dcsimg

Sosnovski baldırğanı ( الأذرية )

المقدمة من wikipedia AZ

Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir.

Yarpaq

Aşağı yarpaqları iridir, saplaq üzərində üçər bölünmüş seqmentlərlədir, nadir hallarda lələkvari bölünmüş 2 cüt seqmentlərin; yan seqmentləri yumurtaşəkillidir, kənarları qeyri-bərabərdir, 3-5 bölümlü yumurtavari iti dişli paylara kəsilmişdir, son seqmentləri dəyirmidir, 3 müstəqil yumurtavari bölümlü kəsilmiş dişli payları vardır; yuxarı yarpaqları qını genişləndiyinə görə kiçilmişdir. Yarpaqlar üst tərəfdən çılpaq, alt tərəfdən az yumşaq tükcüklərlə örtülmüşdür.

Çiçək

Çətiri çoxşüalıdır, iridir. Sarğı yarpaqları və qın xətvari-sapşəkillidir, çətircikdən qısadır. Çiçəkləri ağ rənglidir, çətirdəki kənar çiçəklər böyümüşdür.

Meyvə

Əksinəyumurtaşəkilli və yaxud ellipsvari olub, uzunluğu (7) 10-13 mm, eni 6-9 mm, arxa hissədə seyrək uzun tüklü, kənarları adətən qısa tikanabənzər tüklərlə örtülmüşdür.

Çiçəkləməsi

İyul-Avqust

Meyvə verməsi

Avqust-Sentyabr

Azərbaycanda yayılması

BQ (Quba), BQ şərq. BQ qərb. Orta və yuxarı meşə zolaqlarında.

Yaşayış mühiti

Dərələrdə, meşənin kənarlarında və talalarda rast gəlinir.

References

Eldar Şükürov.İsmayıllı rayonu meşə bitkilərinin bələdçi kitabı,Bakı 2016

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Sosnovski baldırğanı: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Hündürlüyü 1-1,5 m-ə qədər, gövdəsi dərin şırımlı, pərdəyəoxşar tükcüklərlə örtülmüş olan ikiillik və ya çoxillik hündür iri ot bitkisidir.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ