dcsimg

Adi turac ( 亞塞拜然語 )

由wikipedia AZ提供

Adi turac (lat. Francolinus francolinus) — qırqovullar fəsiləsinin turac cinsinə aid quş növü.

Nadir oturaq növdür. Azərbaycanda Lənkəran ovalığının şimal-şərqində (Qızılağac qoruğu), Kür-Araz düzənliyinin ayrı-ayrı hissələrində təsadüf edir. Kolluq bitkiləri ilə örtülü sahələr, pambıq tarlalarında, bağlarda, bağçalarda, dənli bitkillər səpilmiş tarlalarda, Kür boyunca tuqaylarda tez-tez rast gəlinir. 1947-1950-ci illərdə 600 min fərd, 19581962-ci illərdə – 100 min fərd, 1992-ci ildə – 4 min fərd turac olmuşdur. Hazırda Qızılağac dövlət təbiət qoruğunda turacın böyük populyasiyası qeydə alınmışdır.

Çoxalması

Monoqam quşdur. Bir yaşında çoxalmağa başlayır. Cücəli quşdur. Cütlər fevralın axırında əmələ gəlir. Yuvaya 8-12 yumurta qoyur. Balalar mayın axırı – iyulun əvvəlində yumurtadan çıxırlar. Cavan quşlar ildə bir dəfə, yaşlılar isə ildə iki dəfə yumurta qoyur. Turac çaqqal, tülkü, qamışlıq pişiyi, bataqlıq belibağlısının qidasını təşkil edir.

Sayının dəyişilmə səbəbləri

Yaşayışı üçün əlverişli sahələrin azalması, yuvaların mal-qara tərəfindən tapdalanması. Ot və kolluqların biçilməsi və yandırılması. Çox aşağı temperaturlu qışın dövri olaraq təkrarlanması, bu zaman aclıqdan külli miqdarda quş tələf olur. Eləcə də brakonyerlik.

Qorunması üçün zəruri tədbirlər

Qorunma qaydalarına əməl edilməsinə nəzarət. Yasaqlıqlar təşkil etmək, turacın volyer şəraitdə çoxalmasını həyata keçirmək, xalq arasında təşviqatı gücləndirmək. Quşların yemləndirilməsini təşkil etmək. Brakonyerliklə mübarizə etmək. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir.[1]

Yarımnövləri

  • F. f. arabistanicus
  • F. f. asiae
  • F. f. billypayni
  • F. f. bogdanovi
  • F. f. festinus
  • F. f. francolinus
  • F. f. henrici
  • F. f. melanonotus
  • F. f. parkerae
  • F. f. parkerael

İstinadlar

許可
cc-by-sa-3.0
版權
Vikipediya müəllifləri və redaktorları
原始內容
參訪來源
合作夥伴網站
wikipedia AZ

Adi turac: Brief Summary ( 亞塞拜然語 )