dcsimg

Eskulap dırmanantəlxəsi ( الأذرية )

المقدمة من wikipedia AZ

Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan - Suilanıkimilər fəsiləsinə aid ilan növü.

Görünüşü

Uzunluğu 2 m təşkil edir (ən uzunu isə 2,25 m). Ümumi fonda sarı-boz-krem rənglərinin qarışığını təşkil edir.

Yayılması

Bu növ Şimal-qərbi İtaliyadan Qafqaza qədər olan ərazilərə yayılmışdır. Onlara Cənubi Moldova, Cənub-qərbi Ukrayna ərazilərdə görmək olar. Vaxtı ilə İran və Azərbaycanın cənub şərqində yayılmış Elaphe persica (Werner, 1913) yarımnövü hazırda Fars dırmanantəlxəsi adı ilə müstəqil növə çevrilmişdir.

Həyat tərzi

Onlar əsasən ön dağlıq ərazilərdə yayılırlar. Bəzən 2000 m yüksəkliyə qədər yayıla bilirlər. Onlara daha çox çay və fındıq kolları arasında olurlar. Xüsusi ilə açıq və insnların çox olduğu ərazilərdən qaçırlar. Aktiv dövrləri apreldən başlayaraq oktyabr ayına qədər davam edir. Bəzən isə qışlamaya dekabrd gedirlər. Çütləşmə əsasən yerin altında baş versədə bəzən ağac üzərində baş verir. Bu hadisə may-iyun aylarına təsadüf edir. Mövsüm ərzində 4 — 10 yumuta qoyurlar( 17 — 20 x 35 — 50 mm). 2 — 3 aydan sonra yumurtadan balalar çıxır.

Onlar əsasən gəmiricilərlə qidalanır. Əsas düşmənləri yırtıcı quşlar və məməlilərdir. Bu növ ilanlar Gürcüstan, Ukrayna və Rusiyanın Qırmızı Kitababına daxil edilmişdir.

Mənbə

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Eskulap dırmanantəlxəsi: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Eskulap dırmanantəlxəsi və ya Eskulap ilan - Suilanıkimilər fəsiləsinə aid ilan növü.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ