At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin Atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi.
7 müasir və 1 nəsli kəsilmiş növü var.
Zooloji təsnifata görə atlar fəqərəlilər şöbəsinə, məməlilər sinfinə, təkdırnaqlılar dəstəsinə, ataoxşarlar (ekvidlər) ailəsinə və əsil atlar növünə mənsubdurlar. Ekvidlər ailəsinə həmçinin ulaqlar, zebrlər və yarım ulaqlar növləri də daxildirlər.
Professor B.O.Kovalyovski qazıntılar nəticəsində tapılan təkdırnaqlılar içərisində keçid formalarının olmasını sübut edərək, bunların təkamül nəticəsində meydana gəlməsini göstərmişdir. Onun fikrincə həyat şəraiti dəyişdikcə bunlarda dəyişmiş, bir formadan-digər formaya, yəni şəraitə uyğun bir formaya düşmüşlər.
Atların ən qədim əcdadı hesab edilən Eohippus meşə heyvanı olmaqla üçüncü dövrün ikinci epoxasında (Eosepdə) köhnə və Yeni dünyanın müstəqil iqlim, yumşaq tropik bitki, rütubətli və bataqlı yerlərdə yaşamışlar.
Milyon illər davam edən təkamül nəticəsində 30 sm boylu Eohippus dəyişmiş onun barmaqları atrofiyaya uyğarayaraq nəhayət 100-120 sm boylu iliohippus adlanan tək dırnaqlı bir forma meydana gəlmişdir.
Vəhşi atların tək dırnaqlı forması üst pliosen dövründə meydana gəlmiş və tədricən Asiya və Avropanın geniş düzənliklərində yayılmışdır.
Təbii şəraitin dəyişməsi nəticəsində vəhşi atların bədən quruluşu böyük dəyişikliklərə uğramışdır. Qədim dövrlərə aid atların qalıqları Zaqafqaziyada da tapılmışdır.
Dördüncü dövrün pleystosen epokasına aid olan çoxlu at və eşşək sümükləri Bakının yaxınlığında məşhur Binəqədi qazıntılarında, Ermənistanda Leninakan şəhəri yaxınlığında, Gürcüstanda isə Herqulis/Klde mağarasında tapılmışdır. Bu və digər bir sıra məlumatlar göstərirlər ki, Zaqafqaziya da atların ilk mənşə ocaqlarından biri olmuşdur.
Nəticə etibari ilə demək olar ki, atlar da, digər ev heyvanları kimi uzun dövrlər sürən təkamül nəticəsində bir ilk vəhşi formadan əmələ gəlmişlər.
Vəhşi atların əhliləşdirilməsi və onların insan tərəfindən yetişdirilməsi yeni daş dövrünün (neolit) axırlarına, tunc dövrünün əvvəllərinə – yeni eradan 3000-3500 il əvvələ aid edilir.
Qazıntılar və maddi-mədəniyyət materialları göstərirlər ki, hələ vəhşi və yarım vəhşi yaşayan insanlar əvvəllər vəhşi atları ovlayaraq onların ətindən və dərisindən istifadə etmişlər.
Ovlanan atlar içərisində şübhəsiz ki, salamat qalanları da olmuşdur. Bu atları xüsusən bunların balalarını insanlar özlərinə ram etmiş, öyrətmiş və beləliklə vəhşi atları tədricən əhliləşdirmişdir. İbtidai-icma şəraitində yaşayan insanlar bu atlar vasitəsilə digər heyvanların ovuna çıxmış və sonralar onları tədricən minikdə və qoşquda istifadə etməyə başlamışdır.
Güman edilir ki, əhliləşdirmə eyni zamanda bir neçə yerdə insanların ilk beşik ocaqlarında aparılmışdır.
İlk əhliləşdirmə ocaqlarından biri Orta Asiyada Amur-Dərya və Sır-Dərya çaylarının geniş vadisi olmuşdur. Burada əhliləşdirilən atlar incə sümüklü və mütənasib quruluşlu olmuşdur. Bunu Aşqabad yaxınlığında qədim Annau şəhərində aparılmış və daş dövrünə aid olan qazıntılarında tapılan sümük qalıqları subüt edir.
Orta Asiyada atçılıq çox qədim zamanlardan inkişaf etmiş və buradakı atlar yüksək keyfiyyətə malik olduqları üçün digər ölkələrə aparılmışlar.
Qədim Orta Asiya atlarından aqramaklar, Nisey (Midiya), Parfiya (qədim Türkmən) və İran atları məşhur olmuşlar. Bu cənub at tipindən sonralar axal-təkə, ərəb və s. təpəlik at cinsləri əmələ gəlmişdir.
Qədim əhliləşdirmə ocaqlarından biri də Zaqafqaziya olmuşdur. Burada da atçılıq qədim bir tarixə malikdir. Arxeoloji məlumatlar göstərir ki, Zaqafqaziyada maldarlıq Daş-tunc (eniolit) dövründən inkişaf etməyə başlamışdır. Xanlar şəhəri ətrafında aparılan qazıntılarda çoxlu miqdar ev heyvanlarının (qaramal, at, qoyun, keçi və donuz) lülə sümükləri tapılmışdır. Bu materiallar göstərir ki, bu yerlərdə yeni eradan əvvəlki ikiminilliyin ortalarından başlayaraq atlardan minikdə istifadə olunmuşdur. Mingəçevirdə aparılan qazıntılarda (tunc dövrünün ortaları və axırlarına aid) tapılmış əşyalar (tunc kəmər üzərində atın naxışı, kəm və s.), atçılığın Azərbaycanda çox qədim zamanlardan inkişaf etməsini sübut edir.
Rəng atın tüklərinin boyağına deyilir. Atın rəng və nişanlarının düzgün təyin edilməsinin atın tanınmasında, döllük yazılarının aparılmasında, pasport verilməsində, sərgi və baxışlarda atın qiymətləndirilməsində əhəmiyyəti çoxdur. Atın rəngi irsi əlamət olduğu üçün cinsi xüsusiyyətdir. Məs. Qarabağ cinsində ən çox təsadüf edilən xarakter rəng narıncı və qızılı kürən, qabardin və Vladimir atlarında isə kəhər rəngdir. Çarpazlaşdırma zamanı boz rəng çox zaman digər rənglər üzərində üstün gəlir. Tüklərin rəngi piqmentin az-çoxluğundan asılı atın iş qabiliyyəti onun rəng və nişanları ilə bilavasitə əlaqədar deyildir. Lakin piqmentin yaxşı inkişaf etməsi heyvanın həyatilik və möhkəmlik qabiliyyəti ilə bağlıdır. Piqmentsiz (albinos) fərdlər davamsız olurlar.Atlarda üç növ: Örtük, müdafiə və hiss tükləri vardır.
http://library.adau.edu.az/view.php?lang=az&menu=subject&id=46
At (lat. Equus) — Təkdırnaqlılar dəstəsinin Atlar (lat. Equidae) fəsiləsinin yeganə müasir cinsi.