dcsimg

Gürcü itburnusu ( الأذرية )

المقدمة من wikipedia AZ


Təbii yayılması

Qafqazda yayılmışdır.

Botaniki təsviri

Hündürlüyü 70-100 (150) sm-ə qədər olan koldur. Yarpaqları 3,5-1,5 sm uzunluqda, 7-9 ədəd, еllipsvarı və ya tərs yumurtavarı formada, qaidə hissəsi pazvarı, kənarı iti mişardişli çılpaq və ya vəziciklərlə örtülü yarpaqcıqlardan ibarətdir. May-iyunda çiçək açır. Çiçək saplağı 15-20 mm uzunluqda olmaqla, üzəri hamar və ya qısa vəzilidir. Mеyvəsi yumurtavarı və kürəşəkilli, hamar və ya çoх qalın tüklü vəziciklidir.

Ekologiyası

Rütubətə, istiyə, soyuğa davamlıdır. Münbit torpaqlarad yaxşı bitir.

Azərbaycanda yayılması

Böyük və Kiçik Qafqaz, Talış və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Qida əhəmiyyətli bitkidir. Yaşıllaşdırmada istifadə oluna bilər.

Məlumat mənbəsi

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  3. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  4. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  5. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  7. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  8. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ