dcsimg

Hirkan şaxduranı ( الأذرية )

المقدمة من wikipedia AZ

Hirkan şaxduranı - ( lat. Alchemilla hyrcana (Bus.) Juz.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

Çoxillik boz-yaşıl, ot bitkisidir. Gövdə 12-35 sm-ə qədər hündürlükdə, uzun saplaqlı, kökyanı yarpaqlıdır. Kökyanı yarpaqları iri deyil, böyrəkvari, 1-3,4 sm uzunluğunda, 1,5 – 5 sm enində, hamar, 7-9 qısa, qövsvari və ya yarımdairəvi bölümlü, aydın kəsilmiş aralarında 4-7 xırda-yumurtavari, küt dişiciklidir. Gövdə yarpaqları böyük deyil. Çiçək qrupu ensiz, azçiçəkli, budaqlı, çiçəklər boş yumurtacıqlı, 1,5-3 mm uzunluğunda və enindədir .[2][3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə iyun, meyvələməsi iyul aylarına təsadüf edir. Çoxalması toxumladır. Quraqlıq çəmənlərində bitir. Kriptofitdir.[5]

Yayılması

Lənkəranın dağlıq hissəsi (Hamarat kəndi) .

Sayı və tendensiyası

Populyasiyanın təbii bərpası azalır, yeganə lokalitetində mənfi iqlimə və antropogen təsirlərə həssaslıq müşahidə olunur .

Məhdudlaşdırıcı amillər

Yayılma sahəsinin məhdud olması və əhali tərəfindən mal-qaranın otarılması.

Mühafizə tədbirləri

Mühafizəsi üçün xüsusi tədbirlər görülmür. Yayılma yerlərində antropogen təsirlərin qarşısının alınması üçün yasaqlıqların yaradılması təklif olunur. Yeni yayılma sahələri axtarılmalıdır.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Hirkan%20%C5%9Faxduran%C4%B1
  2. 2,0 2,1 Azərbaycan Respublikasının Qırmızı kitabı.Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri.ıı nəşr Bakı-2013
  3. Гроссгейм А.А., 1940
  4. Флора Азербайджана, 1954
  5. Safarov H.M.
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Hirkan şaxduranı: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Hirkan şaxduranı - ( lat. Alchemilla hyrcana (Bus.) Juz.) Gülçiçəklilər – (Rosaceae Juss.) fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilməyə həssas olanlar” kateqoriyasına aiddir –VU D2. Azərbaycanın nadir növüdür. Qafqazın endemik növüdür.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ