dcsimg

Ağqarın kərtənkələ ( الأذرية )

المقدمة من wikipedia AZ

Ağqarın kərtənkələ (lat. Darevskia unisexualis) — Qayalıq kərtənkələləri cinsinə aid növ.

Təsviri

Müqayisədə uzundur. Uzunluğu 70 mm təşkil edir. Quyruğu iki dəfə uzundur. Başı sıxılmış formaya malikdir. Boğazının orta hissəsində 24-31 pulcuq vardır. Belinin yuxarı hissəsi zeytunu-qəhvəyi, qəhvəyinin müxtəlif calarlarında olur. Qarın nahiyəsi ağ olur.

Yayılması

Onların arealı Ermənistanın orta və yüksək dağlıq ərazilərində, Türkiyənin şərq sərhədlərində və Gürcüstanın cənub hissəsində yayılmışlar.

Yaşama yerlərinə gəldikdə onlar qayalıqlarda, dağ çöllərində 1700–2000 mm yüksəkliklərdə yayılırlar. 1 km maşrut üzrə 50-60 baş kərtənkələyə rast gəlinir.

Xüsusiyyətləri

Qışlamadan aprel ayının ortalarında mayın əvvələrində qayıdırlar. Onlar Kəpənəklər, Düzqanadlılar, İkiqanadlılar, Hörümçəklər və digər Onurğasızlarla qidalanır. Onlar partenogendir. Erkəklərə ehtiyac olmadan çoxalırlar. 2-7 olmaqla (əsasən 5 yumurta) yumurta qoyurlar (ölçüləri 12,5 х 8 mm). Bu hadisə iyunun sonu-iyulun əvvələrinə təsadüf edir. Balalar 25–27 mm olmaqla avqust-sentyabr aylarına təsadüf edir.

Mənbə

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Ağqarın kərtənkələ: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Ağqarın kərtənkələ (lat. Darevskia unisexualis) — Qayalıq kərtənkələləri cinsinə aid növ.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ