dcsimg

Dinozavrlar ( Azerbaijani )

provided by wikipedia AZ

Dinozavrlar (lat. Dinosauria, qəd. yunan dilindəki δεινός - "dəhşətli" və σαῦρος - "kələz") — Mezozoy erasında Yer kürəsində hakim olan və Trias dövrünün sonlarından başlayaraq (təxminən 230 mln. il əvvəl) Təbaşir dövrünün sonunadək (təxminən 66 min. il əvvəl) 160 milyon il mövcud olmuş quruda yaşayan onurğalı heyvanların üstdəstəsidir.

Təbaşir və Paleogen dövrlərinin sərhədində geoloji baxımdan qısa zaman kəsiyində heyvanların və bitkilərin genişmiqyaslı və kütləvi yox olması zamanı dinozavrların böyük əksəriyyəti məhv olmuşdur.

Daşlaşmış dinozavr qalıqları bütün qitələrdə aşkar olunmuşdur. Hazırda paleontoloqlara 2 şərti qrupa — ətyeyənlərotyeyənlər — bölünən 500-dən artıq cins və 1000-dən artıq müxtəlif növ kələz məlumdur.

Mənşəyi

"Dinozavr" termini ingilis paleontoloqu Riçard Oven tərəfindən 1842-ci ildə təklif edilmişdir. Dinozavrlar 160 milyon il ərzində bizim planetimizdə ən üstün canlılar idi. İndi bu nəhəng məxluqların bütün qalıqları sümüklərdir. Daşlaşmış qalıqlar göstərir ki, 65 milyon il əvvəl nəsə Yerin bütün ekosistemini məhv etdi və dinozavrlar bütün başqa növlərin təxminən 50%i ilə birlikdə qəfildən qırıldı. Bəs onların nəslinin kəsilməsinə nə səbəb oldu? Çox illər, bu sual fərziyyələrdə itib -batan sirr olmuşdur.

Dinozavrlar müasir dövrümüzdə

Müasir dövrdə dinozavrlar uşaqların sevimli film qəhrəmanlarından biridir. Balacaların nəvazişlə “Dino” adlandırdığı bu heyvanlar cizgi filmlərində, adətən, xeyirxah qəhrəman kimi təsvir olunur. Lakin milyon illər əvvələ qayıtsaq, yəqin ki, heç kim bu qorxunc canlı ilə üz-üzə gəlmək istəməzdi. Təxminən 225 milyon il əvvəl Yer kürəsində yaranmış və 160 milyon il ərzində yaşamış dinozavrlar planetimizdə mövcud olmuş ən böyük canlılar idi. Həmin dövrdə insanlar hələ mövcud deyildilər. O zamanlar planetimizdəki heyvanlar və bitkilər də indikilərdən çox fərqlənirdi. Yer kürəsində sürünənlər “ağalıq” edirdi. Onların böyük hissəsini dinozavrlar təşkil edirdi. Bu nəhəng sürünənlərin bəziləri bitkilərlə qidalanan təhlükəsiz dinozavrlar, digərləri isə qorxunc yırtıcılar idi. Dinozavrlar dövrümüzə gəlib çatmayıblar. Alimlər onların zahiri görünüşünü və ölçülərini planetin müxtəlif yerlərində tapılmış sümüklərə əsasən təyin etmişlər. Dinozavrların qalıqları ilk dəfə İngiltərə ərazisində 1815-ci ildə tapılmışdır. Alimlər bu qalıqların nəhəng bir heyvana aid olduğunu heyrət içində müəyyən etmişdilər. O dövrdə insanlar Yer kürəsində nə vaxtsa bu nəhənglikdə heyvanların mövcud olduğundan xəbərsiz idilər. Daha sonra 1826-cı ildə başqa bir ingilis alimi naməlum nəhəng heyvana məxsus olan sümüklər tapdı. Nəhayət, 1842-ci ildə daha bir dinozavr qalıqları tapan ingilis bioloqu Riçard Ouen hər üç tapıntı arasında oxşarlığı müəyyən edərək onların eyni canlı növünə aid olduğunu sübut etdi. O, naməlum heyvanın skeletini qismən bərpa etdi və ona “dinozavr” adı verdi. “Dino” yunanca “qorxunc”, “zavr” isə “kərtənkələ” deməkdir. Bu ad elmdə qəbul olundu. Sonradan bu fəsilədən olan bir çox heyvanların da qalıqları tapıldı: anxizavr, izizavr, karnotavr, anteozavr və başqaları. Bununla belə, “dinozavr” adı həmin heyvan fəsiləsinin ümumi adı kimi qəbul olundu. Dinozavrların sümükləri milyon illərlə üst-üstə qalaqlanmış torpaq laylarının altından, qayaların arasından tapılır. Heyvan və bitki qalıqlarının axtarışı və bərpası ilə məşğul olan alimlər paleontoloq adlanırlar.

Məhv olma səbəbləri

Dinozavrların daşlaşmış qalığı: dinozavrlar niyə qırıldı? Yox olma hadisəsi :1970-ci illərdə bu fərziyyələr Kaliforniya Universitetinin Berkley komandanın sayəsində real elmi tədqiqata çevrildi. Geoloq Volter Alvarez İtaliyadaki Guppio dağlarındakı qaya laylarını araşdırırdı. Bu vaxt O Təbaşir və üçüncü dövr laylarının arasında ( bu qatların sərhəddi kt sərhəddi kimi də tanınır) bir qata çatdı. Təbaşir qayası daşlaşmış qalıqlarla dolu, amma üçüncü dövr qayasında heç nə yox idi. Bu qara-qəhvəyi K-T qatı dinozavrların məhv olduğu dövrdə formalaşmışdır.

Alvarez bu laydan atası fizik Luis Alvarezin analiz etməsi üçün bir sıxma götürdü. Onlar nüvə kimyaçısı Elen MichelsFrank Asaronun köməkliyiylə kəşf etdilər ki, o element iridiumun yüksək miqdarını özündə saxlayır. Bu element yer qabığının çox nadir elementidir, amma K-T sərhəddində iridiumun səviyyəsi əvvəlki tapıntılarından 200 dəfə daha çox idi. Bu qədər iridium haradan gəlmişdi? Başqa planetdən gələn komet və asteroidlər kimi o ərazilər iridiumla zəngin idi. Bu qat Alvarezin komandasına asteroidin fərqli əlamətlərini göstərirdi. 1980-ci ildə Luis Alvarez və onun oğlu asteroidlərin dinozavrların məhvinə səbəb olması fikrini irəli sürdülər.

O vaxtdan bəri geokimyaçılar iridium anomaliyalarını K-T sərhəddində dünyanın yüzlərlə ərazisində kəşf etdilər. Bu ərazilərdəki sərhəd qayaları meteorit əlamətlərini heç bir dəyişikliyə uğramadan özündə saxlayır .Bu aşınmış qayalar yüksək hərarət və partlayışın gücündən ərimiş, sınmış və deformasiyaya uğramış fiziki dəyişikliklərin başlama əlamətlərini göstərir. Məsələn kvars kimi dəyişikliyə uğramış minerallar ümumilikdə K-T sərhəd qayasındadır. Bunlar gözlənilməz təzyiq altında formalaşır. İndiki dünya səthində itmiş asteroid izləri vaxtilə nəhəng olub. Asteroidlərin qoyduğu izlər tədqiq edilən ərazilər idi. Asteroidlər hansı ərazilərə düşmüşdü? 1990-cı ildə Arizona Universitetinin mütəxəssisi Alan Hildebrand Meksika Neft Şirkətinin prezidenti işləmiş geofizik Glen Penfieldlə əlaqə qurdu. Penfield onun potensial krater sahəsini kəşf etməsinə inandı. Meksika Neft Şirkətinin Yukatan yarmadasındakı qədim tədqiqat tarixinə baxarkən Penfield qayanın nəhəng batmış bir qövsünü gördü. Sonra o 1960-cı illərin region qravitasiya xəritəsində başqa bir qövs aşkar etdi. Bu qövs böyük dayirəylə formalaşmada ilk uyğun gələni idi. Dərin dairə Yukatan yarmadasının ucunda Puerto Chixulub kəndindin ətrafındaydı. Penfieldin tapdığı krater 100 mil enliyində idi. Penfield bilirdi ki, Meksika Neft Şirkəti 50 il əvvəl Yukatan yarımadasının həmin ərazilərində neft axtarışları aparıb. Tədqiqat quyusu qazılarkən işçilər andezit adlanan qeyri-adi bir vulkanik qayaya çatdılar. Hildebrand və Penfield andezit nümunələrini yenidən tədqiq etdilər. Analizlər zamanı müəyyən olundu ki, qaya özündə çoxlu metamorfik minerallar saxlayır. Daha sonra dəlillər sübut etdi ki, Chixulub krateri K-T təsirli ərazidə idi. Elmi komitə belə qərara gəldi ki, burda nə vaxtsa yer üzərində mövcud olmuş təsirlərdən məhv olmuş solğun çapıqlar var.

Belə ki, 65 milyon il əvvəl Everest dağı boyda 2.6 milyard tonluq asteroid səmadan saatda 40000 mil sürətlə yerə çırpıldı. Asteroid 100 milyon meqaton dinamit enerji ilə Meksika ərazisinə düşdü. Böyük təsirli dalğalar bir saniyəyə yayılırdı. Yaranmış toqquşma nəticəsində Meksika körfəzi ətrafında böyük sunamilər yarandı. Yer titrədi , vulkanlar püskürdü , böyük küləkli qasırğalar yarandı. Atmosferdə ümumilikdə trilyon tonlarla çəkidə kütlə yığıldı. Ətrafı böyük ildırımlar bürüdü. Hər şey 300 mil ərazidə toqquşmanın təsirindən dərhal dağıldı. Toqquşma nəticəsində yaranan toz kütləsi atmosferə yayıldı. Asteroid çirkləndirən ərazilərə günəş işığı düşmürdü. Beləliklə yerdə aylarla qaranlıq hökm sürdü. Qida zənciri dağıldı və dinozavrların 165 milyon illik yerdəki həyatı sona çatdı. Yer kütləsi canlılarının 85% -i məhv oldu. Yalnız 15 % sağ qaldı. İridiumla zəngin lay dinozavrlarla məməlilərin yaşını müəyyən etməyə imkan verdi. Dinozavrların yox olması məməlilərin inkişafına səbəb oldu.

Dinozavrların təsnifatı

Kərtənkələ ombalı dinozavrlar (Saurischia) Herrerasauridae Herrerasil.jpg Herrerasaurus Staurikosaurus Theropoda Coelophysoidea Coelophysis silhouette.jpg Coelophysis Liliensternus Dilophosaurus Neotheropoda Ceratosauria Ceratosil.jpg Ceratosaurus Majungasaurus Carnotaurus Tetanurae Megalosauroidea Spinosaurus silhouette.jpg Spinosaurus Suchomimus Torvosaurus Avetheropoda Tyrannosaurus silhouette.jpg Allosaurus Tyrannosaurus Velociraptor Sauropodomorpha Prosauropoda Massospondylus silhouette.jpg Anchisaurus Plateosaurus Massospondylus Sauropoda Bazal Sauropodalar Basal sauropod silhouette.jpg Mamenchisaurus Shunosaurus Omeiosaurus Neosauropoda Diplodocoidea Diplosil.jpg Diplodocus Apatosaurus Amargasaurus Macronaria Brachiosaurus silhouette.jpg Brachiosaurus Camarasaurus Ampelosaurus Quş ombalı dinozavrlar (Ornithischia) Heterodontosauridae Heterodontosaurus silhouette.jpg Heterodontosaurus Abrictosaurus Genasauria Thyreophora Bazal Thyreophoralar Scelidosaurus silhouette.jpg Scelidosaurus Scutellosaurus Eurypoda Stegosauria Stegosaurus silhouette.jpg Stegosaurus Kentrosaurus Huayangosaurus Ankylosauria Ankylosaurus silhouette01.jpg Euoplocephalus Edmontonia Ankylosaurus Cerapoda Marginocephalia Pachycephalosauria Pachycephalosauria silhouette.png Prenocephale Pachycephalosaurus Stegoceras Ceratopsia Protoceratops silhouette.jpg Triceratops Protoceratops Torosaurus Ornithopoda Bazal Ornithopodlar Hypsilophodon silhouette.jpg Hypsilophodon Agilisaurus Leaellynasaura Iguanodontia Parasaurolophus silhouette.jpg Iguanodon Edmontosaurus Parasaurolophus

Xarici keçidlər

Vikianbarda Dinozavrlar ilə əlaqəli mediafayllar var.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Dinozavrlar: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Dinozavrlar (lat. Dinosauria, qəd. yunan dilindəki δεινός - "dəhşətli" və σαῦρος - "kələz") — Mezozoy erasında Yer kürəsində hakim olan və Trias dövrünün sonlarından başlayaraq (təxminən 230 mln. il əvvəl) Təbaşir dövrünün sonunadək (təxminən 66 min. il əvvəl) 160 milyon il mövcud olmuş quruda yaşayan onurğalı heyvanların üstdəstəsidir.

Təbaşir və Paleogen dövrlərinin sərhədində geoloji baxımdan qısa zaman kəsiyində heyvanların və bitkilərin genişmiqyaslı və kütləvi yox olması zamanı dinozavrların böyük əksəriyyəti məhv olmuşdur.

Daşlaşmış dinozavr qalıqları bütün qitələrdə aşkar olunmuşdur. Hazırda paleontoloqlara 2 şərti qrupa — ətyeyənlər və otyeyənlər — bölünən 500-dən artıq cins və 1000-dən artıq müxtəlif növ kələz məlumdur.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ