dcsimg
Image of common flax
Creatures » » Plants » » Dicotyledons » » Flax Family »

Common Flax

Linum usitatissimum L.

Adi kətan ( Azerbaijani )

provided by wikipedia AZ

Adi kətan (lat. Linum usitatissimum)[1] - zəyərək cinsinə aid bitki növü.[2]

Təsviri

Mədəni kətan, əkilən və yaxud adi kətan hündürlüyü 30-150 sm olub, öz-özünə tozlanan birillik ot tipli bitkidir. İsti ölkələrdə məs: Hindistanda daha ucaboylu olur. Yalnız yuxarı hissədən budaqlanır. Əsas kökü (mil kökü) olduqca qısadır, ağımtıl rəngdədir, bir neçə iri yan budaqlar (köklər) əmələ gətirir. Ancaq çoxlu sayda xırda kök telləri olur.Gövdəsinin əsas hissəsi dik dayanan və düz, nazik, silindir şəkilli, bəzən sadə, yalnız yuxarı hissədən budaqlanan tutqun yaşıl rəngli zəif mum təbəqəsi ilə örtülüdür. Gövdəsi tüksüz və demək olar ki, tüksüz yəni qısa tükcüklərlə örtülü olur. Yarpaqları çoxsaylı, nisbətən seyrək növbəli və ya spiral şəkilli düzülmüş 2-3 sm uzunluqda 3-

4 mm enində olmaqla xətvari və yaxud xətvari-lansetvari, nisbətən iri lansetvari, nəhayəti sivri (iti) oturaq, yüngül göyümtül rəngli, nisbətən zəif mum təbəqəsi ilə örtülü, kənarları hamar, 3 damarlıdır. Yarpaqları tükcüklərlə örtülmüş və ya çılpaq, kənarları bütövdür. Çiçəkləri gövdənin nəhayətində yalançı çətir (dixazi) şəklində toplanmış-dır. Çiçək qrupu seyrək, əyri, bəzən qıvrım olmaqla çiçəkaltlığı lansetvaridir. Çiçəkləri nisbətən az üzvlü, çox hissəsi orta irilikdə və yaxud xırda 1,5-2,4 sm diametrində, kifayət qədər uzun saplaqlı, yuxarı hissələrdə yaxınlaşmışdır. Kasa yarpaqları 5-6 mm uzunluqda ot tipli, yumurtavari və ya yumurtavari-lansetavri, uzunsov yumurta- vari, yuxarı hissələrdə sivri və ya qısa sivri, 2-5 əksər hallarda 3 damarlı, daxildə nisbətən geniş, ağ örtüklə haşiyələnmiş, yuxarı hissədə kənarları kələ-kötür, nazik kirpiklidir. Ləçəkləri 12-15 sm uzun-luqda pazşəkilli, tərs yumurtavari, yuxarı hissələrdə bir neçəsi çəp dairəvi və ya kütləşmiş, tam kənarlı, hamar və ya yüngül büzmələ-nən, mavi və ya göy rəngli, nisbətən tünd damarlı, bəzən isə ağ, çəhrayı və ya qırmızı-bənövşəyi, aşağıya doğru qurumuş ağ rəngli, əsasında sarı damarı olan və tez tökülən olur. Erkəkcikləri xətvari, ağ rəngli, yuxarı hissəsi tikanlı göy saplıdır (damarlıdır). Erkəkcik borusu qısa, həlqə şəkillidir. Tozluqları uzunsov, əsasən göy, bəzən isə sarı və ya çəhrayı rəngli olur.[3]

Dişiciyi bir ədəd, dairəvi, beş sütuncuqdan ibarətdir. Yumurtalığı (toxumluğu) yumurta şəkilli, yaşıl rəngli, sütuncuğu pazşəkilli-xətvari, ağızcığı tünd göydən bənövşəyi rəngə qədər dəyişilir. İyun və iyul aylarında çiçəkləyir.Çiçəkləri sübh tezdən ilk günəş şüası dəyən kimi açılır, günortadan sonra yumularaq tökülməyə başlayır. Nəmli və yağışlı günlərdə çiçək açmır. Mayalanması ancaq həşəratlar vasitəsilə - çarpaz üsulla gedir. Meyvəsi 6-8 mm uzunluğunda, 5,7-6,8 mm diametrdə, yastılaşmış şarşəkilli və ya şarşəkilli - yumurtavarı olmaqla beş yuvalı qutucuqdur. Üzərində kasacığın izi qalmışdır. Yuxarı hissəsi azacıq sivri, sarımtıl rəngli, əsas hissəsi antosian rənglə örtülməmiş, bəzən yetişmədən əvvəl zəif rəngli, çatlamayan, yalançı arakəsməli, tüksüz (hamar) bəzən isə kirpikli olur. Meyvəsi iyul-avqust aylarında yetişir.

Bitkidə adətən 10 ədəd, bəzən isə az sayda toxum olur. Toxumları 3,3-5,0 mm uzunluqda, yumurtavarı və ya uzunsov ellipsvarı, yanları qeyri-bərabər, güclü yastılaşmış, əsasında dairəvi, yuxarısı sivri, açıq-qəhvəyi rəngdən tünd boz rəngə qədər dəyişən, az hallarda yaşılımtıl-sarı, tamamilə hamar və parlaq olur.Toxumun qabığı suya dəydikdə yumşalır, selikli maddəyə çevrilir. Uzunlifli kətanın 1000 ədəd toxumunun kütləsi 4-5 qr. (12-13 qr.) gəldiyi halda, yağlıq sortlarınkı 8-15 qram olur.[4]

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016
  4. H. S. HÜMBƏTOV, V. V. BƏŞİROV V. R. MOHUMAYEV " YAĞLI VƏ EFİR YAĞLI BİTKİLƏR" BAKI 2016
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi kətan: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Adi kətan (lat. Linum usitatissimum) - zəyərək cinsinə aid bitki növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ