dcsimg

Labidostomis yarpaqyeyən böcəyi ( Azerbaijano )

fornecido por wikipedia AZ

Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) - Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü.

Təsviri

Bədənin uzunluğu 8-9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var. [1]

Yayılması

Azərbaycanda Lerik, Yardımlı, CəlilabadOrdubad rayonlarında qeydə alınmışdır.

Həyat tərzi

Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır.

Sayı

Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır.[2]

Məhdudlaşdırıcı amillər

Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi

Qorunması üçün məsləhət görülmüş tədbirlər

Böcəyin yaşayış sahələri qorunmalıdır.

İstinadlar

  1. Azərbaycan Qırmızı Kitabı.1989 il.
  2. Mirzəyeva N.B. Azərbaycan faunası. Azərbaycanın yarpaqyeyən böcəkləri. V, Bakı: Elm, 1988, 209 s.

Ədəbiyyat

  1. Azərbaycan Qırmızı Kitabı.1989 il.
  2. Azərbaycanın Qırmızı Kitabı, II Cild, 2013.
  3. Mirzəyeva N.B. Azərbaycan faunası. Azərbaycanın yarpaqyeyən böcəkləri. V, Bakı: Elm, 1988, 209 s.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Labidostomis yarpaqyeyən böcəyi: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) - Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ