dcsimg

Zuvand qaraşəngi ( Azerbaijano )

fornecido por wikipedia AZ

Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.[1][2]

Qısa morfoloji təsviri

İkiillik ot bikisidir. Gövdələr çox və ya az, 20-37 sm hündürlükdədir. Yarpaqlar, uzunsov, yumurtavari, lələkvari-kəsilmiş, hissəcikləri lansetvari və ya xətvari, üçkünc dişciklidir. Çiçək qrupu – uzunsov, dar süpürgədir. Ksacıq 2 mm uzunluğunda, kənardan ağ pərdəlidir. Tac 5 mm uzunluğunda, al qırmızı qonur-rəngli, kasacıqdan uzundur. Staminodi sırdadır. Erkəkciklər tacdan çıxır. Qutucuq 3-4 mm uzunluğunda, kürəkvari, kasacıqdan uzundur. Toxumlar 1mm uzunluğunda, uzunsov, qaradır. [3][4]

Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri

Çiçəkləməsi may-iyun, meyvə əmələgətirməsi (may) iyun-iyul aylarına təsadüf edir. Kserofit bitkidir. Orta dağ qurşağında quru, daşlı yamaclarda və töküntülərdə, çağıl daşlarının üstündə bitir. [4]

Yayılması

Diabardır. [4]

Sayı və tendensiyası

Populyasiyanın ehtiyatı məhddudur və azalmağa meyl göstərir.

Məhdudlaşdırıcı amillər

Antropogen təsirlərdir (tapdalanma).

Mühafizə tədbirləri

Antropogen təsiri azaltmaq və yeni yayılma yerlərinin axtarılması təklif olunur.

Mənbə

  1. Azərbaycan Respublikasının Qırmızı Kitabı. Nadir və nəsli kəsilməkdə olan bitki və göbələk növləri, II nəşr, Bakı-2013
  2. http://redbook.az/?options=project&id=Zuvand%20qara%C5%9F%C9%99ngi
  3. 1. Флора CCCP, 1955;
  4. 4,0 4,1 4,2 2. Флора Азербайджан, 1957;
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Zuvand qaraşəngi: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Zuvand qaraşəngi (Elmi adı - Scrophularia zuvandica) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir, Qafqazın endemik növüdür.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ