dcsimg

Nazikbaş çömçəxul ( الأذرية )

المقدمة من wikipedia AZ

Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — Çömçəxullar cinsinin bir nümayəndəsidir.

Yayılması

Xəzərin endemik növüdür. Orta və Cənub Xəzərdə yayılıb.

Morfoloji əlamətləri

Əvvəlki növlərə nisbətən bədəni və başı az enlənmişdir. Başın eni uzunundan xeyli azdır (ortalama 71%), burnu gödək və girdədir. Başın üst tərəfində çökək yalnız gözlərin arasında nəzərə çarpır. Başın alt tərəfində dəri qırışlar və bığcıq adətən olmur. Başın səthi çılpaqdır.

Yaşayış yeri və həyat tərzi

Samurdan Abşerona qədər dənizin cənub-qərb sahillərində seyrək, Cənubi Xəzərin bütün qərb sahilində isə azsaylıdır.[1]

Çoxalması

Dənizdə yaşayan balaca növlərdən olduğu üçün öyrənilmiyib.

Təsərrüfat əhəmiyyəti

Vətəgə əhəmiyyəti yoxdur.

Ədəbiyyat

  1. Azərbaycanın heyvanlar aləmi. Onurğalılar, III cild. Bakı: Elm, 2004, s. 147.

İstinadlar

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ

Nazikbaş çömçəxul: Brief Summary ( الأذرية )

المقدمة من wikipedia AZ

Nazikbaş çömçəxul (lat. Benthophilus leptocephalus) — Çömçəxullar cinsinin bir nümayəndəsidir.

ترخيص
cc-by-sa-3.0
حقوق النشر
Vikipediya müəllifləri və redaktorları
النص الأصلي
زيارة المصدر
موقع الشريك
wikipedia AZ