dcsimg

Çaytikanı ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Çaytikanı (lat. Hippophae) — iydəkimilər fəsiləsinə aid kol və ya ağac bitki cinsi.[1]

Yayılması və növləri

Çaytikanı bitkisinin hündürlüyü 7 m. olur, nadir hallarda 15 metrə çatır. Tikanlı budaqlara malikdir. Çiçəkləri kiçik və bircinslidir. İkievli bitkidir. Çiçəkləri yarpaqların qoltuğunda iki-iki, beş-beş yerləşirlər. Meyvələri çəyirdəkmeyvədir, budaqlara yapışmış vəziyyətdə olurlar. Dünya miqyasında çaytikanının 3 növü yayılmışdır. Dağ çaylarının məcralarında bitir. Çaytikanı toxumla və vegetativ üsulla çoxalır. Meyvələri yeyilir. Yağ almaq üçün becərilir. Çaytikanı qiymətli dərman bitkisidir.

Azərbaycanda Böyük və Kiçik Qafqazın bütün rayonları, Samur-Dəvəçi və Lənkəran ovalıqları, Naxçıvan və Lənkəranın dağlıq hissəsi, Qobustan və Alazan-Əyriçay vadisində yayılmışdır. Arandan yuxarı dağ qurşağına kimi (dəniz səviyyəsindən 2300 m-ə qədər) rast gəlinir. Əsasən çay kənarlarında, çaqıl daşlıqlarda, qayalı yamaclarda, qumsal torpaqlarda və tuqay meşələrində bitir.

Faydalı xüsusiyyətləri

Çaytikanının meyvəsində 3,5 faiz şəkər və çox miqdarda turşu, С, В1, В2, fol turşusu, РР, К, Р və Е, karotin,dəmir,bor,marqanes var. Bu meyvələri istər çiy, istərsədə müxtəlif məhsullar hazırlayaraq istifadə etmək olar. Çaytikanının əsas faydalı xüsusiyyətləri aşağıdakılardır:

1. Bu giləmeyvənin tərkibindəki maddələr sinir sisteminin fəaliyyəti üçün böyük əhəmiyyət kəsb edir.

2. Çaytikanı yağı bakteriya məhv edici xüsusiyyətə malikdir. Yaralrın tez sağalmasında, ağrının azaldılmasında istifadə edilir. Bu qırmızı-narıncı rəngli yağda maddələr mübadiləsini tənzimləyən karotin, F vitamini,dəmir,gümüş,kobalt,nikel və sairə ilə zəngindir. Bu yağdan həm daxilə, həm də xaricə qəbulla istifadə edilə bilər. O, həmçinin ciyərlərdə zülalı artırır, zədəli hüceyrələrin tez müddətdə bərpasını stimullaşdırır. Kəskin laringit, faringit kimi xəstəliklərdə günötrə 15 dəqiiqə inhalyasiya (buxar, qaz və ya toz halına salınmış maye və ya maddələrlə nəfəs alma vasitəsilə müalicə) etmək olar.

3. Çaytikanı meyvəsini dondurulmuş halda uzun müddət saxlamaq mümkündür. Bu meyvələr yaşlılarda antisklerozun profilaktikasında faydalıdır.

4. Çaytikanı şirəsi öskürəyə qarşı mükəmməl vasitədir. Onu balla birgə qəbul etmək daha effektiv təsirə malik olacaq.

5. Sinqa (vitaminsizlik nəticəsində diş ətində əmələ gələn xəstəlik) zamanı əvvəllər çaytikanı çayından istifadə edilirdi. Bunun üçün giləmeyvənin 5 qram quru yarpağını 1 stəkan qaynar suda dəmləmək lazımdır.

6. Mədə şirəsinin azalması zamanı çaytikanının təzə meyvələri və şirəsi məsləhət görülür.

7. Mədə xəstəliklərində çaytikanından hazırlanmış həlim içmək olar. 3 xörək qaşığı giləmeyvə 0,5 litr qaynar suya əlavə edilir. 10 dəqiqiə az odda qaynadandan sonra gündə 2-3 dəfə çay kimi içmək olar. Mədə - bağırsaq traktının pozulması zamanı yarpaq və budaqlardan həlim hazırlamaq olar. Mədə və onikibarmaq bağırsağın xora xəstəlikləri zamanı: yeməkdən 30 dəqiqə əvvəl yarım ç.q. gündə 3 dəfə çaytikanı yağı qəbul etmək məsləhət görülür.

8. Donvurma,yanıq, irinli yaralar zamanı təzə meyvələri yaraların üzərinə qoymaq məsləhətdir.

9. Çaytikanı B vitamini ilə zəngindir. Bu meyvə nəinki 40 yaşdan sonra kişilər, hətta gənclər üçündə intim gücün bərpasında,yaranmış problemlərin aradan qaldırlmasında faydalıdır. Çirə,təzə meyvələr,yağ və salatları bu problemi həll etməyə kömək edir.

10. Çaytikanının yarapaqları və meyvəsi orqanizmdən oksalat turşusu və sidikqovucu təsirə malikdir.

Çaytikanı yağı və onun preparatları ilə müalicə həkim nəzarəti altında aparılmalıdır. Kəskin xolesistit (öd kisəsinin iltihabı), hepatit (qaraciyərin iltihabı), pankreatit (mədəaltı vəzin iltihabı), ishal zamanı çaytikanı yağını daxilə qəbul etmək əks göstərişdir.

Azərbaycanın dərman bitkiləri

Digər növləri

Həmçinin bax

İstinadlar

  1. Elşad Qurbanov. Ali bitkilərin sistematikası, Bakı, 2009.

Mənbə

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.

http://dendrologiya.az/?page_id=112

  • Biologiya lüğəti. Bakı,2011. səh.143.
lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ

Çaytikanı: Brief Summary ( Azerice )

wikipedia AZ tarafından sağlandı

Çaytikanı (lat. Hippophae) — iydəkimilər fəsiləsinə aid kol və ya ağac bitki cinsi.

lisans
cc-by-sa-3.0
telif hakkı
Vikipediya müəllifləri və redaktorları
orijinal
kaynağı ziyaret et
ortak site
wikipedia AZ