Balaca bulaqotu - (lat. Veronica minuta C.A. Mey.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]
Çılpaq, çoxillik ot bitkisidir. Gövdəsi çoxsaylıdır, nazik, sərilən, 2,5-10 sm uzunluqdadır. Yarpaqlar xırda, qısasaplaqlı, dairəvi, oval və ya yumurtaşəkilli, tamkənarlı, 3-7 mm uzunluqdadır. Salxımlar təpədə yerləşir, qısa, seyrək, uzunsov-tüklü, vəzili deyil. Meyvə kasacığın hissələri 3 mm uzunluqda, oval və uzunsov, kənarlardan ağ kirpiklidir. Çiçək tacı mavi, kasacıqdan 2 dəfə böyükdür. Qutucuğu 4mm uzunluqda, sıxılmış, kənarlardan kirpiklidir. Sütuncuq 3-4 mm uzunluqdadır. Toxumları 1 mm uzunluğunda, oval, sıxılmış, demək olar ki, hamar, qəhvəyi rəngdədir.[3]
Çiçəkləmə və meyvəverməsi iyul-avqust aylarında baş verir. Kserofit bitkidir. Alp qurşağında daşlı qayalarda rast gəlinir.[3]
Böyük Qafqazın bütün rayonları, Kiçik Qafqazın şimal və mərkəzi hissələri.[3][4]
Populyasiyanın təbii bərpası azalır, ətraf mühitin mənfi təsirlərinə həssaslıq müşahidə olunur.
Əsasən alp qurşağının bitkisi olduğundan və qısa vegetativ dövrünə malik olduğundan ətraf mühit amillərinə çox həssasdır.[5]
Yayıldığı ərazilərin mütəmadi monitorinqinin aparılması, toxumla rahat çoxaldığından toxum ehtiyatının yığılması və toxumbankında saxlanması təklif olunur.
Balaca bulaqotu - (lat. Veronica minuta C.A. Mey.). Keçiqulağıkimilər – (Scrophulariaceae Juss.) fəsiləsinə aid bitki növü.
IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Təhlükəli həddə yaxın olanlar" kateqoriyasına aiddir – NT. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.