Təbii yayılması
Balkan yarmadası, Kiçik Asiya və Qafqazda yayılmşdır.
Botaniki təsviri
Hündürlüyü 4-5 m-dək olan, az budaqlanan ağacdır. Yarpaqları uzunsov lələkvari bölünmüş, alt tərəfi bozumtul -keçəlidir, uzunluğu 5-7 sm, eni 3-5 sm-dir. Çiçəkləri ağ qalxanlarda yerləşir. Meyvələri şarşəkilli, diametri təxminən 10 mm, yetişdikdə qırmızı-narıncı, az bilinən mərciməklidir. May ayında çiçək açır, avqust-sentyabrda meyvə verir.
Ekologiyası
İşıqsevən bitkidir. Orta dağ qurşağında qayalıq yerlərdə təsadüf edilir.
Azərbaycanda yayılması
Kiçik Qafqaz və Naxçıvan MR rast gəlinir.
İstifadəsi
Mеyvələrindən sirkə və araq hazırlanır. Mеyvəsinin ləti unludur, mеyхoşdur, daхilində çoхlu miqdarda daşlaşmış hücеyrələr vardır.
Məlumat mənbəsi
-
Tofiq Məmmədov (botanik) "Azərbaycan Dendroflorası IV cild": Bakı: "Elm"-2018. http://dendrologiya.az/page_id=112
- Azərbaycanın ağac və kolları. Bakı: Azərb.SSR EA-nın nəşriyyatı, 1964, 220 s.
- Əsgərov A.M. Azərbaycanın ali bitkiləri.Azərbaycanın florasının konspekti II cild. Bakı: Elm, 2006,283 s.
- Talıbov T.H.,İbrahimov Ə.Ş.Naxçıvan Muxtar Respublikası florasının taksonomik spektri. Naxçıvan:Əcəmi,2008,350s.
- Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1939, т.1.401с.
- Гроссгейм А.А. Флора Кавказа. Баку: Аз. ФАН, 1962 т.6.378с.
- Дерувья и кустарники СССР.М.Л.: АН СССР, 1960 Т.5.543с.
- "Abşeronun ağac və kolları".Bakı: "Elm və təhsil", 2010.