dcsimg

Bir yumrucuqlu qışlaqotu ( азерски )

добавил wikipedia AZ

Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis)[1] - qışlaqotu cinsinə aid bitki növü.[2]

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.[3]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Kökyumruları şarşəkillidir, diametri 5-9 mm-dir. Gövdənin hündürlüyü 10-25 sm-dir. 2 (az hallarda 3) lansetyarpaqlı, kök hissədə yerləşir, çiçək qrupu nazik, sıx olmayan salxım şəklindədir. Çiçəkləri xırda, sarı-yaşıl, bal ətirlidir. Çıçək dodağı nizəşəkilli, uzunluğu 3,25-3,75 mm, yan qnadları xətvari, kütdür, ortadakından 2 dəfə qısadır [4].

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

İyun-iyul aylarında çiçəkləyir. Yüksək dağ qurşaqlarında (1900-2000(2500) m), subalp çəmənlərində, tozağacı meşələrində rast gəlinir [1].

Yayılması

Böyük Qafqazın Quba hissəsi (Ləzə kəndi ilə Şahdağ dağı arasında) .

Sayı və tendensiyası

Populyasiyası nadirdir, mənfi amillərin təsiri nəticəsində yayılma ərazisi azalır.

Məhdudlaşdırıcı amillər

İqlim dəyişkənliyi, otarılma və tapdalanma müşahidə olunur.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsüsi tədbirlər aparılmır. Yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetik tədqiqi, toxumlarının toxum bankında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.[5]

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. http://redbook.az/?options=project&id=T%C9%99kyumrulu%20q%C4%B1laqotu
  4. . Прилипко Л.И. , 1952.
  5. Azərbaycan Respublikasının Qırmızı Kitabi Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri. 2-ci nəşr. Bakı-2013
лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ

Bir yumrucuqlu qışlaqotu: Brief Summary ( азерски )

добавил wikipedia AZ

Təkyumrulu qışlaqotu (lat. Herminium monorchis) - qışlaqotu cinsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür.

лиценца
cc-by-sa-3.0
авторски права
Vikipediya müəllifləri və redaktorları
изворно
посети извор
соработничко мреж. место
wikipedia AZ