş bala suda üzə bilir. Delfin öz balasını suda əmizdirir, onun südü çox qatı və yağlı olur.

Cinsləri

Cins Növ Adı Cephalorynchus Gray, 1846
Пёстрые дельфины Cephalorhynchus eutropia Ağqarın delfin Cephalorhynchus commersonii Kommerson delfini Cephalorhynchus heavisidii Hevisayda delfini Cephalorhynchus hectori Heqtori delfini Delphinus Linnaeus, 1758
Дельфины-белобочки
Delphinus capensis Длиннорылая белобочка Delphinus delphis Белобочка Feresa Gray, 1874
Cırtdan qatil balina Feresa attenuata Cırtdan qatil balina Globicephala Lesson, 1828
Qrindlər Globicephala macrorhynchus Qısaüzgəc qrind Globicephala melas Adi qrind Grampus Gray, 1828
Boz delfinlər Grampus griseus Boz delfin Lagenodelphis Fraser, 1956
Malayziya delfini Lagenodelphis hosei Malayziya delfini Lagenorhynchus Gray, 1846
Qısabaş delfinlər Lagenorhynchus acutus Atlantik ağböyür delfin Lagenorhynchus albirostris Ağsifət delfin Lagenorhynchus australis Cənub ağböyür delfini Lagenorhynchus cruciger Xaçabənzər delfin Lagenorhynchus obliquidens Sakitokean ağböyür delfini Lagenorhynchus obscurus Tünd delfin Lissodelphis Gloger, 1841
Balinayabənzər delfinlər Lissodelphis borealis Şimal balinayabənzər delfin Lissodelphis peronii Cənub balinayabənzər delfin Orcaella Gray, 1866
İravadi delfinləri, Orcaella brevirostris İravadi delfini Orcaella heinsohni Австралийский курносый дельфин Orcinus Fitzinger, 1860
Osa Orcinus orca Osa Peponocephala Nishiwaki et Norris, 1966
Бесклювые дельфины Peponocephala electra Бесклювый (широкомордый) дельфин Pseudorca Reinhardt, 1862
Kiçik kosatka Pseudorca crassidens Kiçik kosatka Sotalia van Bénéden, 1864
Длинноклювые дельфины Sotalia fluviatilis Amazon delfini Sotalia guianensis Sousa Gray, 1866
Qozbel delfinlər Sousa chinensis Çin delfini Sousa teuszii Qərbi afrika delfini Stenella Gray, 1866
Продельфины, стенеллы Stenella attenuata Узкорылый продельфин Stenella clymene Короткорылый продельфин Stenella coeruleoalba Полосатый продельфин Stenella frontalis Большелобый продельфин Stenella longirostris Длиннорылый продельфин Steno Gray, 1846
İridiş delfinlər Steno bredanensis İridiş delfin Tursiops Gervais, 1855
Afalinlər Tursiops aduncus Hind afalini Tursiops australis Avstraliya afalini Tursiops truncatus Afalin delfini

İstinadlar

  1. Betty Ma­ma­ne, Le Sur­do­ue du Grand Bleu, Sci­en­ce et Vie Ju­ni­our, Avqust 1998, s.79-84

Xarici keçidlər

Vikianbarda Delfinlər ilə əlaqəli mediafayllar var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Delfinlər: Brief Summary ( Azerbaijani )