dcsimg

Gözəl bugenvilleya ( Azerbaijano )

fornecido por wikipedia AZ

Bougainvillea spectabilis (lat. Bougainvillea spectabilis) — nyctaginaceae fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü.

Təbii yayılması

Vətəni Cənubi Amerikadır. Braziliyada geniş yayılmışdır. Qərbi Avropanın cənub rayonlarında bəzək bitkisi kimi məşhurdur. Qafqazın Qara dəniz sahillərində (Suxumi, Batumi), açıq şəraitdə, zədələnmiş halda qışlayır. Suxumi və Adlerdə tək-tək nümünələrinə təsadüf edilir.

Botaniki təsviri

Çox tez böyüyən liandır. Hündürlüyü 10 m-ə qədər olur. Çiçəkləri iri süpürgə şəklində birillik budaqlar üzərində əmələ gəlir. Budaqları əyilmiş tikanlara malikdir. Yarpaqları enli, yumurtaşəkilli, qaidəsi ürəkvari, sıx tüklü, 6-12 sm uzunluqdadır. Çiçəkaltlıqları ürəkvari sivriləşmiş, bənövşəyi, açıq çəhrayı, qırmızı və ya yaşılımtıl açıq çəhrayıdır. Çiçəkləri çiçəkaltlıqların qoltuğunda 2-3 ədəd yerləşmişdir.

Ekologiyası

Quru havaya və qaza davamsızdır. Şaxtadan çox əziyyət çəkir.

Azərbaycanda yayılması

Abşeronda mədəni şəraitdə becərilir.

İstifadəsi

Ən gözəl dekorativ bitkilərdəndir. Bugenvilleya Bakıda küləkdən mühafizə olunmuş yerlərdə, yarımkölgə şəraitin¬də yaşıllaşdırmada istifadə edilə bilər.

Ədəbiyyat

  • Tofiq Məmmədov, Elman İsgəndər, Tariyel Talıbov. Azərbaycanın nadir ağac və kol bitkiləri. Bakı: Elm, 2014, 380 səh.
licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ

Gözəl bugenvilleya: Brief Summary ( Azerbaijano )

fornecido por wikipedia AZ

Bougainvillea spectabilis (lat. Bougainvillea spectabilis) — nyctaginaceae fəsiləsinin bugenvilleya cinsinə aid bitki növü.

licença
cc-by-sa-3.0
direitos autorais
Vikipediya müəllifləri və redaktorları
original
visite a fonte
site do parceiro
wikipedia AZ