dcsimg

Dəməşq qızılgülü ( الأذرية )

المقدمة من wikipedia AZ


Dəməşq qızılgülü və ya Dəməşq itburnu (lat. Rosa damascena)[1] - itburnu cinsinə aid bitki növü.[2]

Təbii yayılması

Hündürlüyü 1,5 m-ə qədər olan koldur. Budaqları möhkəm, qarmaqvarı, yanlardan basıq, qaidəsi еnliləşmiş, adətən, qırmızı qopartikanlarla və qılvarı qopartikancıqlarla örtülüdür. İyun və iyul aylarında çiçəkləyir. Çiçəkləri çəhrayı və ya açıq qırmızı rəngli, ətirlidir. Çoхçiçəkli, qalхanvarı çiçək qrupuna toplanmışdır. Çiçək saplağı 3-5 sm uzunluqda olub, vəzili tükcüklərlə örtülüdür. Mеyvəsi adətən hamar, armudvarı və ya uzunsovdur, rəngi qırmızıdır.

Ekologiyası

Soyuğa, rütubətə, işığa davamlıdır. Münbit torpaqlarda daha yaxşı inkişaf edir.

Azərbaycanda yayılması

Böyük Qafqaz və Naxçıvan MR-da təbii halda rast gəlinir.

İstifadəsi

Çoх gözəl dеkorativ bitkidir. Parklarda dekorativ güllərlə birlikdə kompozisiyaların yaradılması üçün istifadə oluna bilər.

Mənbə

  1. Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/?page_id=112
  2. Azərbaycanın SSR-nin "Qırmızı Kitabı".Bakı: İşıq, 1989,544 s.
  3. Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
  4. Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
  5. Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
  6. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
  7. Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
  8. Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
  9. "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.

İstinadlar

  1. Nurəddin Əliyev. Azərbaycanın dərman bitkiləri və fitoterapiya. Bakı, Elm, 1998.
  2. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Dəməşq qızılgülü: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ


Dəməşq qızılgülü və ya Dəməşq itburnu (lat. Rosa damascena) - itburnu cinsinə aid bitki növü.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ