Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) - Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşah və İlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar[1]. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güçlü zəhəri şikarı saniyələr ərzində öldürür[2]. ilanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər.
Hörümçək quyruqlu gürzə (Pseudocerastes urarachnoides) - Yalançıbuynuz gürzələr cinsinə aid ilan növü. İranın İraqla sərhəd zonasına yaxın, Kirmanşah və İlam ostanlıqları ərazisində yayılmışdır. Bu ilan ilk dəfə 1965-ci ildə elmi araşdırma zamanı aşkarlansa da, ilanın quyruğunda olan hörümçəyə bənzər çıxıntı sadəcə bir zədə nəticəsində əmələ gəlməsi düşünülmüşdür. 2001-ci ildə bu ilanın yeni eksemplyarları aşkarlanır. Bundan sonra isə artıq 2006-cı ildə Behzad Fatini və onun asistenti yeni bir növü təsvir edərək qeydə almışlar. Onlar hörümçəyə bənzər quyruqlarını bu canlılar kimi hərəkət etdirərək quş və ya kərtənkələləri ovlayırlar. Şikarını tutan ilanın güçlü zəhəri şikarı saniyələr ərzində öldürür. ilanın quyruğu balanın yumurtadan çıxmasından sonra əmələ gəlir və yetkinliyə çatanda tam olaraq formalaşır. Yerli quşlar bu gürzələrin aldadıçı hərəkətlərini çox yaxşı bildiyindən, onlar ancaq köçəri quşları ovlaya bilirlər.