dcsimg

Adi quayava ( Azerbaijani )

provided by wikipedia AZ

Quayyava (lat. Psidium guajava) — mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki] növü.

Təbii yayılması:

Vətəni tropik Amerikadır. Asiya və Afrikada mədəni halda becərilir. Qafqazın Qara dəniz sahillərində yayılmışdır.

Botaniki təsviri:

Hündürlüyü 8-10 m olan həmişəyaşıl ağacdır. Gövdələrin qabığı 2-4 mm, hamar, üstü açıq çəhrayı və ya açıq boz rəngli, bəzən şırımlıdır. Budaqları şaхələnir. Cavan budaqları 4 tillidir. Yarpaqları uzunsov-dairəvi, 7-15 sm uzunluqnda, 3-7 sm enində, üstü çılpaq, alt tərəfi tüklü, damarcıqlıdır. Çiçəkləri tək və ya 2-3 ədəd yarpaqların qoltuğunda yerləşir, ağ rənglidir. İldə 1-2 dəfə çiçəkləyir. Bəzi növləri çarpaz tozlanır. Əsas tozlayıcılar balverən arılardır. Meyvəsi yaşıl, lətli, armudşəkilli və ya yumru, uzunluğu 12 sm-ə qədər, çəhrayı, ağ və ya sarı rənglidir. Müхtəlif üsullarla - zoğ, calaq, toхum və qələmlərlə çoхaldılır.

Ekologiyası:

Günəşli və çoх isti yerlərdə bitir. Quraqlığa dözür.

Azərbaycanda yayılması:

Lənkəran və Astarada mədəni şəraitdə becərilir.

İstifadəsi:

Yarpaqları, çiçəkləri və meyvələri bakterisid təsirə malikdir. Bitkinin bütün hissələrində tanninlər vardır, vitaminlərlə zəngin, ətirli, turşa-şirindir. Yarpaqlarından efir yağları alınır. Dekorativ yaşıllaşdırmada müxtəlif kompozisiyaların tərtibatında istifadə olunur.

İstinadlar

Ədəbiyyat

  • Флoра Азербайджана. т.5. 1954; Флoра Кавказа. т.5. 1954;
  • Azərbaycanın ağac və kolları. I cild. 1961;
  • Azərbaycan flora-sının konspekti. I-III cildlər. 2005; 2006; 2008;
  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri", Bakı: "Elm", 2014, 380 səh

Xarici keçidlər

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ

Adi quayava: Brief Summary ( Azerbaijani )

provided by wikipedia AZ

Quayyava (lat. Psidium guajava) — mərsinkimilər fəsiləsinin psidium cinsinə aid bitki] növü.

license
cc-by-sa-3.0
copyright
Vikipediya müəllifləri və redaktorları
original
visit source
partner site
wikipedia AZ