dcsimg
Imagem de Juncus littoralis C. A. Meyer
Life » » Archaeplastida » » Angiosperms » » Juncaceae »

Juncus littoralis C. A. Meyer

Sahil cığı ( Azerbaijano )

fornecido por wikipedia AZ

Təbii yayılması

Qafqazda, Şimali İranda, Orta Asiyada yayılmışdır.

Botaniki təsviri

Düz, yumru, cod gövdəli, hündürlüyü 60-80(100) sm, bünövrəsində qınlarla örtülmüşdür.Yarpağı silindrik, gövdədən qısadır.Yan çiçək qrupu, şaxələnmiş, süpürgəvarı, nazık budaqlıdır: çiçəkləri budaqların ucunda 2-5 ədəd yığılmışdır.Çiçəkaltlığı çiçək qrupundan qısa və ya ona bərabər, iynəli, bünövrəsində enliləşmiş və pərdəlidir.Çiçəkaltlıqları yumurtavari, biz, təxminən çiçəkaltlığına bərabərdir. Çiçəkyanlığının yarpaqları əvvəlki növdə olduğu kimidir.Qutucuğu ensiz, üç hissəli-konusvari və ya uzunsov-yumurtavari, qonur, çiçəkyanlığından 1,5-2 dəfə uzundur.Toxumu uzunsov, xırda,qonur, qısa, ağ çıxıntılıdır.

Ekologiyası

Nəmişli yerlərdə və duzlu qumlarda bitir.

Azərbaycanda yayılması

Cənub bölgəsində, Abşeronda, Şirvanda, Kürətrafında təbii halda rast gəlinir.

İstifadəsi

Tək və qrup əkinlərində, canlı çəpərlərin salınmasinda istıfadəsi məqsədyönlüdür.

Məlumat mənbəsi

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ