dcsimg

Burunlu kəpənəkçiçək ( الأذرية )

المقدمة من wikipedia AZ

Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür. [1][2]

Qısa morfoloji təsviri

Çoxillik ot bitkisidir. Kök yumrusu dəyirmidir. Gövdəsi 1 m-ə qədər hündürlükdədir. Yarpaqları çılpaq, kənarları xırda kirpikli, barmaqvari-5 yerə bölünmüşdür. Çiçək qrupu boş, bəsit və ya budaqlanan salxımlarda toplanmışdır. Qalpağı hündür, 1-2,5 sm hündürlükdə, aşağıya doğru əyilmiş buruncuqlu; çiçəkyanlığının yan hissələri dairəvidir. Mahmızın ləçəkləri (nektarlıqlar) yarımspiral qatlanmış quruluşdadır. Çalovlar (meyvələr) 3 sayda, çılpaqdır.[3]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləmə və meyvə əmələgətirmə dövrü iyul—avqust aylarına təsadüf edir. Toxumla çoxalır. Mezofitdir. Subalp dağ qurşağının rütubətli çəmənlərində, meşə kənarlarında, kolluqlarda, Carum caucasica, Senecio platyphyllus və Doronicum macrophyllum bitkilərindən təşkil olunmuş assosiasiyalarda komponent kimi iştirak edir. Zəhərlidir. Dekorativdərman bitkisdir.[4][5][6]


Yayılması

Böyük Qafqazın Quba sahəsi (Quba rayonu, Qırızdəhnə kəndi ətrafındakı dağ –dərəsi; Qusar rayonu, Sudur və Ləzə kəndlərinin ətrafı) və qərb hissəsi, Kiçik Qafqazın şimal və mərkəzi hissələri , Naxçıvanın dağlıq hissəsi.[3]

Sayı və tendensiyası

Məhdudlaşdırıcı amillərin təsirinə məruz qalması populyasiyanın azalma tendensiyasına səbəb olur

Məhdudlaşdırıcı amillər

Antropogen amillər (otların biçilməsi və mal – qara tərəfindən tapdalanması, dərman bitkisi kimi istifadə olunması).

Mühafizə tədbirləri

Mühafizəsi üçün yayılma yerlərində antropogen təsiri azaltmaq məqsədi ilə yasaqlıqların təşkili, populyasiya səviyyəsində genetiktədqiqi, toxumlarının toxum banklarında saxlanılması, bərpasının təmin edilməsi, yeni yayılma yerlərinin axtarılması təklif olunur.

İstinadlar

  1. http://redbook.az/?options=project&id=Burunlu%20k%C9%99p%C9%99n%C9%99k%C3%A7i%C3%A7%C9%99k
  2. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  3. 3,0 3,1 Флора Азербайджана, 1952
  4. Исмаилов Н.М., 1985
  5. Растительные ресурсы СССР, 1985
  6. Мехтиева Н.П., 2006
ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Burunlu kəpənəkçiçək: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Burunlu kəpənəkçiçək (lat. Aconitum nasutum) — qaymaqçiçəyikimilər fəsiləsinə aid bitki növü.

IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu “Nəsli kəsilmək təhlükəsində olanlar” kateqoriyasına aiddir – EN A2c+3c. Qafqazın endemik növüdür.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ