Qızılbalıqlar (lat. Salmonidae) — sümüklü balıqlar sinfinin qızılbalıqkimilər dəstəsinə aid yeganə balıq fəsiləsi.
Qızılbalıqlar soyuq su sevirlər. Buna görə də planetin şimal zonasında geniş yayılmış və balıqlar sinfinin ən qiymətli növlərini özündə birləşdirən qrupdur. Qızılbalıqları çəki kimi balıqlardan fərqləndirən ən xarakterik əlamət onların quyruq hissəsinin üstündə xırda piy üzgəcinin olmasıdır. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi - xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Xəzər qızılbalığı, xüsusilə onun Kür populyasiyası ətinin keyfiyyətinə, sürətlə böyüməsinə ve ölçüsünə görə qızılbalıqlar arasında birinci yerdə durur. Lakin az saylı olduğu üçün balıq ovunda ikinci dərəcəli əhəmiyyət kəsb edir. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir. Bütün həyatı boyu bədənlərinin rəngi bir neçə dəfə dəyişir. Xüsusilə çoxalma qabağı onların rəngi daha gözəl və parlaq olur. Qızılbalıqlar keçici balıq olduğundan çoxalmaq üçün dənizdən çaylara girərkən uzun məsafə (10 min km-dək) qət edirlər. Onlar kürülərini ancaq təmiz, oksigenlə zəngin və soyuq suyu olan çayların mənbəyinə tökür. Bu qədər məsafəni qət etmək üçün balıqlar dənizdə olarkən intensiv qidalanır, əzələ və daxili orqanlarında çoxlu piy qatı toplayırlar. Çayın axarı əksinə 9-10 ay müddətində hərəkət edən balıqlar 3–4 m hündürlüyündə maneələri aşır, çoxlu enerji sərf edirlər. Bu vaxt onlar qidalanmır. Onlar bütün bunları nəsi artırmaq üçün edirlər. Qızılbalıqlar çox sürətlə üzən balıqlardır.Qızıl balıqlar çayın sürətli axarında qumlu, çınqıllı yerlərdə 0,5 m-dək dərinlikdə kürülərini tökür.Kürü tökdükdən sonra bu balıqlar, o cümlədən Xəzər qızılbalığı, Uzaq Şərq qızılbalığı və b. məhv olurlar.Kürüdən çıxmış körpələr 2, bəzən 3 il çayda qaldıqdan sonra dənizə qayıdırlar. Bu zaman körpələr boz-kül rəngində olur və sonradan gümüşü rəng alırlar. Dənizdə cinsi yetişkənliyə çatdıqdan sonra qızılbalıqlar yenidən dünyaya gəldiyi çaya miqrasiya edirlər.[1]
Qızılbalıqlar (lat. Salmonidae) — sümüklü balıqlar sinfinin qızılbalıqkimilər dəstəsinə aid yeganə balıq fəsiləsi.
Qızılbalıqlar soyuq su sevirlər. Buna görə də planetin şimal zonasında geniş yayılmış və balıqlar sinfinin ən qiymətli növlərini özündə birləşdirən qrupdur. Qızılbalıqları çəki kimi balıqlardan fərqləndirən ən xarakterik əlamət onların quyruq hissəsinin üstündə xırda piy üzgəcinin olmasıdır. Dünya sularında qızılbalıqların çoxlu miqdarda növləri yaşayır. Xəzər dənizində isə qızılbalıqlar fəsiləsinin 2 növünün nümayəndəsi - xəzər qızılbalığı və ağ qızılbalıq yaşayır. Xəzər qızılbalığı, xüsusilə onun Kür populyasiyası ətinin keyfiyyətinə, sürətlə böyüməsinə ve ölçüsünə görə qızılbalıqlar arasında birinci yerdə durur. Lakin az saylı olduğu üçün balıq ovunda ikinci dərəcəli əhəmiyyət kəsb edir. Qızılbalıqlar olduqca maraqlı həyat tərzi keçirir. Bütün həyatı boyu bədənlərinin rəngi bir neçə dəfə dəyişir. Xüsusilə çoxalma qabağı onların rəngi daha gözəl və parlaq olur. Qızılbalıqlar keçici balıq olduğundan çoxalmaq üçün dənizdən çaylara girərkən uzun məsafə (10 min km-dək) qət edirlər. Onlar kürülərini ancaq təmiz, oksigenlə zəngin və soyuq suyu olan çayların mənbəyinə tökür. Bu qədər məsafəni qət etmək üçün balıqlar dənizdə olarkən intensiv qidalanır, əzələ və daxili orqanlarında çoxlu piy qatı toplayırlar. Çayın axarı əksinə 9-10 ay müddətində hərəkət edən balıqlar 3–4 m hündürlüyündə maneələri aşır, çoxlu enerji sərf edirlər. Bu vaxt onlar qidalanmır. Onlar bütün bunları nəsi artırmaq üçün edirlər. Qızılbalıqlar çox sürətlə üzən balıqlardır.Qızıl balıqlar çayın sürətli axarında qumlu, çınqıllı yerlərdə 0,5 m-dək dərinlikdə kürülərini tökür.Kürü tökdükdən sonra bu balıqlar, o cümlədən Xəzər qızılbalığı, Uzaq Şərq qızılbalığı və b. məhv olurlar.Kürüdən çıxmış körpələr 2, bəzən 3 il çayda qaldıqdan sonra dənizə qayıdırlar. Bu zaman körpələr boz-kül rəngində olur və sonradan gümüşü rəng alırlar. Dənizdə cinsi yetişkənliyə çatdıqdan sonra qızılbalıqlar yenidən dünyaya gəldiyi çaya miqrasiya edirlər.