dcsimg

Damarlı üskükotu ( الأذرية )

المقدمة من wikipedia AZ

Damarlı üskükotu (lat. Digitalis nervosa Steud. & Hochst. ex Benth.)[1] - üskükotu cinsinə aid bitki növü.[2]

Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir.[3]

Yarpaq

Kökətrafı yarpaqları enli tərsinəyumurtaşəkilli, kifayət qədər uzun saplağabənzər daralmışdır. Gövdə yarpaqları isə oturaq, uzunsov-neştərşəkilli, tamkənarlı olub, uc hissədə sivri və ya sivritəhərdirlər.

Çiçək

Çiçəkləri qısa saplaq üzərində yerləşmiş və uzun sünbülşəkilli silindrik formalı təpə salxımlarda toplanmışdır. Tac 15-20 mm uzunluqda olub, sarı rəngli, vəzili-tükcüklüdür. Üst dodaq qısa ikidişli, alt dodaq isə üç bölümlüdür.

Meyvə

Qutucuğun uzunluğu 9-12 mm, yumurtaşəkilli, sivri və iki şırımlıdır. Toxumlarının uzunluğu 1,5 mm, uzunsov və deşik-deşikdir.

Çiçəkləməsi

İyul-Avqust

Meyvə verməsi

Avqust

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq, BQ qərb, KQ mərkəzi, KQ cənub, Lənkdağ. - aşağı dağ qurşağından, orta dağ qurşağına kimi.

Yaşayış mühiti

Meşələrdə rast gəlinir.

Mənbə

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
  3. Eldar Şükürov. İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016
Inula britannica.jpeg İkiləpəlilər ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Damarlı üskükotu: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Damarlı üskükotu (lat. Digitalis nervosa Steud. & Hochst. ex Benth.) - üskükotu cinsinə aid bitki növü.

Hündürlüyü 50-140 sm, gövdəsi düz, şırımlı, sadə və çılpaq olan çoxillik ot bitkisidir.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ