Sürvə, adaçayı (lat. Salvia)[1] - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.[2]
Sürvə çiçək qruplarında toplanan efir yağlarına görə becərilir. Onun çiçək qruplarında 0,11 - 0,3 % efir yağı vardır. Bu yağların tərkibinə linalilasetat (58-70 %), linalol (10-15 %) və başqa maddələr daxildir. Sürvə yağı və ondan hazırlanan məhsullar ətriyyat kosmetika sənayesində, qida və əczaçılıq sənayesində istifadə edilir. Sürvənin meyvələrində 31 %-ə qədər quruyan yağ vardır. İstehsal tullantılarından qiymətli ətir tənzimləyicisi – sklyarol alınır. Sürvə bitkisi gözəl bal verən bitkidir.[3]
Sürvə elə də çox qədimdən becərilən bitki deyildir. O birinci dəfə 1909-cu ildə Fransada mədəniləşdirilmişdir. MDB ölkələrində 1929-cu ildən becərilir. Hazırda sürvə ən çox Moldovada, Qırğızıstanda, Krasnodar vilayətində Krımda və s. becərilir. Onun əkin sahəsi 13 min hektara yaxındır. Çiçək məhsuldarlığı hektardan 30-40 sentnerdir.[3]
Sürvə, adaçayı (lat. Salvia) - dalamazkimilər fəsiləsinə aid bitki cinsi.