Dəvəciklər (lat. Raphidioptera) Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.
Nisbətən iri cücülər olub, bir çox zahiri əlamətlərinə görə iriqanadlılara bənzəyir, ancaq uzun, ilanabənzər boynu ilə onlardan seçilir. Bığcıqları sapşəkilli, qısadır. İki cüt şəffaf, eyni cür torlu damarları olan qanadı var. Dəvəciklər meşələrdə, meyvə bağlarında, kolluqlarda yaşayaraq müxtəlif yavaş hərəkət edən, yumşaq örtüklü sorucu cücüləri ovlayır. Sürfələri gövdə ziyanvericilərinin yollarına girərək onların sürfələrini məhv edir. Yaşlı fərdlər adətənsəhər saatlarında puplardan uçur və onların ömrü iki aydan artıq olur[1].
Dəvəciklər (lat. Raphidioptera) Tam çevrilmə ilə inkişaf edən həşəratlar (lat. Endopterygota) dəstəüstünə aid dəstə.