dcsimg

Humbold pinqvini ( Azerbaijani )

provided by wikipedia AZ

Humbold pinqvini[1] və ya Peruan pinqvini[2] (lat. Spheniscus humboldti) — Eynəkli pinqvinlər cinsinə aid olan növ.

Tarixi

Peruan pinqvinləri haqqında ilk dəfə konkistador Pedro Pisarro məlumat vermişdir[3].

Ümumi məlumat

Humbold pinqvininin bel və baş nahiyəsi qara, qimdikləri qara rəngli olub qırmızı sonluqludur. Yetkin fərdlərin quruda düşməni yoxdur. Dənizdə isə dəniz şirləri, dəniz bəbirləri və osalar əsas düşmənləridir. Yumurtalar və kiçik quşlar üçün əsas təhlükələr isə fırtınaquşları və qağayılardır.

Yayılması

Humbold pinqvini əsasən ÇiliPerunun 8° - 34 °C. e. arasında yerləşən[4] sahilboyu ərazilərdə yayılmışlar. Buradan soyuq Peru cərəyanı keçir. Bu səbəbdən bəzən Peruan pinqvini adlanır. Sayları hər il azalır. Dünyada sayları 12 000 cütdür. Bunun 8 mini Çili, 4 mini isə Peru sahillərində yayılmışdır.

Qalereya

İstinadlar

  1. Гладков Н. А., Рогачева Э. В., Сыроечковский Е. Е. Надотряд Плавающие птицы (Impennes) // Жизнь животных. Том 6. Птицы / под ред. В. Д. Ильичева, И. В. Михеева, гл. ред. В. Е. Соколов. — 2-е изд. — М.: Просвещение, 1986. — С. 37, 112. — 527 с.
  2. Кокшайский Н. В. Птицы Перу. Введение в их изучение. — М.: Наука, 1990. — 304 с. — ISBN 5-02-005354-6
  3. Pedro Pizarro. Relación del descubrimiento y conquista del Perú. — Lima: Pontificia Universidad Católica del Perú, Fondo Editorial, 1978. — P. 248 (277 p.)
  4. Энциклопедический справочник «Латинская Америка», том 2, изд."Советская энциклопедия", Москва, 1982, стр.355, ст."Пингвин Гумбольта"

Ədəbiyyat

  • Бейчек В., Штясны К. Птицы. Иллюстрированная энциклопедия. — М.: Лабиринт-пресс, 2004. — 288 с.
  • Жизнь животных. В 7-ми томах. Т.6 Птицы. — М.: Просвещение, 1986. — 527 с.
license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Humbold pinqvini: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Humbold pinqvini və ya Peruan pinqvini (lat. Spheniscus humboldti) — Eynəkli pinqvinlər cinsinə aid olan növ.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ